Arıqlamaq istəyənlər üçün MÖCÜZƏVİ ÇAY RESEPTİ - VİDEO
Artıq çəki bir çoxlarını narahat edən problemdir. Xüsusən də xanımlar arıqlamaq arzusuyla çox vaxt pəhrizlərə üz tuturlar. "Heç nə yemirəm, sanki sudan və havadan kökəlirəm" deyərək gileylənənlər də az deyil. Bəs bunun səbəbi və çarəsi nədir?
Mövzuyla bağlı Sonxeber.az həkim-fitoterapevt, apiterapevt, bitkilər üzrə elmi işçi Elnur Eldaroğlunun məsləhətlərini təqdim edir.
Onun sözlərinə görə, burada hormonal səbəblər rol oynayır. Sinir və hormonal sisteminin birlikdəliyi pozulduqda insan bəzən kəskin arıqlaya, bəzən isə kəskin kökələ bilər. Ona görə müayinə edib dəqiq diaqnoz qoyduqdan sonra müalicə olunmaq ən doğru variantdır.
Lakin bununla yanaşı, həkim ödem atan, çəkini azaldan, yəni ödemin fonunda şişkinliyi aradan qaldıran təbii reseptdən istifadə etməyi məsləhət görüb.
1 ovuc gilas saplağı, 1 ovuc qarğıdalı saçağı, 1 xörək qaşığı rozmarin (ətotu) 0,5 litr qaynar suda 20-30 dəqiqə dəmlənir, Daha sonra süzülür və gün ərzində çay, su kimi içilir.
Bu detoks suyunu hər dəfə içməzdən öncə akasiya balından istifadə etmək məsləhətdir. Bu, həm dadını yaxşılaşdırar, həm toxluq hissini artırıb, iştahı azaldar. Qidalanmaya fikir vermək şərtilə, bu resepti hər ayın 2 həftəsi istifadə etmək faydalıdır, lakin yanaşı xəstəlikləri olan insanlarda effekt verməyə bilər.
Daha ətraflı məlumat üçün aşağıdakı videonu izləyə bilərsiniz:
Fitoterapevt digər bir resepti özünün "İnstagram" səhifəsində paylaşıb:
Maddələr mübadiləsini yaxşılaşdıran, arıqladan və "pis" xolesterini azaldan çay
Zəncirotu kökü - 1xörək qaşığı
Rozmarin - 1 xörək qaşığı
Məkkəgülü - 1 çay qaşığı
Gilas saplağı və ya limon qabığı - 1 çay qaşığı
İstiotlu nanə yarpağı - 1 çay qaşığı
600 ml qaynar suda dəmləyib gündə üç dəfə, yeməkdən əvvəl 200 ml qəbul edilir.
Bu detoks suyunu üç həftə içə bilərsiniz.
Natəvan Baxşiyeva
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ürək sağlamlığı üçün yaşıl çayı nə vaxt içmək daha yaxşıdır?
Yaşıl çay qan damarlarını qorumağa və ürək-damar sisteminin sağlamlığını dəstəkləməyə kömək edə bilən antioksidantlar - katexinlərlə zəngindir. Bəzi məlumatlar onun xolesterin səviyyəsinə və arterial təzyiqə cüzi təsir göstərə biləcəyini göstərir. Lakin bununla bağlı sübutlar hələ kifayət qədər deyil
9 oktyabrRusiyada vəba yayılır: Azərbaycana keçmə riski varmı? - Ekspertdən AÇIQLAMA
Rusiyada vəba ilə bağlı yayılan məlumatlar fonunda xəstəliyin yayılma yolları və insan sağlamlığı üçün yarada biləcəyi risklər yenidən gündəmə gəlib. Vəba əsasən çirkli su və qida vasitəsilə yayılan, ağır ishal və qusma nəticəsində sürətli susuzlaşmaya səbəb ola bilən infeksiyadır. Ümumdünya Səhiyy
7 oktyabrOftalmoloq: Bu qidalar göz sağlamlığını qorumağa kömək edir
"Qidalanma göz sağlamlığına təsir göstərir. Yaşıl və sarı rəngli tərəvəz və meyvələr, balıq və qoz-fındıq gözlərin sağlamlığı üçün faydalı qidalar sırasındadır". xəbər verir ki, bunu Batıgöz Klinikasının oftalmoloqu Samirə Qələndərli Azərbaycan Sənaye Sığortanın "Ümumdünya Görmə günü"
9 oktyabrBu xəstəliklər illər sonra XƏRÇƏNGƏ APARIR - DİQQƏT
Dünyada hər il milyonlarla yeni xərçəng hadisəsinin bəzi infeksiyalarla əlaqəli olduğu açıqlanıb. Mütəxəssislər bir sıra infeksiyaların uzunmüddətli davam etdiyi halda müəyyən xərçəng növlərinin yaranma riskini artıra bildiyini bildirirlər. Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyinin (IARC) 2026-c
4 oktyabrHəkimlər niyə çaya şəkər əlavə etməməyi məsləhət görürlər?
Çaya əlavə edilən şəkər gün ərzində qəbul etdiyimiz kalori miqdarını artırır. Xüsusilə bir neçə fincan şirin çay içənlər fərqinə varmadan xeyli şəkər qəbul edə bilərlər. Ölkə.az yerli mətbuata istinadən xəbər verir ki, şəkərli içkilərin həddindən artıq istifadəsi artıq çəki və diş çürüməsi riskini artırır
20 oktyabrValideynlərin yol verdiyi təhlükəli səhv: Uşaqların sağlamlığı risk altındadır
Uşaqların sağlamlığını qorumaq üçün valideynlərin gündəlik həyatda yol verdiyi bəzi ehtiyatsızlıqlar ciddi təhlükələr yarada bilər. Xüsusilə, həkim məsləhəti olmadan dərman verilməsi, preparatların yaşa və çəkiyə uyğun olmayan dozada istifadəsi, eləcə də dərman və məişət kimyəvi vasitələrinin uşaqları
23 oktyabrQlobal istiləşmə insanları sağlam dəridən məhrum edir
İqlim dəyişikliyi bütün dünyada insanların dərisinə ciddi zərər vurur və yeni xəstəlik dalğalarının yaranmasına səbəb olur. Qaynarinfo xəbər verir ki, beynəlxalq tədqiqatçılar qrupunun gəldiyi bu nəticələr Avstriyanın paytaxtı Vyanada keçirilən Avropa Dermatologiya və Venerologiya Akademiyasının (EADV
30 sentyabrGözlərə də soyuq olur
Soyuq hava yalnız dəriyə və tənəffüs yollarına deyil, gözlərə də təsir göstərə bilər. Xüsusilə qış aylarında və küləkli havalarda gözlərdə sulanma, qızartı, yanma, quruluq və narahatlıq hissi yarana bilər. Axşam.az xəbər verir ki, bəzi insanlar isə gözlərində sanki soyuqluq və ya sərin hava axını his
10 oktyabr