"Skandinaviya ölkələrinin NATO-ya qəbulu müharibəni genişləndirə bilər"
Türkiyə Finlandiya və İsveçin NATO-ya üzv olmaq qərarını kəskin şəkildə pisləyib. Bu addımın Ukraynadakı müharibəni uzada və genişləndirə biləcəyi iddia edilir.
Bu sözləri Milliyyətçi Hərəkat Partiyasının (MHP) başqanı, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın yaxın silahdaşı Devlet Bahçeli deyib.
MHP lideri partiya nümayəndələri qarşısında çıxışında: "Bu iki ölkənin NATO-ya üzv olmasını hadisələrin vaxtsız, əsassız və gərəksiz inkişafı hesab edirik",- deyə qeyd edib.
Daha sonra Bahçeli Finlandiya və İsveçin Alyansa daxil olmasının Ukraynada müharibəni uzadacağı, hərbi əməliyyatların sərhədlərinin genişlənə biləcəyi qənaətində olduğunu bildirib: "Belə bir üzvlük reallaşarsa, Rusiyanı kəskin reaksiya verməyə təhrik edəcək. Bu iki Şimali Avropa dövləti NATO-ya qəbul olunarsa, Ukraynadakı müharibənin İsveçə də sıçrama ehtimalını qiymətləndirməmək olmaz",- deyə Baxçalı davam edib.
Xatırladaq ki, bu gün Ərdoğan hər iki dövlətin rəhbər şəxsləri ilə telefonla danışıb.
Mayın ortalarında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan gözlənilmədən ölkəsinin NATO-nun genişlənməsini dəstəkləyə bilməyəcəyini, çünki Finlandiya və İsveçin "bir çox terror təşkilatının vətəni" olduğunu bildirib. Bundan sonra ABŞ Skandinaviya ölkələrinin Alyansa daxil olması ilə bağlı Ankaranın mövqeyini aydınlaşdırmağa başlayıb. NATO-nun baş katibi isə Türkiyənin Finlandiya və İsveçin müraciətlərinə mane olmayacağını bildirib.
Bu arada Avropa Parlamentinin aparıcı fraksiyasının rəhbəri Manfred Veber Türkiyənin Finlandiya və İsveçin qəbuluna mane olacağı təqdirdə NATO-da potensial təcrid olunacağı barədə xəbərdarlıq edib.
Mayın 18-də Finlandiya və İsveç NATO-ya üzv olmaq üçün müraciət ediblər. Həmin gün Alyansın səfirləri Skandinaviya ölkələrinin hərbi-siyasi bloka qoşulması ilə bağlı danışıqlara başlamaq üçün bir araya gəliblər. Lakin Türkiyə əks mövqe bildirərək prosesin qarşısını alıb.
Ankara Finlandiya və İsveçi kürd terrorçularını dəstəkləməkdə ittiham edir. Xüsusən də İsveç Türkiyənin terrorda şübhəli bilinərək axtarışa verdiyi şəxslərə sığınacaq verir və hətta YPG-yə açıq şəkildə maliyyə dəstəyi göstərir.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Milli Qəhrəman İbad Hüseynov Gürcüstanın gömrük əməkdaşları tərəfindən saxlanılıb
XƏBƏRDARLIQ - Bu tarixlərdə ardıcıl yağış yağacaq
Azərbaycanda bəzi hərbçilərə növbəti rütbə daha tez veriləcək
Polkovnikin nazirlikdəki yeni vəzifəsi bu imiş
Kombilər söküləcək? Azərbaycanda istilik sistemləri ilə bağlı yeni plan - İQTİSADÇIDAN AÇIQLAMA
Qızıl bazarında son vəziyyət
Antiinhisar "Aztelekom"un qiymət artımı müraciətini rədd edib
"WhatsApp"a iki yeni funksiya gəlir
"Nar"da biabırçı mənzərə: İnternet bərbad, tariflər baha, müştəri xidməti əlçatmaz!
Deputat Arzuxan Əlizadənin Bakıdakı kafedə qətl törədən oğlunun fotosu - Video
Musiqi dinləməsi 13 yaşlı velosipedçinin həyatına son qoydu
Metronun "20 Sentyabr" stansiyası bu tarixdə açılacaq
Oğlundan danışan Röya: "Səhvlər edir, onu keçirəm"
Ağ Evdən İrana hücumla bağlı açıqlama: ABŞ seçkilərə qədər zərbə endirməyəcək
Çində 7 bal gücündə zəlzələ baş verib