"Meymun çiçəyi" Rusiya laboratoriyasında hazırlanıb" - Britaniya nəşri

"Meymun çiçəyi" Rusiya laboratoriyasında hazırlanıb" - Britaniya nəşri"Mirror" sovet mikrobioloqu Kanatjan Alibekovun arxiv müsahibələrini araşdırıb və...

Britaniyanın "Mirror" tabloidi bütün dünyaya qəfil yayılmağa başlayan "meymun çiçəyi" xəstəliyi haqqında maraqlı məqalə dərc edib. Ümumdünya Səhiyyə Təşkilatının son məlumatlarına görə, bu nadir xəstəliyə dünyada hələ ki, 92 yoluxma halı artıq qeydə alınıb.

Britaniyalı jurnalistlər mövzu ilə bağlı sovet mikrobioloqu Kanatjan Alibekovun arxiv müsahibələrini araşdırıblar. Açıq mənbələrə görə, 1970-ci illərdən o, SSRİ-də bioloji silahların məxfi hazırlanması ilə məşğul olan "Biopreparat" elmi-istehsalat birliyində işləyib. 80-ci illərin sonlarında birliyin rəhbərlərindən biri olan Alibekov SSRİ-nin dağılmasından sonra ABŞ-a mühacirət edib.

"Mirror" yazır ki, 90-cı illərdəki çıxışlarında Alibekov sovet alimlərinin bioloji silahın potensial komponentləri kimi müxtəlif növ çiçək xəstəliklərinin, o cümlədən "meymun çiçəyi" xəstəliyinin tədqiq etdiklərini deyib.

"Mirror" Alibekovdan sitatlara da yer verib. "Biz insan çiçəyi xəstəliyinin əvəzinə, hansı virusların istifadə oluna biləcəyini müəyyən etmək üçün xüsusi proqram yaratdıq. Biz inək, siçan, dovşan və "meymun çiçəyi"ni sınaqdan keçirdik..." deyə, alimə istinadən nəşr bildirir.
Alibekov deyibmiş ki, müsbət nəticə əldə etdikdən sonra virusla mübarizə üsulları yaratmaq bizə cəmi iki həftə vaxt alırdı: "Bizim arsenalımızda məlum virusları əvəz edə biləcək genetik cəhətdən dəyişdirilmiş çiçək xəstəliyi olardı."

"Mirror" həmçinin 1998-ci ildə Alibekovun qəribə bəyanatına da istinad edir. Alibekov deyibmiş ki, Rusiyada hazırlanmış xəstəliyin laboratoriyadan sızması nəticəsində yarana biləcək çiçək xəstəliyini "dünya ictimaiyyətinə izah etmək çətin olacaq". Alibekov onu da bildiribmiş ki, SSRİ-nin dağılması zamanı kütləvi peyvəndlər nəticəsində çiçək xəstəliyinin faktiki yoxa çıxması onları belə bioloji proqramlardan imtina etməyə məcbur edib. Eyni zamanda, o, iddia edib ki, SSRİ-nin dağılmasından sonra da hərbçilər "bioloji silah yaratmaq" üçün meymun xəstəliyi ilə bağlı araşdırmaları davam etdiriblər.

Nəşr Alibekovun ABŞ Konqresində çıxışı zamanı özünü "Rusiyanın bioloji proqramının tam bağlanmamasına görə günahkar" hesab etdiyini də yada salıb.

Qeyd edək ki, Britaniyada yoluxmuş xəstələrdən ikisi Nigeriyadan gələn şəxslərdir, buna görə də onlarda Qərbi Afrika ştamının olduğu güman edilir. Bu növün mülayim olduğu deyilir, hərçənd ki, bu, hələ rəsmən təsdiqlənməyib.

Virus ilk dəfə meymunda aşkar edilib və 1970-ci ildən bəri 10 Afrika ölkəsində sporadik epidemiyalar qeydə alınıb. Afrikadan kənarda xəstəliyin ilk yayılması halı 2003-cü ildə ABŞ-da qeydə alınıb. O vaxt virus xırda məməlilərdən yoluxan çöl itləri ilə yaxın təmas vasitəsilə yayılıb. Qeydə alınan 81 hadisə nəticəsində ölən olmayıb.

İndiyədək məlum olan ən böyük "meymun çiçəyi" epidemiyası 2017-ci ildə Nigeriyada baş verib. Burada 172 şübhəli hadisə olub. Yoluxanların 75 faizi 21-40 yaş arası kişilər olub.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 3368   Tarix: 22 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

NATO Ukraynaya daha sürətli və daha ucuz silahlar almağa imkan verəcək

NATO Ukraynaya mərkəzləşdirilmiş tədarük agentliyi vasitəsilə silah, sursat və hərbi texnika almağa icazə verəcək. xəbər verir ki, bu, Kiyevə müdafiə avadanlıqlarını daha sürətli və daha əlverişli şərtlərlə əldə etməyə imkan verəcək. Ukrayna NATO Təchizat və Satınalma Agentliyi (NSPA) ilə əməkdaşlığ

22 oktyabr
.

BBC: "Qərb diplomatları Rusiyada daimi nəzarət və qorxu şəraitindən danışır"

Qərb diplomatları Rusiyada işləməyin getdikcə çətinləşdiyini, təhlükəsizlik tədbirlərinin və izlənilmə qorxusunun gündəlik həyatlarına təsir etdiyini bildiriblər. BBC-yə istinadən xəbər verir ki, onların təsvir etdiyi şərait Soyuq müharibə dövründəki diplomatik mühitlə müqayisə olunur. Mövzu Rusiya il

23 oktyabr
.

Səudiyyə Ərəbistanı Yəməndən Ər-Riyada atılan ballistik raketi ələ keçirib

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya şənbə günü Səudiyyə Ərəbistanının Mülki Müdafiəsinin Ər-Riyad, Nəcran və Vadi-ə-Dəvasir əyalətində mümkün təhlükə barədə xəbərdarlıqlarından sonra Yəməndə husilər tərəfindən Ər-Riyada atılan ballistik raketi ələ keçirdiyini və məhv etdiyini açıqlayıb

24 oktyabr
.

Belçikada həmkarlar ittifaqları irimiqyaslı etiraz aksiyası keçirməyi planlaşdırır

Belçikanın üç əsas həmkarlar ittifaqı - "Ümumi Əmək Federasiyası", Xristian Həmkarlar İttifaqları Konfederasiyası və "Synova" noyabrın 23-də Brüsseldə irimiqyaslı etiraz aksiyası keçirməyi planlaşdırır. "Report" xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Onla

22 oktyabr
.

Argentina məhkəməsi prezidentə qarşı kriptovalyuta qalmaqalı ilə bağlı işi rədd etdi

"La Nacion" qəzetinin verdiyi məlumata görə, Argentina məhkəməsi prezident Xavyer Milliyə qarşı kriptovalyuta qalmaqalı ilə bağlı qaldırılan işi ləğv edib. xəbər verir ki, Federal hakim Marselo Martinez de Georgi prezidentin hərəkətlərində heç bir cinayət tərkibi olmadığı qənaətinə gəldi. Keçə

24 oktyabr
.

Tramp jurnalistə əsəbiləşdi: Axmaq insansan!

ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı sanksiyaların qaldırılması ilə bağlı sual verdiyinə görə jurnalistə əsəbiləşib. xəbər verir ki, jurnalist Trampa "Girov götürülmüş şəxsin azad edilməsini təmin etmək üçün Rusiyaya qarşı həmin sanksiyaların ləğv edilməsi Rusiyaya güzəştə getmək deyildisə

22 oktyabr
.

Kosmosdan görünən dairələr: Səhranın ortasındakı nəhəng sirr açıldı

Səhranın dərinliklərində, Mavritaniyanın ərazisində yerləşən heyrətamiz təbii obyekt alimlərin diqqətini uzun illərdir cəlb edir. Rişat strukturu (və ya Rişat krateri) kimi tanınan bu geoloji quruluş qərbli geoloqlara ən azı 1930-cu illərdən, fransız coğrafiyaşünaslarının onu ilk dəfə xəritəyə salmasında

22 oktyabr
.

Çində 7 bal gücündə zəlzələ baş verib

Çinin Tibet Muxtar Rayonunda 7,0 maqnitudalı güclü zəlzələ baş verib. İlkin məlumatlara görə, yeraltı təkanların episentri Tibet bölgəsinin şimalındakı Naqçu ərazisində yerləşib. Zəlzələ yerli vaxtla saat 22:33-də qeydə alınıb. Reuters-in yaydığı məlumata əsasən, zəlzələnin ocağı yer səthinə yaxın olub

22 oktyabr
.

Türkiyədə mədəndə partlayış - ölən və yaralılar var

Türkiyənin Zonquldağ vilayətində yerləşən mədənlərin birində partlayış başç verib. Bu barədə "Haber 7" məlumat yayıb. Məlumata görə, bədbəxt hadisə Zonquldaq vilayətinin Kilimli rayonuna bağlı Gelik qəsəbəsində yerləşən özəl mədən ocağında metan qazının sızması nəticəsində baş verib. Hadis

23 oktyabr