Artur Vanetsyanın köməkçisi saxlanıldı
Ermənistanda "Vətən" müxalifət partiyasının lideri Artur Vanetsyanın köməkçisi Aram Qriqoryan saxlanılıb.
Sonxeber.az erməni mətbuatına istinadən xəbər verir ki, bu haqda partiyanın mətbuat katibi Sos Akopyan bildirib.
Onun sözlərinə görə, təhlükəsizlik qüvvələri Qriqoryanın evində axtarış aparıb, lakin qanunsuz heç nə aşkar edilməyib. Akopyan qeyd edib ki, daha sonra onun tutulması barədə qərar qəbul edilib.
Bundan əvvəl Qriqoryanın vəkili Yervand Varosyan bildirib ki, onun müdafiə etdiyi şəxs mitinqlərdə iştirak etmək üçün vətəndaşlara rüşvət verməkdə şübhəli bilinir. Hüquq-mühafizə orqanları həmin vətəndaşların siyahısını axtarır.
Vəkil bildirib ki, çox güman ki, iş Qriqoryanın evsizlərə pul payladığı videogörüntü əsasında başlanıb.
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 1181 Tarix: 21 may 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Prezidentdən İsgəndər Cavadovla bağlı sərəncam
Prezident İlham Əliyev keçmiş futbolçu İsgəndər Cavadovun "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi ilə bağlı sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, sərəncama əsasən, Azərbaycan futbolunun inkişafı və təbliği sahəsində uzunmüddətli səmərəli fəaliyyətin
19 sentyabrTDT məkanında Azərbaycanın tranzit və enerji imkanları genişlənir
Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin yerləşdiyi geniş coğrafi məkan enerji və nəqliyyat dəhlizləri baxımından strateji əhəmiyyət daşıyır. Bu coğrafiyadan keçən mühüm enerji və nəqliyyat marşrutları yalnız üzv dövlətlər arasında əlaqələrin inkişafına deyil, daha geniş regionda iqtisadi əməkdaşlığı
18 sentyabrPrezidentlə xanımı Şamaxıya getdi - Fotolar
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Şamaxı rayonuna səfər ediblər. "Qafqazinfo" xəbər verir ki, dövlət başçısı və birinci xanım Ümummilli Lider Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər
17 sentyabr