"Bayraktar" PUA-larının Vətən müharibəsində rolu barədə AÇIQLAMA
Türkiyənin istehsal etdiyi "Bayraktar TB2" pilotsuz uçuş aparatları (PUA) Vətən müharibəsində mühüm rol oynayıb. Bu müharibədə əldə etdiyimiz şanlı zəfər nəticəsində "Bayraktar"ın gücü bütün dünyaya məlum olub.
Bəs bu PUA-ların İkinci Qarabağ Müharibəsində rolu nədən ibarət olub?
Mövzu ilə bağlı Sonxeber.az saytına hərbi şərhçi Ramil Məmmədli açıqlama verib.
"Müasir müharibə taktikasında texnologiyalara həddindən artıq çox yer verilir. Texnologiyaların müxtəlif formatı var. Bunlardan biri də hər birimizin pilotsuz uçuş aparatı kimi tanıdığı PUA-lardır.
Vətən müharibəsində "Bayraktar TB2" pilotsuz uçuş aparatlarından çox uğurla istifadə edilib. Yerüstü qurğuların, hərbi təyinatlı vasitələrin sıradan çıxarılmasında, hava döyüşlərində PUA-ların uğuru danılmazdır".
Ramil Məmmədli bildirib ki, bu PUA-lar düşmənin həm zirehli texnikasını, həm də canlı qüvvəsini sıradan çıxarmaqla yerüstü əməliyyatların sürətli şəkildə həyata keçirilməsinə öz dəstəyini verib:
"Təbii ki, birmənalı olaraq deyə bilmərik ki, Vətən müharibəsində əldə olunan uğur yalnız "Bayraktar"larla əlaqədardır. Bu, əsla elə deyil. Sadəcə olaraq, müəyyən istiqamətlərdə əməliyyatların tezləşdirilməsi, Xüsüsi Təyinatlı Qüvvələrin dəstəklənməsi baxımından bu PUA-ların önəmi böyükdür. Bu gün də Ukrayna ilə Rusiya müharibəsi zamanı PUA-lardan uğurla istifadə olunur".
AYSEL QULİYEVA
Sonxeber.az
Telegramda izləyin
Müharibə Baxılıb: 1202 Tarix: 26 may 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qazimiz Türkiyədən müalicədən qayıtdı - FOTO
Vətən müharibəsində ağır yaralanaraq hər iki ayağını itirən qazimiz Alxasov Camal İlqar oğlu Türkiyədən qayıdıb. xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Xatırladaq ki, döyüşçümüz "YAŞAT" Fondunun dəstəyi ilə Türkiyədə reabilitasiya prosesi keçirdi. Qeyd edək ki, Vətən müharibəsind
4 iyul 2021Ermənistan silahlı qüvvələri tərəfindən mövqelərimiz atəşə tutuldu
Avqustun 15-i saat 04:33 və 07:25-də Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini iriçaplı silahlarda
15 avqust 2021Ombudsman: "Ermənistanın terroru nəticəsində 12 uşaq ölüb, 50-si yaralanıb"
"İki yaşlı azərbaycanlı Quliyeva Zəhra Elnur qızının Ermənistan silahlı qüvvələri tərəfindən ağır artilleriya silahlarından atəşə tutularaq qətlə yetirilməsindən dörd il ötür. Cəzasızlıq mühitindən istifadə edən Ermənistanın uşaqlara qarşı terror siyasəti sonralar da davam etdirilərək atəşkəs dövründ
4 iyul 2021"Haber Global": Zəhranın qanı yerdə qalmadı – VİDEO
Türkiyənin "Haber Global" televiziya kanalı erməni hücumu nəticəsində 2017-ci ildə qətl edilən balaca Zəhranın xatirəsinə həsr olunmuş süjet hazırlayıb. Süjetdə indiyədək məhfur düşmən tərəfindən çox sayda azyaşlı azərbaycanlının öldürüldüyü diqqətə çatdırılır. Qeyd olunur ki, son nəticəd
4 iyul 2021Ermənilər Kəlbəcərdə mövqelərimizi atəşə tutdu
İyunun 26-da saat 14:50-dən başlayaraq iyunun 27-i saat 03:00 radələrinədək Ermənistan silahlı qüvvələrinin bölmələri Vardenis rayonunun Yuxarı Şorca kəndi yaxınlığında yerləşən mövqelərdən Kəlbəcər rayonunun Zəylik və İmambinəsi kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrl
27 iyun 2021Kəlbəcər istiqamətində mövqelərimiz atəşə TUTULDU
İyulun 25-də saat 15:30 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca kəndi yaxınlığında yerləşən mövqelərdən Kəlbəcər rayonunun Zəylik kəndi istiqamətindəki Azərbaycan Ordusunun mövqelərini snayper tüfəngi və avtomatlardan fasilələrlə atəşə tutub. Müdafiə Nazirliyini
25 iyul 2021Qaytarılan ermənilərin adları açıqlandı - TAM SİYAHI
Humanizm nümunəsi olaraq Azərbaycanın Ermənistana təhvil verdiyi 15 erməni əsilli şəxsin adları açıqlanıb. xəbər verir ki, siyahını "Sputnik Armeniya" yayıb:. 1. Akopyan Volodya Qaqikoviç. 2. Asatryan Gevorg Norayroviç. 3. Qasparyan Gor Vaqramoviç. 4. Enqoyan Sisak Qrişaeviç. 5. Karapetya
4 iyul 2021