Lənkəranda taksiyə müştəri qismində əyləşib evinə sürdürdü: Öldürüb, həyətində basdırdı - TƏFƏRRÜAT

Lənkəranda taksiyə müştəri qismində əyləşib evinə sürdürdü: Öldürüb, həyətində basdırdı - TƏFƏRRÜATLənkəranda qətl törətməkdə təqsirləndirilən Elvin Hüseynzadəyə hökm oxunub və o, 19 il müddətinə azadlıqdan məhrum edilib.

Bu barədə "Report"a zərərçəkmişin hüquqi varisinin vəkili Kamran Kazımov məlumat verib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Müşfiq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə elan olunub ki, təqsirləndirilən şəxs hadisəni törətdiyi zaman narkotik vasitənin təsiri altında olduğu üçün ona narkoloji müalicə təyin edilib.

Vəkil bildirib ki, Lənkəran şəhər sakini, taksi fəaliyyəti ilə məşğul olmuş dayısı İlham Cavadov 2021-ci ilin iyul ayının 24-də itkin düşmüşdü:

"Polisin axtarışlarından sonra, iyulun 27-də məlum oldu ki, o, Lənkəranda yaşayan Elvin Hüseynzadə adlı şəxs tərəfindən qətlə yetirilib, daha sonra isə təqsirləndirilən şəxs dayımı öz yaşadığı həyətdə basdırıb.

Bundan sonra bir sıra KİV-lərdə yayılan məlumatlarda bildirilmişdi ki, guya hadisə onların arasında düşən mübahisə zəminində baş verib. Əslində, hadisə yazıldığı kimi qeydə alınmayıb.

İstintaq zamanı müəyyən olunub ki, təqsirləndirilən şəxs Elvin Hüseynzadə qətli törətməmişdən bir neçə gün əvvəl Bakı şəhərində yaşayan qohumu E.Bədəlov ilə əlaqə saxlayıb və ona guya əlində bank maşınları olduğunu və nəqliyyat vasitələrini ucuz qiymətə (1500 manata) sata bildiyini deyib. E.Bədəlov onunla razılaşıb və Elvinə 30 manat benzin pulu göndərib.

Daha sonra Elvin Hüseynzadə hər gün ona "bu gün-sabah" deyərək guya sənədləşmə işləri gördüyü üçün işlərin yubandığını bildirib. Hadisəni törədən gün səhər saatlarında isə artıq maşının hazır olduğunu, gecə onu Bakıya gətirəcəyini söyləyib. Həmin gün İlham Cavadovun maşınına müştəri qismində əyləşmiş Elvin onu öz həyətlərinə sürdürüb. Daha sonra isə öz həyətində boyun nahiyəsindən 11 bıçaq zərbəsi endirməklə onu qətlə yetirib. Elvin İlham Cavadovu öz həyətində qabaqcadan qazılmış quyuda basdırıb. Səhərə yaxın isə avtomobili Bakıya sürərək səhər saatlarında Qobu qəsəbəsində E.Bədəlova təhvil verib. Həmin an avtomobilin qeydiyyat nişanının axtarışda olduğunu E.Bədəlova bildirib və nişanı açıb özü ilə götürüb, daha sonra Lənkəranda dənizə atıb.

Avtomobili alan şəxs E.Bədəlov isə əvvəllər istifadəsində olan, hazırda istismara yararsız VAZ-21011 markalı avtomobilin dövlət qeydiyyat nişanını Cavadovun avtomobilinə bağlayıb. Cavadovun telefonu isə həmin gün müxtəlif vaxtlarda aktiv olub, gələn zənglərə İlham Cavadovun adı ilə Elvin özü zaman qazanmaq üçün cavab verib. O, zəng edən şəxslərə guya Bakıda olduğunu bildirib. Elə həmin gün mərhumun ailə üzvləri baş vermiş hadisədən şübhələnərək Daxili İşlər Nazirliyinə müraciət ediblər. Bundan sonra qeyd etdiyimiz kimi, 27.07.2021-ci il tarixdə Lənkəran Şəhər Rayon Polis Şöbəsinin operativ əməliyyat-axtarış fəaliyyəti nəticəsində dəhşətli qətlin üstü açılıb. İş üzrə istintaq Lənkəran Rayon Prokurorluğunda müstəntiq İlkin Babazadə tərəfindən tam, hərtərəfli şəkildə aparılıb və məhkəməyə göndərilib".

Qeyd edək ki, E.Hüseynzadə barəsində Cinayət Məcəlləsinin 120.2.11-ci (Qəsdən adam öldürmə, quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 2148   Tarix: 18 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Azərbaycanda DƏHŞƏT: Kişi namaz qılarkən öldürüldü, arvadı saxlanıldı

Abşeron rayonunun Masazır qəsəbəsində baş verən qətl hadisəsinin təfərrüatı məlum olub. -a istinadən xəbər verir ki, hadisə səhər saatlarında Abşeron rayonu, Masazır qəsəbəsi, Murad Mirzəyev küçəsi, 7 saylı evdə baş verib. Ehtimallara görə, ev sahibi 1978-ci il təvəllüdlü Əlsəfa Rəhimov səhər saatlarınd

19 avqust
.

Universitetdə təmir işləri görərkən qəfil öldü

Mingəçevirdə usta iş yerində qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə avqustun 17-si saat 08 radələrində Mingəçevir Dövlət Universitetinin inzibati binasında baş verib. Şəhər sakini 1983-cü il təvəllüdlü Ruslan Tərlan oğlu Seyidzadə usta işlədiyi Dilarə Əliyeva küçəsində yerləşə

18 avqust
.

15 yaşlı qızdan sonra qardaşının da meyiti göldən çıxarıldı

İsmayıllıda göldə boğulan bacı-qardaşın meyitləri ailələrinə təhvil verilib. "Qafqazinfo" xəbər verir ki, rayonun Minkə kəndində baş vermiş hadisədə vəfat edən 2011-ci il təvəllüdlü İsmayılova Əfsanə Rövşən qızı və onun qardaşı 2014-cü il təvəllüdlü İsmayılov Cahan Rövşən oğlunun meyitlər

24 avqust
.

Əvvəl bacısını, sonra özünü bıçaqladı

Bakıda bacı və qardaşı bıçaq xəsarətləri alıb. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən saat 16 radələrində Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsində qeydə alınıb. 1990-cı il təvəllüdlü Rəfael Səfərəli oğlu Qurbanov və 1992-ci il təvəllüdlü bacısı Sura Qurbanova bıçaq xəsarətləri ilə Sabunç

2 sentyabr
.

İş adamının qətlinin sifarişçisi tutuldu - Azərbaycana gətirildi

Azərbaycan vətəndaşı Əsgərov Ruslan Əli oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Moldova Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib. xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Belə ki, Samux Rayon Prokurorluğunda ibtidai istintaqı aparıla

13 avqust
.

Dəhşətli qəzada ölən Elmirin fotosu - Hadisə yerindən görüntülər

Bakının Buzovna qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, avqustun 4-nə keçən gecə - saat 01 radələrində Zuğulba şosesinin Buzovna ərazisindən keçən hissəsində Elmir Qismət oğlu Həsənovun idarə etdiyi "Opel" markalı, 01-CO-753 dövlət nömrə nişanl

5 avqust
.

Yatdığı yerdə amansızlıqla öldürülən qayınatanın - Fotosu

Xəbər verdiyimiz kimi, Ağdam rayon sakini, 1969-cu il təvəllüdlü Hüseynov Zakir Cəlal oğlu mübahisə zəminində bıçaqlanaraq öldürülüb. Onun qətlində kürəkəni Qənbərov Eldəniz Elşən oğlu şübhəli bilinir. "Qafqazinfo" yatdığı yerdə amansızlıqla öldürülən Z.Hüseynovun fotosunu təqdim edir:

26 avqust
.

Azərbaycanda vəzifəli şəxslər rüşvətə görə HƏBS EDİLDİLƏR

Vergi yoxlamasının keçirilməməsi müqabilində rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər həbs olunublar. xəbər verir ki, bu barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) birgə məlumat yayıb. Bildirilib ki, Azərbayca

3 avqust
.

Qadınla 17 yaşlı oğlu bıçaqlandı - Şübhəli əridir

Ağdaşda ana-oğul bıçaqlanıb. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Ləki qəsəbəsində qeydə alınıb. Aygün Əhmədovaya və oğlu 17 yaşlı F.Əhmədova bıçaq xəsarəti yetirilib. Hadisəni törətməkdə Aygün Əhmədovanın həyat yoldaşı 1967-ci il təvəllüdlü Arzu Əhmədov şübhəli bilinir. O, polis əməkdaşlar

24 avqust