Ərdoğan Putinlə danışdı
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsindən verilən məlumata görə, görüş zamanı regional məsələlər, xüsusilə Ukrayna-Rusiya müharibəsi, həmçinin ikitərəfli münasibətlər müzakirə edilib.
Prezident Ərdoğan görüş zamanı Rusiya ilə Ukrayna arasında sülh danışıqlarının tezliklə bərpası ilə müharibənin mənfi təsirlərini minimuma endirəcək və etimadı artıracaq addımlara ehtiyac olduğunu bildirib.
Dövlət başçısı Türkiyənin, hər iki tərəf prinsipcə razılaşarsa, İstanbulda Rusiya, Ukrayna və BMT üçtərəfli görüşünün təşkilinə və mümkün müşahidə mexanizmində rol oynamağa hazır olduğunu ifadə edib.
Terror təşkilatı PKK/YPG-nin Suriyada Türkiyə və Suriya vətəndaşlarına qarşı hücumlarının davam etdiyinə diqqət çəkən prezident Ərdoğan, 2011-ci ildə imzalanan müqavilədə yer alan Türkiyə sərhədindən 30 kilometr dərinlikdə terrordan təmizlənmiş zonanın yaradılmasının indiyədək mümkün olmadığını və bu ərazilərin təhlükəsiz hala gətirilməsinin bir zərurət olduğunu söyləyib./oxu.az
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1216 Tarix: 30 may 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Robert Köçəryanın oğlunun həbs müddəti uzadılıb
Ermənistan məhkəməsi sabiq prezident Robert Köçəryanın böyük oğlu - Sedrakın həbs müddətini daha iki ay uzadıb. xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Sedrak Köçəryan atası ilə birlikdə vəzifə səlahiyyətlərindən sui-istifadə, xüsusilə külli miqdarda çirkli pulların yuyulması və rüşvət almad
23 oktyabrLe Monde: "Tramp BBC-yə qarşı məhkəmə işində and altında ifadə verməlidir"
ABŞ prezidenti Donald Trampın BBC-yə qarşı qaldırdığı böhtan iddiası üzrə məhkəmədə and altında ifadə verməsi tələb olunur. Mübahisə BBC-nin Trampın çıxışından hazırladığı video montajı ilə bağlıdır. Le Monde-a istinadən xəbər verir ki, Tramp Britaniyanın ictimai yayımçısını çıxışının montajı vasitəsil
23 oktyabrRus ordusu daha iki kəndi işğal etdi
Rusiya ordusu Zaporojye vilayətinin Çervonıy Yar və Yulyovka yaşayış məntəqələrini işğal edib. xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb
21 oktyabrMask respublikaçılara 445 milyon dollar bağışladı
CNN-in məlumatına görə, iş adamı Elon Musk ABŞ Konqresinin ara seçkilərinə ən azı 445 milyon dollar ianə edib. xəbər verir ki, kanalın məlumatına görə, ianələrin əhəmiyyətli bir hissəsi respublikaçıların ABŞ Senatında təsirlərini qoruyub saxlamalarına kömək üçün xərclənib. CNN qeyd edir ki, "Pu
23 oktyabrTürkiyə Səudiyyə Ərəbistanına hərbçilər göndərəcək
Türkiyə hakimiyyəti Səudiyyə Ərəbistanında hərbi kontingentin yerləşdirilməsinə icazə verən sənədi parlamentə təqdim etməyi planlaşdırır. xəbər verir ki, "Reuters" bu barədə hakim Ədalət və İnkişaf Partiyasından (AK Parti) olan deputata istinadən məlumat yayıb. Deputatın sözlərinə görə, sənə
21 oktyabrRusiya və Ukrayna hərbçilərin meyitlərini mübadilə edib
Rusiya və Ukrayna Belarus ərazisində həlak olmuş hərbi qulluqçuların meyitlərini mübadilə edib. Bu barədə "Report" BELTA-ya istinadən xəbər verir. Məlumata görə, Ukraynaya 252, Rusiyaya isə 25 meyit təhvil verilib. Rusiya və Ukrayna arasında həlak olmuş hərbi qulluqçuların meyitlərinin əvvəlk
22 oktyabrAvstriya Rusiya diplomatlarını qovdu
Avstriya Xarici İşlər Nazirliyi dörd rus diplomatı ölkədən çıxaracaq. xəbər verir ki, bu barədə "Profil" nəşri məlumat yayıb. Məlumata görə, onlar arzuolunmaz şəxs elan ediliblər. Həmin şəxslər casusluqda şübhəli bilinirlər
23 oktyabrÇində 7 bal gücündə zəlzələ baş verib
Çinin Tibet Muxtar Rayonunda 7,0 maqnitudalı güclü zəlzələ baş verib. İlkin məlumatlara görə, yeraltı təkanların episentri Tibet bölgəsinin şimalındakı Naqçu ərazisində yerləşib. Zəlzələ yerli vaxtla saat 22:33-də qeydə alınıb. Reuters-in yaydığı məlumata əsasən, zəlzələnin ocağı yer səthinə yaxın olub
22 oktyabr