Azərbaycan təmsilçisi FİNALDA
"Xəzər" Televiziyasının Azərbaycanda tərəfdaşı olan "Talant Mərkəzi Asiya" layihəsinin iştirakçısı, həyatını öz məntiqi ilə tamamilə dəyişən, pozitiv, maraqlı həmsöhbət, beynin gücünə inanan 24 yaşlı fitri istedad Həzrət Məmmədrzayev tamaşaçı səsverməsinə görə ikinci mövsümün yarımfinalına çıxıb.
Sonxeber.az xəbər verir ki, o, layihənin ilk azərbaycanlı finalçısı olub.
Həmyerlimiz öz qeyri-adiliyi ilə Mərkəzi Asiya ölkələri və Azərbaycanın iştirak etdiyi bu beynəlxalq talant müsabiqəsində münsifləri və tamaşaçıları heyran edib. O kubik-rubiki hətta ayağı ilə yığmağı bacarıb.
Vaxtı ilə düşdüyü avtomobil qəzasından sonra yaddaşında problemlər yaranan və görmə qabiliyyəti zəifləyən Həzrət uzun müddət kubik-rubiklə məşqlər edir.
Məntiqi ilə çətinliyi aşan iştirakçı bundan sonra həyatda bütün hədəflərə qalib gəlməyi özünə məqsəd qoyur. Onun növbəti hədəfi "Ginessin rekordlar" kitabına düşməkdir. Belə ki, o, kubik-rubiki suyun altında ən qısa müddətə yığaraq rekordu təzələmək istəyir.
Bunun üçün o, dayanmadan məşqlər edir.
"Talant Mərkəzi Asiya"nın gələn ay keçiriləcək finalında Həzrət Məmmədrzayev 10 finalçı ilə "Qrand final" mərhələsində mübarizə aparacaq. Burada qalib olanı isə 40000 manatadək pul mükafatı gözləyir. İştirakçıya dəstəyimizi əsirgəməyək! Qoy istedadlarımızı bütün Asiya tanısın!
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Şair Çingiz Əlioğlu dəfn olunub
Əməkdar İncəsənət xadimi, şair Çingiz Əlioğlu ilə vida mərasimi Təzə Pir məscidində keçirilib. xəbər verir ki, şairin nəşi dəfn olunması üçün "Qurd Qapısı" qəbiristanlığına gətirilib və torpağa tapşırılıb. Dəfn mərasimində şairin yaxınları, dostları, sənət yoldaşları iştirak ediblər
10 avqustXalq artisti Alim Qasımovun 69 yaşı tamam olur
Bu gün Azərbaycanın Xalq artisti Alim Qasımovun doğum günüdür. Onun 69 yaşı tamam olur. xəbər verir ki, Alim Həmzə oğlu Qasımov 1957-ci il avqustun 14-də Şamaxıda doğulub. Xanəndə Bakıda muğam məktəbinin ən tanınan və istedadlı müəllimlərindən dərs alıb. 25 yaşında birinci muğam müsabiqəsində müvəffəqiyyə
14 avqust1700 illik nadir "Odisseya" parçası tapıldı
Niderlandda qədim əlyazmaları araşdıran tədqiqatçı kitabxana kolleksiyasındakı kitabların birinin arasında Homerin "Odisseya" əsərindən təxminən 1700 il əvvələ aid nadir fraqment aşkar edib. "Qafqazinfo" xəbər verir ki, Radboud Universitetindən yunan dili üzrə mütəxəssis doktor Mar
18 sentyabrSəhnəmizin Florasının 85-ci baharından - Görüntülər
Ötən gün 85 yaşı tamam olan Xalq artisti Flora Kərimovanın yubiley gecəsi keçirilib. "Qafqazinfo" xəbər verir ki, gecədə dostları, yaxınları və ailə üzvləri sənətkarı tək qoymayıblar. Şəhər restoranlarından birində təşkil olunan doğum günü mərasimindən görüntüləri təqdim edirik:
24 iyul15 il sonra "Harri Potter"dəki roluna qayıdır
Britaniyalı aktyor Rupert Qrint 15 ildən sonra "Harry Potter"də canlandırdığı məşhur "Ron Uizli" obrazına qayıdacaq. Axşam.az xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb. Aktyor "Harry Potter and the Cursed Child" tamaşasının Brodvey heyətinə qoşulub
28 avqustFəxrəddin Manafov və Nailə İslamzadə bir arada - Foto
Xalq artisti Fəxrəddin Manafov və Əməkdar artist Nailə İslamzadə bir araya gəlib. Axşam.az xəbər verir ki, aktyor və teleaparıcı birlikdə foto çəkdiriblər. Şəkli N. İslamzadə sosial şəbəkə hesabında paylaşıb
17 avqustPolad Bülbüloğlunun xanımı Əməkdar artist imiş - Fotolar
Xəbər verdiyimiz kimi, Xalq artisti, tanınmış bəstəkar, müğənni və ictimai-siyasi xadim Polad Bülbüloğlu yenidən ailə həyatı qurub. "Qafqazinfo"nun "Publika"ya istinadən məlumatına görə, P.Bülbüloğlunun həyat yoldaşı Azərbaycanın Əməkdar artisti, tanınmış rəqqasə və pedaqoq Eter
26 avqustİlham Mirzəyevin vəziyyəti ağırdır
Teleaparıcı İlham Mirzəyevin vəziyyəti açıqlanıb. Mərkəzi Klinikadan "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, hazirda xəstənin vəziyyəti ağırdır. "Xəstə sol mədəciyin ön divarının miokard infarktı, kardiogen şok vəziyyətində qəbul olunub. Angioplastika icra olunub və sten
7 sentyabr