"Paşinyanın real addımlar atması üçün artıq heç bir əngəl yoxdur" - Bəhruz Məhərrəmov
Azərbaycan və Ermənistan hökumətləri regional kommunikasiyaların açılması və sərhədlərin delimitasiyası üzrə komissiyanın işə başlaması barədə razılığa gəliblər.
Bununla bağlı Sonxeber.az-a açıqlama verən deputat Bəhruz Məhərrəmov bildirib ki, Azərbaycan qalib ölkə olmasına baxmayaraq, regionda sülh və əmin-amanlığın bərpası üçün Ermənistandan qat-qat daha artıq cəhd göstərir:
"10 Noyabr bəyanatında da cənab İlham Əliyevin təşəbbüsü ilə regionda kommunikasiya xətlərinin açılması, xüsusilə, Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirən dəhlizin açılması istiqamətində öhdəliklər var idi. Ermənistan bu öhdəliklərə imza atsa da, icrasından yayındı. Avropa İttifaqı çərçivəsində Brüssel görüşündə bu məsələ yenidən gündəmə gəldi. Artıq Ermənistan dəhlizlərin açılması ilə bağlı razılığa gəlib.
Azərbaycan yalnız özünə cavabdehdir və biz tərəfdən, demək olar ki, prosesin böyük hissəsi arxada qalıb. Sadəcə Ermənistan kommunikasiya xətlərinin qovşağının koordinatlarının verilməsini ləngidirdi. Eyni zamanda Ermənistanın daxilindəki vəziyyət də prosesin ləngiməsinə səbəb oldu.
Amma üçüncü Brüssel görüşündən və Ermənistan müxalifətinin güclü addım ata bilməməsindən sonra Paşinyanın real addımlar atması üçün artıq heç bir əngəl yoxdur.
Azərbaycan onsuz da Naxçıvan və Azərbaycanı birləşdirəcək quru yolun ərsəyə gəlməsində İranla razılığa gəlib. Əgər Ermənistan bu prosesdə fəal olmasa, Azərbaycan onsuz da dəhliz imkanına malikdir və dalanda qalan yenə Ermənistan olacaq. İstənilən halda, Azərbaycan prosesi tam sürətilə həyata keçirib və indi öhdəlik Ermənistanın üzərindədir. Konkret bir zaman demək isə çətin məsələdir. Azərbaycana qalsa, 8 ay ərzində Beynəlxalq Hava Limanını istifadəyə verəcək iradəyə sahibdir. Prosesdə ləng tərpənən Ermənistandır".
Şəbnəm Lətifi
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bu İnstitut ləğv edilir - Baş nazirdən qərar
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bakıda maraqlı toy karvanı - Video
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
Çaylar quruyur, şirin su ehtiyatları tükənir: Səbəb nədir? - AÇIQLAMA
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR