Azərbaycanda çəkilən bu görüntü böyük marağa səbəb oldu - Yolun ortasında rəqs edir - VİDEO
Lerikdə toy günündə gəlin gətirməyə gedən qonaqlar yolda qalıblar. Hadisə bir neçə gün bundan əvvəl baş verib. Bobla kəndinin yolu yağışlardan sonra elə vəziyyətə düşüb ki, avtomobillərin hərəkəti mümkünsüz olub. Təbii ki, əlamətdar gündə saatlarla yolda qalmaq olmazdı. Ona görə də qonaqların bir qismi palçıqla dolu yolu açmağa başlayıb. Arzuolunmaz vəziyyət qonaqların qanını qaraltsa da, onlar rəqs edərək stress atıblar. Düzdür, qonaqlar müvəqqəti olaraq yolu açmaqla yollarına davam ediblər. Bəs problem nə zaman tam həll ediləcək?
Sonxeber.az Xəzər TV-yə istinadən xəbər verir ki, bəziləri qol-qaldırıb oynayırlar, bəziləri isə yararsız vəziyyətdə olan yolu açırlar
Gəlin gətirməyə gedən avtomobil karvanı yolda qalıb. Ortaya belə mənzərə çıxıb. Görüntülər Lerik rayonundandır.
Bobla kənd sakinləri əlamətdar gündə çətin vəziyyətə düşüblər. Toy günündə saatlarla vaxt itirməkdənsə, yolda xırda təmir işləri aparmağa qərar veriblər. Qonaqların bir qismi isə oynayaraq onlarda xoş əhval-ruhiyyə yaradıblar. Müxtəlif alətlərlə şən musiqilər ifa edilib, operatorlar da həmin anları lentə alıblar.
Sakinlərin sözlərinə görə kəndə gedən yol xüsusilə yağıntılı günlərdə keçilməz olur.
Məsələ ilə bağlı Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini Habil Məlikov bildirib ki, 25 kilometrlik Piran-Bürsulum-Bobla yolunun tikintisi ilə bağlı müvafiq sənədlər hazırlanaraq İqtisadiyyat Nazirliyinə, Nazirlər Kabinetinə, o cümlədən Avtomobil Yolları Dövlət Agentliyinə təqdim olunub. Sözügedən yol üzərində 10 yaşayış məntəqəsi yerləşir. ''Qarşıdakı illərdə dövlət tərəfindən maliyyə vəsaiti ayrıldıqdan sonra yol tikintisi həyata keçiriləcək''- deyə o əlavə edib.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 2907 Tarix: 19 may 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ürək xəstəlikləri riskini azaldan içki
Diyetoloq Karen Qreça ürək xəstəlikləri riskini azaltmağa kömək edən faydalı içkinin adını açıqlayıb. xəbər verir ki, mütəxəssis bu barədə "Eating Well" nəşrinə müsahibəsində danışıb. Onun sözlərinə görə, yaşıl çay ürək xəstəliklərindən qorunmaq üçün ən effektiv vasitələrdən biridir. Qreç
6 mayBundesliqanın ulduzu 30 yaşında futboldan gedir
Dortmund "Borussiya"sı və Almaniya milli komandasının müdafiəçisi Niklas Zyule bu mövsümün sonunda peşəkar futboldan ayrılacağını açıqlayıb. xarici mediaya istinadən bildirir ki, 30 yaşlı futbolçu bu qərarı aprel ayında "Hoffenhaym"la oyunda diz zədəsi aldıqdan sonra verib. Zyuleni
8 maySüni intellektlə hava proqnozunu öyrənmək - Təhlükə qaçılmazdır
Süni intellekt vasitəsilə hava proqnozlarına baxmaq adət halına çevirilib. Lakin mütəxəssislər xəbərdarlıq edir ki, yeni nəsil modellər bəzi hallarda fəlakətli hava hadisələrini düzgün proqnozlaşdıra bilmir. xarici mediaya istinadla xəbər verir ki, süni intellekt texnologiyaları iqlim dəyişikliklərini
7 mayAcqarına məşq edənlərin nəzərinə: Hansı hallarda qidalanmaq mütləqdir?
Səhər yeməyi yemədən idman etmək yalnız yüngül fiziki aktivlik zamanı məqbul sayılır. Ağır güc məşqlərinə başlamazdan bir neçə saat əvvəl qidalanmaq isə başgicəllənmə hallarının və mümkün zədələrin qarşısını almaq üçün vacibdir. xəbər verir ki, bu barədə fitnes təlimçisi İrina Maltseva " portalın
6 mayAlimlər insanların oyaq ikən də yuxu görə bildiyini aşkarlayıblar
Son elmi araşdırmalar insanların təkcə yuxu vəziyyətində deyil, eyni zamanda oyaq olduqları zaman da yuxugörməyə bənzər hallar yaşadıqlarını üzə çıxarıb. xəbər verir ki, bu maraqlı faktı Paris Beyin İnstitutunun tədqiqatçısı Nikolas Dekat Böyük Britaniyanın "Daily Mail" nəşrinə müsahibəsind
6 mayYenidən dəbdə olan saç düzümləri - 90-cı illərin estetikası
90-cı illərin nostaljisi rəsmi olaraq gözəllik sənayesində əsas trendə çevrilib. Retro saç düzümlərinə tələbat təxminən ikiqat artıb və çoxqatlı kaskadlar yenidən bərbərxanaların istək siyahılarında birinci yerdədir. Bunlarla yanaşı, o dövrün iki qütbü də aktualdır: cazibədar həcmli podium divaları v
8 may"Instagram" istifadəçiləri üçün VACİB XƏBƏR
Meta şirkəti mayın 8-dən etibarən "Instagram" tətbiqində şəxsi mesajların tam şifrələnməsi funksiyasında dəyişiklik edib. xəbər verir ki, qərar hüquq-mühafizə orqanları və uşaqların müdafiəsi ilə məşğul olan qurumların tənqidlərindən sonra verilib. Yeni dəyişikliklə mesajların müəyyən hallard
9 may