"Rusiyanın Ukrayna ilə bağlı qorxuları yüz faiz təsdiqləndi" - Lavrov
"Xüsusi hərbi əməliyyat Rusiyanın "Qərbin Ukraynadan nə düzəltməyə çalışdığı" ilə bağlı qorxularını təsdiqlədi".
Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Mali xarici işlər naziri Abdoulaye Diop ilə görüşdən sonra mətbuat konfransı zamanı deyib.
O, "Qərbin Ukraynadan nə düzəltməyə çalışdğını" konkret olaraq açıqlamasa da, qeyd edib ki, bu cəhdlərin nəticəsi Ukraynanın Donbassdakı nizamlanma ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etməkdən imtina etməsi olub.
"Biz bu gün dostlarımıza Ukraynada son illər ərzində baş verənləri, o cümlədən səkkiz il ərzində Ukraynanın Donbassdakı nizamlanma ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etməkdən qəti şəkildə imtina etdiyi barədə ətraflı xatırlatdıq. Bunun səbəblərini bir daha izah etdik. Xüsusi hərbi əməliyyatdan başqa çıxış yolu yox idi.
Yeri gəlmişkən, Qərbin Ukraynadan nə düzəltməyə çalışması ilə bağlı bütün qorxularımız yüz faiz təsdiqləndi", - nazir bildirib.
Onun sözlərinə görə, Avropa İttifaqı Rusiya Federasiyası ətrafında regionların inkişafına yönəlmiş "müxtəlif strategiyalar" həyata keçirir. Nümunə kimi o, Avropa İttifaqının Arktika Strategiyasını və Mərkəzi Asiya strategiyasını göstərib.
"Bu səbəbdən də, Vladimir Putinin qarşıya qoyduğu bütün vəzifələr, ilk növbədə, Donbassda mülki əhalinin müdafiəsi və Ukraynada ölkəmizin təhlükəsizliyinə birbaşa təhdidlərin yaradılmasının qarşısının alınması məqsədləri, əlbəttə ki, yerinə yetirilməlidir",- deyə Rusiya XİN rəhbəri əlavə edib.
Xatırladaq ki, Kreml bu vaxta qədər müharibəyə başlaması ilə bağlı müxtəlif səbəblər səsləndirib. Hələ də "Rusiya bu müharibəni nəyə görə başladıb" sualına dəqiq cavab verilməyib. O üzdən də bir çoxları hesab edirlər ki, müharibə əslində Rusiya prezidenti Vladimir Putinin "imperiya xəstəliyi" ilə bağlıdır. Buna görə də Qərbdə bunu daha çox "Putinin müharibəsi" adlandırırlar. Amma Putinin öz gücünü həddən artıq yüksək qiymətləndirməsi onun uğursuzluğuna səbəb olub. Nəticədə Putinin bir neçə gün ərzində bitəcəyinə inandığı müharibə uzun bir prosesə çevrilib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Milli Qəhrəman İbad Hüseynov Gürcüstanın gömrük əməkdaşları tərəfindən saxlanılıb
XƏBƏRDARLIQ - Bu tarixlərdə ardıcıl yağış yağacaq
Azərbaycanda bəzi hərbçilərə növbəti rütbə daha tez veriləcək
Polkovnikin nazirlikdəki yeni vəzifəsi bu imiş
Kombilər söküləcək? Azərbaycanda istilik sistemləri ilə bağlı yeni plan - İQTİSADÇIDAN AÇIQLAMA
Qızıl bazarında son vəziyyət
Antiinhisar "Aztelekom"un qiymət artımı müraciətini rədd edib
"WhatsApp"a iki yeni funksiya gəlir
"Nar"da biabırçı mənzərə: İnternet bərbad, tariflər baha, müştəri xidməti əlçatmaz!
Deputat Arzuxan Əlizadənin Bakıdakı kafedə qətl törədən oğlunun fotosu - Video
Musiqi dinləməsi 13 yaşlı velosipedçinin həyatına son qoydu
Metronun "20 Sentyabr" stansiyası bu tarixdə açılacaq
Oğlundan danışan Röya: "Səhvlər edir, onu keçirəm"
Ağ Evdən İrana hücumla bağlı açıqlama: ABŞ seçkilərə qədər zərbə endirməyəcək
Çində 7 bal gücündə zəlzələ baş verib