Azərbaycan Avropa bazarına nə qədər qaz çatdırmağı proqnozlaşdırır?

Azərbaycan Avropa bazarına nə qədər qaz çatdırmağı proqnozlaşdırır?"Azərbaycanla Avropa İttifaqı (Aİ) arasındakı münasibətlər strateji tərəfdaşlıq münasibətləridir. Fundamental məsələlərdə bizim mövqelərimiz üst-üstə düşür və Azərbaycan-Aİ münasibətlərinin inkişafının çox geniş perspektivləri var".

Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor Elman Nəsirov deyib.

Azərbaycan Avropa bazarına nə qədər qaz çatdırmağı proqnozlaşdırır?Onun sözlərinə görə, xüsusilə enerji təhlükəsizliyi, nəqliyyat təhlükəsizliyi kimi sahələrdə Bakı-Brüssel münasibətləri çox sürətlə inkişaf etməkdədir:

"Rusiya-Ukrayna böhranı fonunda Aİ ölkələrinin enerji təhlükəsizliyi məsələləri xüsusi əhəmiyyət kəsb etməkdədir. Nəzərə alaq ki, il ərzində Aİ ölkələrinin beş yüz milyard kub.m qaza tələbatı var.

Bu nöqteyi-nəzərdən Aİ Azərbaycana yeni alternativ enerji mənbəyi kimi baxır. Ötən il Azərbaycan Aİ ölkələrinə 8.2 milyard kub.m qaz satıb. Bu il 9 milyarddan, gələn il isə 11 milyard kub.m-dən artıq Azərbaycan qazının Avropa bazarına çatdırılması planlaşdırılır.

Bu baxımdan "Cənub Qaz Dəhlizi" layihəsi Avropanın meqa layihəsidir, onun da təminatcısı Azərbaycan dövlətidir.

Qeyd edim ki, 27 Aİ ölkələrinin doqquzu ilə Azərbaycanın strateji tərəfdaşlığı haqqında müvafiq sənədlər imzalanıb.

Eyni zamanda, dünyanın çox mühüm iqtisadi güc mərkəzi ilə Azərbaycan arasında strateji tərəfdaşlıqla bağlı sazişin imzalanması yaxın perspektivlərin işidir. Bu istiqamətdə əksər məsələlərdə artıq ortaq məxrəc əldə edilib və bu sənədin imzalanması ilə Azərbaycan-Aİ münasibətlərində yeni səhifə açılacaq, bu münasibətlər keyfiyyətcə yeni müstəviyə qalxacaq.

Bizim münasibətlərimiz regional təhlükəsizlik məsələlərində də öz əksini tapır. Azərbaycan Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, ATƏT-in Minsk qrupunun, demək olar ki, de-fakto və de-yure fəaliyyəti dayanıb.

İndi Azərbaycan dövləti postmüharibə dövründə həllini gözləyən məsələlərdə Aİ-nin fəal rolunu görür və qiymətləndirir".

Millət vəkilinin sözlərinə görə, təsadüfi deyil ki, 14 dekabr 2021-ci il və 6 aprel 2022-ci il tarixlərində məhz Aİ Şurasının prezidenti Şarl Mişelin təşəbbüsü və vasitəçiliyi ilə Azərbaycan və Ermənistan siyasi liderlərinin görüşü əldə edilib və bu görüşdə də bir sıra fundamental məsələlərlə bağlı irəliyə doğru addımlar atılıb:
Azərbaycan Avropa bazarına nə qədər qaz çatdırmağı proqnozlaşdırır?"Beləliklə, həm siyasi dialoq, həm iqdisadi ticarət əlaqələri, həm də enerji və nəqliyyat təhlükəsizliyi kimi mühüm sferalarda Azərbaycan-Aİ münasibətləri sürətlə inkişaf edir və bu, hər iki tərəfin maraqlarına tamamilə cavab verir".

ZAİRA AKİFQIZI


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 2038   Tarix: 19 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezidentdən İsgəndər Cavadovla bağlı sərəncam

Prezident İlham Əliyev keçmiş futbolçu İsgəndər Cavadovun "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi ilə bağlı sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, sərəncama əsasən, Azərbaycan futbolunun inkişafı və təbliği sahəsində uzunmüddətli səmərəli fəaliyyətin

19 sentyabr
.

Prezident İlham Əliyev Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, "Pasha Hospitality" şirkətinin baş icraçı direktoru Mehmet Balçi

17 sentyabr
.

Prezident: "Gənc nəslin vətənpərvərlik, milli prinsiplərə sadiqlik ruhunda tərbiyə olunması da çox vacibdir"

"Ölkələrimizdə (TDT ölkələrində - red.) milli prinsiplər, milli özünüdərk prinsipləri bəzən bizə kənardan təlqin etməyə çalışdıqları digər prinsiplərdən üstündür". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərin

17 sentyabr
.

Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH

"2023-cü il sentyabrın 28-də qondarma "Artsax" rejiminin özünü lider kimi təqdim edən Samvel Şahramanyan tərəfindən imzalanmış sənədin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpa olunması tarixində heç bir əhəmiyyəti, dəyəri və məzmunu yoxdur. Çünki Şahramanyan həmin sənədi imzalayan

21 sentyabr
.

TDT məkanında Azərbaycanın tranzit və enerji imkanları genişlənir

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin yerləşdiyi geniş coğrafi məkan enerji və nəqliyyat dəhlizləri baxımından strateji əhəmiyyət daşıyır. Bu coğrafiyadan keçən mühüm enerji və nəqliyyat marşrutları yalnız üzv dövlətlər arasında əlaqələrin inkişafına deyil, daha geniş regionda iqtisadi əməkdaşlığı

18 sentyabr
.

Prezident İlham Əliyev Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olublar. AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və birinci xanım

17 sentyabr
.

Prezident İlham Əliyev: "Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır"

"Ətrafımızda müharibələr gedir və bu müharibələrin nə sonu, nə də qurtaracağı görünür. Müharibələrin coğrafiyası genişlənir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən səsləndirib. "Döyüşə

17 sentyabr
.

Prezidentlə xanımı Şamaxıya getdi - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Şamaxı rayonuna səfər ediblər. "Qafqazinfo" xəbər verir ki, dövlət başçısı və birinci xanım Ümummilli Lider Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər

17 sentyabr
.

Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr