Ukraynalı pilotlar "Azovstal"ın blokadasını necə yarıblar? - FİLM KİMİ ƏMƏLİYYAT
Ukraynalı pilotlar tarixin hələ bilmədiyi hərbi əməliyyatları uğurla həyata keçiriblər. Beş dəfədən çox Mariupoldakı "Azovstal"da blokadada olan Ukrayna hərbçilərinə vertolyotla yardım aparıblar.
Sonxeber.az "glavred.info" saytına istinadən xəbər verir ki, bu barədə "Azov" alayının ilk komandiri və qurucusu Andrey Biletski "Ukrainskaya pravda"ya müsahibəsində danışıb.
Helikopterlər silah, dərman və digər zəruri əşyaların daşınmasına nail olub. Bundan əlavə, bu yolla yaralılar və öldürülən müdafiəçilərin cəsədləri Mariupoldan çıxarılıb.
Belə bir "hava keçidi" sayəsində şəhərin müdafiəsini gücləndirmək üçün 72 "Azov" döyüşçüsü gətirilib. "Kelt" çağırışı ilə ilk gətirilən şəxs ertəsi gün ölüb.
"Yeri gəlmişkən, o, istədiyi kimi həlak olub. Dostlarına "Mən evdə ölmək istəyirəm" sözlərini deyib. Və doğulub boya-başa çatdığı evin qonşu küçəsində ölüb. Kiçik vətənində birbaşa ürəyindən vurulub" – Biletski bildirib.
Helikopterlər, həmçinin həkimləri də çatdırıb. Dneprdən gələn sonuncu helikopterdə mülki tibb bacısı, anestezioloq və iki cərrah olub.
Daha sonra düşmən artıq uçuş marşrutunu müəyyənləşdirib və hava hücumundan müdafiə sistemini yerləşdirib. Biletski bildirib ki, bəşər tarixində belə əməliyyatlar olmayıb. O, əlavə edib ki, ilk gələn ekipaj komandirinin hekayəsi filmə çəkilməlidir.
"Ola bilsin ki, müharibədən sonra, bu, çəkiləcək. Bu haqda pilotun özü danışmalıdır. O, hazırda sağdır", - Biletski deyib.
Xatırladaq ki, "Azovstal"da 84 gün qalan "Azov" alayının mətbuat katibi Dmitri Kazatski qısametrajlı vida filmi çəkib.
"Mayın 16-da 53 ağır yaralı tibbi yardım üçün "Azovstal" zavodundan Novoazovskdakı tibb müəssisəsinə təxliyə edilib. Daha 211 nəfər humanitar dəhlizlə Olenevkaya aparılıb. Onların daha sonra vətənə qayıtması üçün mübadilə proseduru həyata keçiriləcək", deyə Ukrayna müdafiə nazirinin müavini Anna Malyar bildirib.
Britaniya kəşfiyyatının məlumatına görə, 1700-ə yaxın ukraynalı əsgər "Azovstal"ı tərk edib. Eyni zamanda, metallurgiya zavodunun ərazisində hələ də Ukrayna müdafiəçisinin qaldığı deyilir.
Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərinin reinteqrasiyası naziri İrina Vereşçuk bildirib ki, ukraynalı hərbçilər qeyri-insani şəraitdə ağır xəsarətlərlə sağ qalıb. İlk növbədə onlara normal tibbi yardım lazımdır. Onun sözlərinə görə, Ukrayna tərəfi müdafiəçilərin vəziyyəti stabilləşən kimi onları təxliyə etməyə çalışacaq.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1166 Tarix: 22 may 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
NATO Ukraynaya daha sürətli və daha ucuz silahlar almağa imkan verəcək
NATO Ukraynaya mərkəzləşdirilmiş tədarük agentliyi vasitəsilə silah, sursat və hərbi texnika almağa icazə verəcək. xəbər verir ki, bu, Kiyevə müdafiə avadanlıqlarını daha sürətli və daha əlverişli şərtlərlə əldə etməyə imkan verəcək. Ukrayna NATO Təchizat və Satınalma Agentliyi (NSPA) ilə əməkdaşlığ
22 oktyabrBBC: "Qərb diplomatları Rusiyada daimi nəzarət və qorxu şəraitindən danışır"
Qərb diplomatları Rusiyada işləməyin getdikcə çətinləşdiyini, təhlükəsizlik tədbirlərinin və izlənilmə qorxusunun gündəlik həyatlarına təsir etdiyini bildiriblər. BBC-yə istinadən xəbər verir ki, onların təsvir etdiyi şərait Soyuq müharibə dövründəki diplomatik mühitlə müqayisə olunur. Mövzu Rusiya il
23 oktyabrSəudiyyə Ərəbistanı Yəməndən Ər-Riyada atılan ballistik raketi ələ keçirib
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya şənbə günü Səudiyyə Ərəbistanının Mülki Müdafiəsinin Ər-Riyad, Nəcran və Vadi-ə-Dəvasir əyalətində mümkün təhlükə barədə xəbərdarlıqlarından sonra Yəməndə husilər tərəfindən Ər-Riyada atılan ballistik raketi ələ keçirdiyini və məhv etdiyini açıqlayıb
24 oktyabrTramp jurnalistə əsəbiləşdi: Axmaq insansan!
ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı sanksiyaların qaldırılması ilə bağlı sual verdiyinə görə jurnalistə əsəbiləşib. xəbər verir ki, jurnalist Trampa "Girov götürülmüş şəxsin azad edilməsini təmin etmək üçün Rusiyaya qarşı həmin sanksiyaların ləğv edilməsi Rusiyaya güzəştə getmək deyildisə
22 oktyabrKosmosdan görünən dairələr: Səhranın ortasındakı nəhəng sirr açıldı
Səhranın dərinliklərində, Mavritaniyanın ərazisində yerləşən heyrətamiz təbii obyekt alimlərin diqqətini uzun illərdir cəlb edir. Rişat strukturu (və ya Rişat krateri) kimi tanınan bu geoloji quruluş qərbli geoloqlara ən azı 1930-cu illərdən, fransız coğrafiyaşünaslarının onu ilk dəfə xəritəyə salmasında
22 oktyabrÇində 7 bal gücündə zəlzələ baş verib
Çinin Tibet Muxtar Rayonunda 7,0 maqnitudalı güclü zəlzələ baş verib. İlkin məlumatlara görə, yeraltı təkanların episentri Tibet bölgəsinin şimalındakı Naqçu ərazisində yerləşib. Zəlzələ yerli vaxtla saat 22:33-də qeydə alınıb. Reuters-in yaydığı məlumata əsasən, zəlzələnin ocağı yer səthinə yaxın olub
22 oktyabrTürkiyədə mədəndə partlayış - ölən və yaralılar var
Türkiyənin Zonquldağ vilayətində yerləşən mədənlərin birində partlayış başç verib. Bu barədə "Haber 7" məlumat yayıb. Məlumata görə, bədbəxt hadisə Zonquldaq vilayətinin Kilimli rayonuna bağlı Gelik qəsəbəsində yerləşən özəl mədən ocağında metan qazının sızması nəticəsində baş verib. Hadis
23 oktyabr