"Formula 1" üzrə Azərbaycan Qran-prisinin trasında DƏYİŞİKLİK
Gələn ay Bakıda keçiriləcək "Formula 1" üzrə Azərbaycan Qran-prisinin pit-leynində dəyişiklik edilib.
Sonxeber.az Report-a istinadla xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinin icraçı direktoru Arif Rəhimov açıqlamasında bildirib.
BŞH rəsmisi pit-leynə daxil olmaq üçün zonanı bir qədər dəyişdirdiklərini söyləyib: "Trasda heç bir dəyişiklik yoxdur. Lakin Beynəlxalq Avtomobil Federasiyası bizdən xahiş etdi ki, onu daha təhlükəsiz etməkdən ötrü pit-leynin girişində dəyişiklik aparaq. Görək, bu dəyişiklik hansı nəticələrə gətirib çıxaracaq. Düşünmürəm ki, pilotlar pit-leynə səhvə yol verəcək şəxslərdəndir. Dəyişiklik indiki və əvvəlki hissələrdə edilib. Yəni, formaya bir qədər düzəliş edilib".
Qeyd edək ki, cari mövsüm "Formula 1" üzrə Azərbaycan Qran-prisi 10-12 iyunda keçiriləcək. 2016-cı ildə Azərbaycandakı ilk "Formula 1" yarışının qalibi olan Niko Rosberq ("Mercedes") Bakı trasındakı pit-leyn girişlərini ən qorxulu zonalardan hesab edib. "Formula 1"in sabiq direktoru Maykl Masi Rosberqin fikri ilə razılaşmayıb.
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 1126 Tarix: 17 may 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Messi het-trik edərək Pelenin rekordunu qırdı - VİDEO
Argentina yığmasının hücumçusu Lionel Messi 2022-ci il dünya çempionatının seçmə mərhələsində Boliviya ilə oyunda het-trik edib və əfsanəvi braziliyalı futbolçu Pelenin rekordunu qırıb. Bununla da 34 yaşlı futbolçu Cənubi Amerika milliləri arasında öz komandasında ən çox qol vuran futbolçu olub. Hazırd
10 sentyabr 2021Paralimpiya bayrağı Parisə ötürüldü
Bu gün "Tokio-2020" Paralimpiya Oyunlarının bağlanış mərasimi keçirilib. Ümumilikdə idmanın 22 növündə 539 mükafat komplekti qazanılıb. İlk yeri 96 qızıl, 60 gümüş və 51 bürünc medal alan Çin idmançıları tutublar. xəbər verir ki, ikinci yerdə Böyük Britaniya, üçüncü pillədə ABŞ, dördüncüd
5 sentyabr 2021"Qalatasaray"ın qadın futbolu komandası yaradıldı
Türkiyənin "Qalatasaray" klubu prezidentinin köməkçisi Rezan Epözdəmir maraqlı açıqlama ilə çıxış edib. O, hələ bir ay öncə klub daxilində qadın futbol komandasının yaradıldığını bildirib. Onun sözlərinə görə, qadının yaşıl meydanlarda yer alması futbolu daha estetik və daha gözəl bir idma
6 sentyabr 2021MDB Oyunları: Badmintonçumuz qızıl medal qazandı - YENİLƏNİB + FOTO
Yeniyetmə və gənc badmintonçularımız Rusiyanın Kazan şəhərində keçirilən MDB Oyunlarında ümumilikdə 1 qızıl, 3 gümüş və 1 bürüc medal qazanıb. xəbər verir ki, oğlan badmintonçuların şəxsi yarışında Diki Panqestu finalda Qazaxıstan idmançısı Dmitri Panarini 2:0 hesabı ilə məğlub edərək MDB Oyunlarını
11 sentyabr 2021Ronaldu debüt oyununda iki qol vurdu – VİDEO
"Mançester Yunayted"ə qayıdan portuqaliyalı ulduz futbolçu Kriştiano Ronaldu debüt oyununda iki qol vurub. İngiltərə Premyer Liqasının dördüncü turunda evdə "Nyukasl"ı qəbul edən "qırmızı şeytanlar" 4:1 hesablı qələbə qazanıblar. Ronaldu birinci qolunu ilk hissəyə əlav
11 sentyabr 2021Süleymanlıdan qələbə, Məmmədov uduzdu - Avropa çempionatı
İslandiyanın paytaxtı Reykyavikdə kişi şahmatçılar arasında Avropa çempionatında 10-cu turun partiyaları oynanılıb. xəbər verir ki, 10-cu turda Azərbaycan təmsilçisi Rauf Məmmədov rumıniyalı Boqdan-Daniel Deaka məğlub olub. Qeyd edək ki, bu, R.Məmmədovun turnirdə ilk məğlubiyyətidir. Bununla da əvvəlk
5 sentyabr 2021Ronaldodan xəsarət yetirdiyi xanıma hədiyyə - FOTO
"Mançester Yunayted"in ulduzu Kriştianu Ronaldo Çempionlar Liqasının qrup mərhələsində "Yanq Boyz"la matçdan əvvəl xəsarət yetirdiyi stüart qadına futbolkasını hədiyyə edib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, qarşılaşmadan sonra o, həmin xanıma yaxınlaşaraq hədiyyəsin
15 sentyabr 2021