Niinsto qərarının səbəbini Putinə açıq deyib: "Sizin Ukraynaya hücumunuz..."
"Finlandiyanın ənənəvi hərbi neytrallıq siyasətindən imtina etməsi səhv olardı, çünki onun təhlükəsizliyinə heç bir təhdid yoxdur".
Kremlin mətbuat xidmətinin şənbə günü verdiyi məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin Finlandiya prezidenti Sauli Niinisto ilə telefon danışığında bildirib.
"Finlandiya rəhbərliyinin NATO-ya üzv olmaq üçün müraciət etmək niyyətini elan etməsi ilə bağlı səmimi fikir mübadiləsi aparılıb",- deyə məlumatda bildirilir.
"Vladimir Putin vurğulayıb ki, ənənəvi hərbi neytrallıq siyasətindən imtina etmək səhv olardı, çünki Finlandiyanın təhlükəsizliyinə heç bir təhdid yoxdur. Ölkənin xarici siyasətində bu cür dəyişiklik xeyirxahlıq ruhunda qurulan Rusiya-Finlandiya münasibətlərinə mənfi təsir göstərə bilər. Qonşuluq və tərəfdaşlıq əməkdaşlığı uzun illərdir ki, qarşılıqlı faydalı olub",- deyə mətbuat xidməti vurğulayıb.
Rusiya Federasiyası və Finlandiya prezidentləri Ukraynadakı vəziyyəti də müzakirə ediblər. Rusiya lideri Finlandiya liderinin diqqətinə çatdırıb ki, Moskva ilə Kiyev arasında danışıqlar əslində Ukrayna tərəfinin konstruktiv dialoqa maraq göstərməməsi səbəbindən dayandırılıb.
"Liderlər Ukraynadakı vəziyyəti də müzakirə ediblər. Xüsusilə Vladimir Putin ciddi və konstruktiv dialoqa maraq göstərməyən Kiyev tərəfindən faktiki olaraq dayandırılmış Rusiya və Ukrayna nümayəndələri arasında danışıqlar prosesinin vəziyyəti ilə bağlı öz qiymətləndirməsini bölüşüb",- deyə açıqlamada bildirilir.
Söhbət Finlandiya tərəfinin təşəbbüsü ilə baş tutub. Aprelin əvvəlində Finlandiyanın NATO-ya daxil olması ilə bağlı müzakirələr intensivləşib. Alyansın əsas üzvləri bu fikri dəstəklədilər. Finlandiya parlamentinin üzvlərinin əksəriyyəti üzvlüyün lehinə münasibət bildiriblər.
Finlandiya tərəfinin yaydığı məlumatda isə bildirilir ki, Niinsto NATO üzvlüyü barədə qərarın qəti olduğunu bildirib. Həmçinin bunun səbəbi kimi, yaranmış yeni şəraiti və Rusiyanın Ukraynaya hücumunu göstərib. Niinsto bildirib ki, əsas məsələ münaqişədən qaçmaqdır. Finlandiya hökumətinin açıqlamasına görə Helsinki NATO üzvlüyü fikrindən əl çəkməyəcək, bu barədə qərar artıq verilib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1520 Tarix: 14 may 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
ABŞ Ermənistanın Sərhəd Qoşunlarına 1,4 milyon dollarlıq texnika verib
ABŞ Ermənistanın Sərhəd Qoşunlarına 1,4 milyon ABŞ dolları dəyərində nəqliyyat və xüsusi avadanlıq təhvil verib. xəbər verir ki, bu barədə Ermənistan mediası ABŞ-nin Ermənistandakı səfirliyinə istinadən məlumat yayıb. Təhvil-təslim ABŞ Dövlət Departamentinin ixrac nəzarəti və sərhəd təhlükəsizliyi (EXBS
23 oktyabrRusiya Kiyevə 21 ballistik raket atdı
Rusiya Ukraynaya qarşı genişmiqyaslı hava hücumları həyata keçirib. The Guardian-a istinadən xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenskinin açıqlamasına görə, Rusiya qüvvələri Kiyevə üç dalğa ilə azı 21 ballistik raket atıb. Hücumlar nəticəsində paytaxtda yaşayış evləri və enerji infrastruktur
23 oktyabrABŞ-da ilginc yatırım: Klonlaşdırılmış itlər ordusu yaradılır
ABŞ-da ordu üçün xidməti itləri klonlaşdırmaq və genetik modifikasiya etmək üçün startap yaradılır. Bizim.Media xəbər verir ki, bu barədə "Financial Times" qəzeti məlumat yayıb. Startap proqram təminatı sahibkar Ben Lammın köməyi ilə yaradılır. İmzalanmış müqaviləyə əsasən startap ölkə daxilind
23 oktyabrDünyanın xəstəlik xəritəsi dəyişir - Mütəxəssislər təhlükəyə diqqət çəkirlər
İqlim dəyişikliyi yalnız temperatur və yağıntı rejimlərinə deyil, xəstəliklərin dünyada yayılma coğrafiyasına da təsir göstərir. Daha mülayim qışlar və yüksələn temperatur ağcaqanad və gənə kimi xəstəlik daşıyan canlıların yeni ərazilərə yayılması üçün əlverişli şərait yarada bilər. Yeni araşdırma 2050-c
22 oktyabrR4 və Avrotroyka regional münaqişələrin diplomatik yolla həllinə çağırıb
Türkiyə, Misir, Pakistan və Səudiyyə Ərəbistanının (R4 formatı), eləcə də Fransa, Almaniya, Böyük Britaniya (Avrotroyka) və İtaliyanın xarici işlər nazirləri oktyabrın 23-də İstanbulda keçirilən görüşdə aktual regional və beynəlxalq məsələləri müzakirə ediblər. "Report" Almaniya XİN-ə istinadə
24 oktyabrABŞ-də ölü elan edilən körpə beş saat sonra morqda sağ tapılıb - Foto
ABŞ-də hovuzda boğulma təhlükəsi ilə üzləşdikdən sonra öldüyü elan edilən təxminən 18 aylıq oğlan uşağı bir neçə saat sonra xəstəxananın morqunda sağ tapılıb. xəbər verir ki, bu barədə "ABC News" məlumat yayıb. Hadisə fevralın 8-də Gilbert şəhərində ailə məclisi zamanı baş verib. Vinsent Fyo
24 oktyabrKomaya düşdüyü deyilirdi - Çinə səfər etdi
Şimali Koreya lideri Kim Çen In Çinə səfər edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı öz mənbələrinə istinadən Cənubi Koreyanın "Yonhap" agentliyi yayıb. Kim Çen Inın Çinə səfəri bu yaxınlarda Dandun bölgəsində iki ölkə arasında yeni açılan körpü vasitəsilə baş tutduğ
24 oktyabr