Azərbaycan-Litva sənədlərinin imzalanması mərasimi olub
Azərbaycan-Litva sənədlərinin imzalanması mərasimi olub.
"Beynəlxalq yol nəqliyyatı Sazişi"ni Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Litva Respublikasının nəqliyyat və kommunikasiya nazirinin müavini Yulius Skaçkauskas imzalayıblar.
"Azərbaycan Respublikasının Ticarət və Sənaye Palatası ilə Litva Respublikasının Ticarət, Sənaye və Sənətkarlıq Palataları Assosiasiyası arasında Əməkdaşlıq Sazişi"ni Palatanın prezidenti Niyaz Əlizadə və Assosiasiyanın baş direktoru xanım Gedre Rajinskiene imzalayıblar.
"Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə Litva Respublikasının Ticarət, Sənaye və Sənətkarlıq Palataları Assosiasiyası arasında Əməkdaşlıq Memorandumu"nu KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Assosiasiyanın baş direktoru xanım Gedre Rajinskiene imzalayıblar.
"Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi - AZPROMO ilə Litva İnnovasiya Agentliyi arasında Əməkdaşlıq Memorandumu"nu AZPROMO-nun rəhbəri Yusif Abdullayev və Agentliyin baş direktoru xanım Agne Vaitkunene imzalayıblar.
"Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi - AZPROMO ilə Litva Respublikası Sənayeçilər Konfederasiyası arasında Əməkdaşlıq Memorandumu"nu AZPROMO-nun rəhbəri Yusif Abdullayev və Konfederasiyanın vitse-prezidenti Romas Austinskas imzalayıblar.
"Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ilə Litva Respublikası Sənayeçilər Konfederasiyası arasında Əməkdaşlıq Müqaviləsi"ni Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev və Litva Respublikası Sənayeçilər Konfederasiyasının vitse-prezidenti Romas Austinskas imzalayıblar.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bu İnstitut ləğv edilir - Baş nazirdən qərar
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bakıda maraqlı toy karvanı - Video
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
Çaylar quruyur, şirin su ehtiyatları tükənir: Səbəb nədir? - AÇIQLAMA
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR