Danışıqların Brüssel raundu: Əliyevlə Paşinyanın müzakirə edəcəyi məsələlər

Danışıqların Brüssel raundu: Əliyevlə Paşinyanın müzakirə edəcəyi məsələlərBu gün Avropa İttifaqı Şurası Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Brüsseldə görüşəcəklər.

Bu, postmünaqişə dövründə Avropa İttifaqının moderatorluğu ilə üzbəüz keçirilən 3-cü təmasdır, bir görüş isə videoformatda keçirilmişdi - ümumilikdə 4 görüş.

Budəfəki görüş əvvəlki Brüssel danışıqlarının məntiqi davamı və əldə edilmiş razılıqların icrasını birinci mənbədən yoxlamaq məqsədi daşıyır.

Avropa İttifaqı Qərbin ali təmsilçisi kimi sülh prosesindəki diplomatik-siyasi gedişatlarda üstün təşəbbüslərə yiyələnmək istəyir, lakin danışıqların ümumi ruhu Rusiyanın vasitəçilik, Türkiyənin artan maraqları ilə uzlaşdırılır.

Avropa İttifaqının təşəbbüsü ilə əldə edilmiş iki razılıq - Birinci Qarabağ müharibəsində itkin düşmüş azərbaycanlıların taleyi barədə məlumatlar və Birgə Sərhəd Komissiyasının fəaliyyətə başlaması - hələ də qaranlıqdan işığa çıxmayıb.

Ona görə də, cənab Mişel bu məsələdə Azərbaycanın mövqeyini İlham Əliyevlə birgə Nikol Paşinyanın qarşısında qoyacaqlar.

Son zamanlar Azərbaycan-Ermənistan sərhədinin Kəlbəcər istiqamətində rəsmi İrəvanın törətdiyi təxribatlar da sülh və etimad mühitini qeyri-müəyyən hala gətirir.

Böhük ehtimalla, bu baxımdan Brüssel danışıqlarının növbəti raundunda İlham Əliyev Nikol Paşinyana təxribatlara son qoymaq tələbini irəli sürəcək.

Ermənistan postmüharibə dövründə elə bir öhdəlik götürməlidir ki, təxribata barmaq yeri də qalmasın, Brüssel danışıqları da həmin öhdəliklərin formalaşmasında mühüm rol oynayır.

Sülh yolu ilə mübahisəli məsələlərin tənzimlənməsinin Brüssel mərhələsi İlham Əliyevə, Rusiyanın təşəbbüsü ilə imzalanmış üçtərəfli bəyanatların icrası haqqında Paşinyandan məlumat almaq imkanları yaradır.

Azərbaycan üçün üçtərəfli bəyanatların əməli müstəviyə gəlməsi heç zaman aktuallığını itirmir, Ermənistan hələ də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərindən qanunsuz hərbi birləşmələri çıxarmaq əzmini nümayiş etdirmir.

Bunun səbəbləri ayrıca mövzudur, lakin Azərbaycan üçün nəticə lazımdır, bu nəticə əldə edilməsə, rəsmi Bakının hərbi vasitəyə əl atması üçün hüquqi və siyasi əsasları var.

Bunu başa düşən Paşinyan effektiv düsturlar yaradaraq öhdəlikləri yerinə yetirməlidir.

Brüssel görüşü ümumilikdə dayanıqlı sülhün bərqərar olmasına lazımlı töhfə verir.

Gələcəkdə bu töhfə dönüş nöqtəsi yaratmağa gətirib çıxaracaq.


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 978   Tarix: 22 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Prezidentdən İsgəndər Cavadovla bağlı sərəncam

Prezident İlham Əliyev keçmiş futbolçu İsgəndər Cavadovun "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi ilə bağlı sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, sərəncama əsasən, Azərbaycan futbolunun inkişafı və təbliği sahəsində uzunmüddətli səmərəli fəaliyyətin

19 sentyabr
.

Prezident İlham Əliyev Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, "Pasha Hospitality" şirkətinin baş icraçı direktoru Mehmet Balçi

17 sentyabr
.

Prezident: "Gənc nəslin vətənpərvərlik, milli prinsiplərə sadiqlik ruhunda tərbiyə olunması da çox vacibdir"

"Ölkələrimizdə (TDT ölkələrində - red.) milli prinsiplər, milli özünüdərk prinsipləri bəzən bizə kənardan təlqin etməyə çalışdıqları digər prinsiplərdən üstündür". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərin

17 sentyabr
.

Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH

"2023-cü il sentyabrın 28-də qondarma "Artsax" rejiminin özünü lider kimi təqdim edən Samvel Şahramanyan tərəfindən imzalanmış sənədin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpa olunması tarixində heç bir əhəmiyyəti, dəyəri və məzmunu yoxdur. Çünki Şahramanyan həmin sənədi imzalayan

21 sentyabr
.

TDT məkanında Azərbaycanın tranzit və enerji imkanları genişlənir

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin yerləşdiyi geniş coğrafi məkan enerji və nəqliyyat dəhlizləri baxımından strateji əhəmiyyət daşıyır. Bu coğrafiyadan keçən mühüm enerji və nəqliyyat marşrutları yalnız üzv dövlətlər arasında əlaqələrin inkişafına deyil, daha geniş regionda iqtisadi əməkdaşlığı

18 sentyabr
.

Prezident İlham Əliyev Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olublar. AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və birinci xanım

17 sentyabr
.

Prezident İlham Əliyev: "Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır"

"Ətrafımızda müharibələr gedir və bu müharibələrin nə sonu, nə də qurtaracağı görünür. Müharibələrin coğrafiyası genişlənir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən səsləndirib. "Döyüşə

17 sentyabr
.

Prezidentlə xanımı Şamaxıya getdi - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Şamaxı rayonuna səfər ediblər. "Qafqazinfo" xəbər verir ki, dövlət başçısı və birinci xanım Ümummilli Lider Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər

17 sentyabr
.

Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr