"Ukraynada müharibənin başlaması ilə..."

"Ukraynada müharibənin başlaması ilə..."Əminəm ki, Azərbaycan qazının Bolqarıstana nəqlini nəzərdə tutan Yunanıstan-Bolqarıstan İnterkonnektoru (IGB) Bolqarıstanın enerji mənbələrinin şaxələndirilməsi, Sonxeber.az bildirir ki, bunu Trend-ə özəl müsahibəsində Bolqarıstanın energetika naziri Aleksandr Nikolov deyib.

Onun sözlərinə görə, bu interkonnektor Bolqarıstanın və bütün Cənub-Şərqi Avropa regionunun enerji təhlükəsizliyi üçün əsas layihədir.

"İnterkonnektorun tikintisi layihəsinin icrasında ciddi ləngimə olsa da, hökumət son aylarda qaz kəmərinin istifadəyə verilməsi istiqamətində fəal addımlar atıb ki, bu da onun vasitəsilə müxtəlif regionlardan qazın nəqlini mümkün edəcək. Bu gün qaz kəməri layihəsinin icrası son mərhələdədir. Bütün kəmərin hidrosınağı başa çatıb, onun Transatlantik Qaz Boru Kəmərinə (TAP) qoşulması həyata keçirilib, Haskovoda dispetçer mərkəzinin tikintisi başa çatıb, yerli qanunvericiliyə uyğun olaraq həyata keçirilməli olan marşrutun işə salınması istiqamətində irəliləyiş var", - deyə A.Nikolov bildirib.

Nazir qeyd edib ki, hazırda ölçmə və nəzarət sistemlərinin quraşdırılması və sınaqları davam etdirilir.

"Layihənin son aylardakı gedişatı bizə nikbin olmağa əsas verir ki, son yenilənmiş layihə cədvəlində göstərildiyi kimi, interkonnektorun tikintisi fiziki cəhətdən ilin ortalarına qədər başa çatdırılacaq. Eyni zamanda, obyektin tez bir zamanda kommersiya fəaliyyətinə başlamaq üçün müxtəlif lisenziya və icazələrin alınması üçün zəruri inzibati prosedurların vaxtını optimallaşdırmağa çalışırıq", - deyə nazir əlavə edib.

A.Nikolov vurğulayıb ki, Azərbaycan enerji təhlükəsizliyinin və müstəqilliyinin təmin edilməsi səylərində Bolqarıstanın strateji tərəfdaşıdır.

"Ölkələrimiz güclü iqtisadi əməkdaşlıq qurmuşdur ki, bu əməkdaşlıqda enerji sektoru böyük əhəmiyyət kəsb edir. "Qazprom"dan qaz təchizatındakı fasilələr alternativ həll yollarının tapılmasını prioritet məsələyə çevirdi və burada Azərbaycandan tədarük çox vacibdir", - deyə A.Nikolov bildirib.

Nazir xatırladıb ki, Bolqarıstan Azərbaycandan ildə bir milyard kubmetr qaz almağa dair müqavilə imzalayıb, lakin bu həcmlər hələ də tam tədarük edilməyib.

"Təchizat böhranı şəraitində hökumət azərbaycanlı tərəfdaşlarımızla əlavə həcmlərin alınması ilə bağlı sürətləndirilmiş danışıqlar aparıb. Ölkələrimiz arasında səmərəli dialoq mənə nikbin olmağa əsas verir, çünki, ilk növbədə, iyulun əvvəlindən Bolqarıstan razılaşdırılmış həcmləri tam şəkildə alacaq, ikincisi, gələcəkdə bu həcmlər artırıla bilər", - deyə nazir bildirib.

A.Nikolov qeyd edib ki, Yunanıstan-Bolqarıstan İnterkonnektorunun (IGB) tikintisində ciddi gecikmə aradan qaldırılıb.
"Ukraynada müharibənin başlaması ilə Bolqarıstan hökuməti qaz tədarükünün mümkün məhdudlaşdırılması və ya dayandırılmasını proqnozlaşdırıb və enerji təhlükəsizliyini artırmaq üçün fəal səylər göstərib. Birincisi, Yunanıstan-Bolqarıstan interkonnektorunun tikintisində ciddi ləngimə aradan qaldırılıb. İnterkonnektor ilin ortalarına qədər tam başa çatdırılmalı və bir neçə aya kommersiya istifadəsinə verilməlidir", - deyə A.Nikolov bildirib.

Nazir qeyd edib ki, bu kəmər Xəzər regionundan, Şərqi Aralıq dənizi regionundan və digər mənbələrdən təkcə Bolqarıstanı deyil, digər ölkələri də alternativ qaz tədarükü ilə təmin edəcək.

"İnterkonnektor istismara verildikdən sonra bu marşrutla həm də Azərbaycanla razılaşdırılmış ildə bir milyard kubmetr qaz tədarük ediləcək. Bolqarıstan tərəfinin Aleksandrupolis (Yunanıstan) yaxınlığında LNG terminalının tikintisində səhmdar kimi iştirak etmək qərarından yəqin ki, xəbərdarsınız. İki həftə əvvəl terminalda işlərin başlaması ilə əlaqədar təntənəli mərasim keçirilib. Bu işlərin gələn ilin sonunadək başa çatdırılması nəzərdə tutulur. LNG terminalının istismarı yalnız ortamüddətli perspektivdə regionun enerji təhlükəsizliyi məsələsini həll etsə də, biz bu həllin faydalı olduğuna əminik və onun həyata keçirilməsi üzərində fəal işləyirik. Bu səylər sayəsində "Qazprom" tərəfindən tədarükün dayandırılmasına baxmayaraq, hazırda Bolqarıstanda təbii qazın istehlakında heç bir məhdudiyyət yoxdur", - deyə A.Nikolov bildirib.

Onun sözlərinə görə, Bolqarıstan Aİ-də Rusiyanın enerji resurslarından ən çox asılı olan ölkələrdən biridir. Ukraynada müharibə başlamazdan əvvəl ölkəyə qaz tədarükünün 90 faizindən çoxu bir mənbədən - Rusiyadan həyata keçirilirdi.

Nazir qeyd edib ki, baxmayaraq ki, son illərdə bəzi hökumətlər enerji mənbələrinin şaxələndirilməsi üçün aktiv səylər göstərdiklərini bildirsələr də, hərbi əməliyyatlar və "Qazprom" tərəfindən tədarükün dayandırılması real vəziyyəti ortaya qoydu.

"Məsələ burasındadır ki, Bolqarıstan indiyədək ehtiyaclarını demək olar ki, yalnız Rusiya təbii qazı hesabına ödəyib. Bir mənbədən belə ciddi asılılıq şəraitində mövcud müqavilənin pozulması ilə ölkəmizə qaz tədarükünün dayandırılması bizim üçün ciddi çağırışdır. Bununla belə, bu, Bolqarıstan üçün bu asılılığı aradan qaldırmaq və şəffaflıq, şaxələndirmə, rəqabətqabiliyyətli tədarük və istehlakçılar üçün daha yaxşı şərait əsasında enerji sistemini inkişaf etdirməyə davam etmək üçün bir şansdır. Hökumətin son aylardakı səyləri bu vəzifələrin həyata keçirilməsinə yönəlib", - deyə A.Nikolov bildirib.

Onun sözlərinə görə, Bolqarıstan yeraltı qaz anbarının tutumunun artırılması üzərində işləyir.

"Bolqarıstanın bir yeraltı qaz anbarı var - Çirendə. O, istehlakın mövsümi tərəddüdlərinin ödənilməsinə xidmət edir və qaz təchizatının təhlükəsizliyinə töhfə verən vasitələrdən biridir. Yazda qaz anbarı doldurulur, payız-qış dövründə isə qaz boşaldılır. Bu qaz anbarında təbii qazın saxlanma qabiliyyəti 550 milyon kubmetrdir, bu isə Bolqarıstanda illik istehlakın təxminən 1/6-sını təşkil edir. Təbii qaz təchizatının təhlükəsizliyini artırmaq üçün qaz anbarının operatoru "Bulqartransqaz" anbarın tutumunun genişləndirilməsi layihəsi üzərində işləyir. Layihə başa çatdıqdan sonra qaz anbarının tutumunun 1 milyard kubmetrə çatdırılması planlaşdırılır", - deyə nazir bildirib.

A.Nikolov qeyd edib ki, interkonnektor layihəsi Bolqarıstanda və regionda təbii qaz bazarında enerji təhlükəsizliyinin, rəqabətin və likvidliyin artırılması üçün strateji əhəmiyyət kəsb edir.

"İnterkorrektor layihəsi 2013-cü ildən Aİ-nin №347/2013 Reqlamentinə uyğun olaraq "Ümumi maraq kəsb edən layihə" statusuna malikdir. Bu, həm də Üç Dəniz Təşəbbüsü çərçivəsində prioritet layihədir", - deyə nazir əlavə edib.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1135   Tarix: 01 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Aİ Karib hövzəsi ölkələrindən "qızıl pasport"ların verilməsini dayandırmağı tələb edib

Avropa İttifaqı (Aİ) Karib hövzəsinin beş ölkəsindən investisiya müqabilində vətəndaşlıq verilməsi proqramlarını iki il ərzində dayandırmağı tələb edərək əks halda vizasız rejimin ləğv ediləcəyi ilə hədələyib. "Report" xəbər verir ki, bu barədə "The Washington Post" məlumat yayıb

19 iyul
.

Son 14 ilin ən güclü şaxtası qeydə alındı: -84,1 dərəcə

Antarktidadakı "Concordia" elmi-tədqiqat stansiyasında -84,1 dərəcə Selsi temperatur qeydə alınıb. Bu, 2012-ci ildən bəri Yer kürəsində ölçülmüş ən aşağı temperatur göstəricisidir və stansiyada indiyədək qeydə alınmış tarixi minimumdan cəmi 0,5 dərəcə yüksəkdir. Qaynarinfo xəbər verir ki, b

20 iyul
.

Rusiyada bu cinayətlərə görə tutulanların hamısı müharibəyə göndəriləcək

Rusiya Dövlət Dumasına Müdafiə Nazirliyi ilə müqavilə bağlayaraq təqsirləndirilən şəxslərin və məhkumların həbsdən yayınmasının mümkün olduğu cinayət əməllərinin siyahısını genişləndirən qanun layihəsi təqdim edilib. -ın xarici mediaya istinadən xəbərinə görə, Rusiya hökuməti Dövlət Dumasına həbsxanalard

19 iyul
.

Belçika İsrailin nəzarətindəki Fələstin ərazilərindən məhsulların idxalına qadağanı təsdiqləyib

Belçika Nazirlər Şurası Fələstindəki İsrail məskənlərindən məhsulların idxalına qadağanı təsdiqləyib. "Report"un "Euractiv"ə istinadən məlumatına görə, bunu Belçikanın xarici işlər naziri Maksim Prevo bildirib. Qeyd olunub ki, bu tədbir ilk olaraq ötən yayın sonunda İsrailin Qəzz

19 iyul
.

ABŞ tarixinin ikinci ən böyük lotereya cekpotunu qazanan şəxsin kimliyi açıqlanıb

ABŞ tarixində ikinci ən böyük "Powerball" cekpotu - 1.82 milyard dolların sahibi məlum olub. Məlumata görə, qalib Arkanzas ştatının Nort-Litl-Rok şəhərinin meri Terri Hartvikin kiçik qardaşıdır. "Arkansas Democrat-Gazette" qəzetinə istinadən xəbər verir ki, bu barədə məlumatı qalibi

19 iyul
.

Dünyanın ortasındakı nəhəng qoruyucu maneə: Ekvatorda fırtına niyə olmur?

Dünya xəritəsinə baxdıqda okean sahillərini dağıdan nəhəng qasırğaların, tayfunların və siklonların ekvator xəttinin yaxınlığından belə keçmədiyi görünür. Meteorologiyada ən güclü atmosfer hadisələri hesab olunan bu fırtınalar sanki planetin tam ortasında görünməz bir maneə ilə qarşılaşır. Qaynarinf

20 iyul
.

Yaxın Şərqdə gərginlik artır: ABŞ öz vətəndaşlarına müraciət etdi

ABŞ Dövlət Departamenti dünyada, xüsusilə Yaxın Şərqdə yaşayan amerikalılara İranla bağlı yarana biləcək təhlükələr səbəbindən yüksək ehtiyatlılıq nümayiş etdirməyi tövsiyə edib. xəbər verir ki, bu barədə ABŞ Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada bildirilib. Bildirilib ki, Yaxın Şərqdə artan gərginli

19 iyul
.

Niyə bəşəriyyət hələ də yadplanetlilərlə əlaqə qurmayıb? - Alimlər 6 səbəb açıqladı

Onilliklər ərzində aparılan yad sivilizasiyaların axtarışlarına baxmayaraq, bəşəriyyət Yer kürəsindən kənarda ağıllı həyatın mövcudluğuna dair inandırıcı sübut əldə edə bilməyib. Qaynarinfo-nun məlumatına görə, "Popular Mechanics" nəşrinin yazdığına görə, getdikcə daha çox alim hesab edir ki

21 iyul
.

Macarıstan prezidenti vəzifədən uzaqlaşdırıldı: Yerinə kim gəldi?

Macarıstan Prezidenti Tamaş Şuyok vəzifəsindən uzaqlaşdırılıb. Onun səlahiyyətlərini müvəqqəti olaraq parlamentin sədri Aqneş Forsthoffer icra edəcək. xəbər verir ki, bu barədə hökumət nümayəndəsi Madyar milli televiziya kanallarında videomüraciət yayıb. O bildirib ki, Tamaş Şuyok parlamentin qəbul etdiy

19 iyul