Ermənistanın sərhədlə bağlı görüşdən imtina etmə səbəbi...

Ermənistanın sərhədlə bağlı görüşdən imtina etmə səbəbi...Sonxeber.az xəbər verir ki, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Hicran xanım, son günlər bir çox ictimai-siyasi əhəmiyyət kəsb edən hadisələr baş verir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Prezident İlham Əliyev Rize-Artvin Hava Limanının açılış mərasimində iştirak etdi və bir sıra mühüm məsələlərə toxundu. Buradan verilən mesajların əhəmiyyətini necə şərh edərdiniz?

- Öncə qeyd etmək istədim ki, bu hava limanının açılması qardaş Türkiyənin davamlı inkişafın strategiyasının ən uğurlu nümunələrindən biridir. Təməli 2017-ci il aprelin 3-də Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə qoyulan Rize-Artvin Hava Limanı Türkiyədə Ordu-Giresun aeroportundan sonra dənizin doldurularaq inşa edildiyi ikinci, dünyada isə beşinci hava limanıdır. Rəcəb Tayyib Ərdoğanın həyata keçirdiyi siyasəti nəticəsində Türkiyə gündən-günə güclənir, sürətlə inkişaf edir. Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi: "Bütün bunun təməlində aparılan siyasət, əziz qardaşımın böyük əməyi, zəhməti vardır. Türkiyə bu gün nəinki dünya miqyasında böyük güc mərkəzinə çevrilib, söz sahibi olub, eyni zamanda, ölkə içində də böyük layihələr icra etməyə qadirdir". Azərbaycan və Türkiyənin daxili siyasətinin əsaslarında insan amili dövlət siyasətinin əsasını təşkil edir. Sözsüz ki, Azərbaycan və Türkiyə dostluğu, qardaşlığı uzun bir tarixə söykənir. Sevincini və kədərini paylaşan bir millət-iki dövlət, dost, səmimi münasibətlər o qədər inkişaf etmişdir ki, hətta müxtəlif tədbirlərdə belə bir-birinin yoxluğunu auditoriya hiss edə bilmir. Belə nümunələr çoxdur. Rize-Artvin hava limanının açılışında Prezident İlham Əliyev bir daha qeyd etdi: "Biz hər zaman bir yerdəyik - xoş günlərdə, yaxşı günlərdə, çətin günlərdə də və İkinci Qarabağ savaşı bunu bir daha bütün dünyaya göstərdi". Bu ən mühüm açıqlamadan biri idi. İkinci Qarabağ savaşının iki qardaş ölkənin müştərək, ortaq şanlı tariximizə çevrilməsi məsələsinin bir daha gündəmə gətirilməsi olduqca mühüm əhəmiyyətə malikdir. Bu gün də Azərbaycan erməni işğalından azad etdiyi torpaqlarda, Qarabağın, Şərqi Zəngəzurun bərpa-quruculuq işlərində qardaş Türkiyə bir yerdə çalışır. Bütün bunlar bir daha göstərir ki, Azərbaycan və Türkiyə hər bir anda bir-birinə dəstək olur, əməkdaşlıq edir. Bu gün dünyada baş verən hadisələrin fonunda Azərbaycan-Türkiyə münasibətləri əməkdaşlığın, dostluğun, müttəfiqliyin unikal nümunəsidir. Dünyada Azərbaycan-Türkiyə münasibətlərini təkcə iki dövlət üçün deyil, Cənubi Qafqaz, Türk dünyası, region və dünya üçün nümunəvi model kimi qəbul edilir.

- Milli Məclisdə İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏTPA) Üçüncü Ümumi Konfransı keçirildi. Bu təşkilatın fəaliyyəti, gələcəkdə atılacaq birgə addımların xarakterini necə qiymətləndirirsiniz?

- Milli Məclisdə İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏTPA) Üçüncü Ümumi Konfransının keçirilməsi mühüm tarixi əhəmiyyətə malikdir. Konfrans "Post-pandemiya dövründə əməkdaşlıq: çağırışlar və bərpa imkanları" mövzusuna həsr olunub. İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasına sədrlik Pakistandan Azərbaycana keçib. Keçən müddət ərzində bir sıra işlər görülüb. Bununla yanaşı, Azərbaycanın bölgədə yaratdığı yeni reallıqlar, dünyada gedən proseslər, təşkilatın tam potensialını üzə çıxarmaq üçün bizi qarşıda böyük işlərin gözlədiyini deyə bilərik. Azərbaycan bütün münasibətlərdə olduğu kimi, dayanıqlı tərəfdaşlıq çərçivəsində fəaliyyət göstərməyi əsas götürür. Parlamentin sədri Sahibə xanım Qafarova da Milli Məclisin təşkilata sədrliyi dövründə Assambleyanın fəaliyyətinin gücləndirilməsi, parlamentlər arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində səylərin artırılmasını xüsusi olaraq qeyd edib. Təşkilata daxil olan xalqları birgə tarixi, mədəni, dini dəyərlər və ənənələr birləşdirir. Bu baxımdan mövcud birliyi, dostluğu qorumaq və onu daha da inkişaf etdirmək üçün parlament üzvləri də mühüm məsuliyyət daşıyır. Bu mənada İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyası təşkilatın hədəf və məqsədlərinin reallaşdırılmasını dəstəkləməklə yanaşı, parlamentlərimiz arasında əlaqələrin gücləndirilməsinə, xalqlarımızın bir-birinə daha da yaxınlaşmasına töhfə verəcək. Hazırda pandemiyanın kəskin dövrü arxada qalması müşahidə edilir. Artıq gələcək mümkün çağırışlarla daha güclü mübarizə aparmaq üçün post-pandemiya dövründə bərpa məsələlərinə daha çox diqqət yetirilir. Bu sahədə də Azərbaycan ilk təkliflərini verib. Prezident İlham Əliyev pandemiyadan sonrakı dövr üçün qlobal tədbirlərlə bağlı konkret tövsiyələr hazırlaya biləcək BMT-nin COVID-19-dan sonra Qlobal Bərpa üzrə Yüksək Səviyyəli Panelinin təsis edilməsi təşəbbüsünü irəli sürüb. İqtisadi və sosial inkişafın davamlı olması üçün qarşılıqlı inteqrasiya və əməkdaşlığın inkişafına ehtiyac var. Məhz bu mənada parlamentlərarası əlaqələrin gücləndirilməsi parlament diplomatiyasının regional inteqrasiya və inkişafa töhfə verəcək.

- Mayın 18-də Prezident İlham Əliyev və Litva prezidenti Gitanas Nauseda mətbuata bəyanatlarla çıxış edən zaman bir daha Ermənistan hökumətinin yalanlarını üzə çıxardı. Onların sülh prosesinə maneə yaratdığını sübut etdi. Növbəti mərhələ üçün sülh müstəvisində təsirli addımların atılcağına dair hansı proqnozlar var?

- Mühüm layihələrin müəllifi, güclü iqtisadi potensiala, iki və çoxtərəfli əməkdaşlığa malik olan Azərbaycan bölgədə təhlükəsizliyin, sabitliyin yaradıcısıdır. Ancaq bununla yanaşı, bir çox məsələ Ermənistandakı gündəmdən, onun sülh gündəliyi ilə bağlı planlarından asılı olacaq. Azərbaycan Vətən müharibəsi bitdikdən dərhal sonra sülhün yaranması, bizim üçün nə qədər ağır olsa da münasibətlərin normalaşması prosesinə başladı, təkliflər verdi. Azərbaycan Ermənistanı sərhədlərin delimitasiyasına başlamağa dəvət etdi. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin təşəbbüsü ilə aprelin 6-da Brüsseldə keçirilmiş görüş zamanı razılaşdırılmışdı ki, aprelin sonuna qədər hər iki tərəf işçi qrup yaradacaq və onlar artıq öz fəaliyyətinə başlayacaqlar. Azərbaycan vaxtında işçi qrupunu yaratmasına və nümayəndə heyətini ezam etməyə hazır olmasına baxmayaraq Ermənistan tərəfi aprelin 29-da daha sonra isə 7-11 may tarixlərində sərhəddə yeni görüşün keçirilməsi təklifimizdən də imtina etdi. Beləliklə, indiyədək, biz Ermənistandan hər hansı yeni tarixləri gözləyirik ki, işə başlayaq. Çünki bu cür məsuliyyətsiz mövqe, əlbəttə ki, narahatlıq doğurur. Azərbaycan hər zaman üzərinə götürdüyü öhdəliklərə sadiqdir. Lakin biz eyni məsuliyyəti Ermənistan tərəfindən də görmürük. Sözsüz ki, Azərbaycan sülh və rifah üçün bütün hüquqi addımları atır, bölgədə təhlükəsizliyin təmin olunması istiqamətində lazımı tədbirləri həyata keçirir. Ermənistan əsassız və heç bir məntiqə, hüquqa sığmayan iddialar irəli sürməkdənsə, Azərbaycan Ermənistana münasibətlərin normallaşması ilə bağlı 5 maddədən ibarət göndərdiyi sənədə adekvat cavab versin. Radikal və revanşist iddialar irəli sürməklə, bölgədə sülh yaratma prosesinə maneə yaradan Ermənistan nəhayət öz məsuliyyətini dərk etməlidir.


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 4227   Tarix: 21 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Bayramov Kallasla görüşdü - Fotolar

Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasla görüşüb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Azərbaycan XİN-in "X" hesabında bildirilib

5 may
.

Prezident İlham Əliyev BMT-nin Məskunlaşma Proqramının icraçı direktorunu qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 16-da BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbaxı qəbul edib. AZƏRTAC-a istinadən xəbər verir ki, Anaklaudia Rossbax Bakıda BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası ilə bağlı gördüyü işlərin ond

16 may
.

Azərbaycan-İtaliya münasibətləri Avropa ölkələrinə nümunədir

İtaliya dünyanın nadir diyarlarından biridir. Onun sakinləri öz ölkələrinin şanlı keçmişi və rifah halına qovuşmuş bu günü ilə fəxr edə bilərlər. Burada dünya mədəni irsinin yarıdan çoxu cəmləşib: qədim sivilizasiyalardan miras qalmış dəyərli incəsənət nümunələri, tarixi və memarlıq abidələri. İtaliy

6 may
.

Prezident və birinci xanım Cəbrayıla səfər etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 9-da Cəbrayıl rayonunun Şükürbəyli kəndinin açılışında iştirak ediblər. Qaynarinfo xəbər verir ki, dövlətimizin başçısı və birinci xanım 360 şagird yerlik məktəb binasında və kənddə inşa edilmiş fərdi evlərdə yaradılmı

9 may
.

İlham Əliyev: "Bu gün Türk Dövlətləri Təşkilatının qlobal proseslərdə rolu və mövqeyi güclənir"

Bu gün Türk Dövlətləri Təşkilatının beynəlxalq çəkisi artır, qlobal proseslərdə rolu və mövqeyi güclənir. AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Qazaxıstanın Türküstan şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə çıxış

15 may
.

Türk dünyası dünyanın nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Qazaxıstan Respublikasının Türküstan şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü "Süni intellekt və rəqəmsal inkişaf" mövzusuna həsr olunub. Zirvə görüşü yeni yaranan texnologiyaları

16 may
.

Bakıdan Avropaya xəbərdarlıq

Avropa Siyasi Birliyinin Ermənistanın paytaxtı İrəvan şəhərində keçirilən 8-ci Zirvə toplantısı çərçivəsində Prezident İlham Əliyevin videobağlantı formatında çıxışı yalnız regional sülh gündəliyinin təqdimatı ilə məhdudlaşmadı, həm də Avropanın iki əsas institutuna - Avropa Parlamenti və Avropa Şuras

5 may
.

Prezidentin adından Meloninin şərəfinə şam yeməyi verildi - Fotolar

Prezident İlham Əliyevin adından İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloninin şərəfinə işçi şam yeməyi verilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb

4 may
.

Prezident TƏSDİQLƏDİ - Bəzi şəxslərin təhsil haqları dövlət tərəfindən ödəniləcək

Minatəmizləmə fəaliyyəti həyata keçirən zaman həlak olmuş minatəmizləyənlərin övladlarının təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək. -a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Vergi Məcəlləsində, "Təhsil haqqında" və "Minatəmizləmə fəaliyyəti haqqında"

5 may