Meymunçiçəyindən müdafiə yolu açıqlanıb - FOTO
Meymunçiçəyinə tutulmamaq üçün yad adamlara toxunmaqdan çəkinməli, özünüzü qorumalı və partnyorunuzdan infeksiyalar üçün yoxlanışdan keçməsini istəməlisiniz.
Bu barədə Moskva Fizika və Texnologiya İnstitutunun genom mühəndisliyi laboratoriyasının rəhbəri, virusoloq, tibb elmləri namizədi Pavel Volçkovun xəstəlikdən qorunma barədə tövsiyələrindən aydın olur.
"Bütün bunlar karantin tədbirləridir. Şərti olaraq, yad adamlara toxunmaq olmaz, tanışlarla isə ancaq onların sağlam olduğuna əmin olduğunuz halda təmas olar. Yalnız təhlükəsiz cinsi əlaqədə olunmalıdır. Cinsi partnyorun sağlamlığına əminlik olmalıdır. Ondan cinsi yolla, qan və bədən mayeləri vasitəsilə ötürülən infeksiyalar üçün test etməsini xahiş etmək daha yaxşıdır", - deyə Pavel Volçkov izah edib.
Onun sözlərinə görə, insan sağlam olmadığını kifayət qədər tez anlayır.
"Meymunçiçəyində gizli dövr o qədər də uzun deyil. Cəmi bir neçə gün davam edir", - deyə virusoloq əlavə edib.
Ekspert vurğulayıb ki, bu səbəbdən karantin və profilaktik tədbirlər infeksiyalardan qorunmağa kömək edəcək.
Xatırladaq ki, cari ilin may ayının əvvəllərindən meymunçiçəyi xəstəliyi bütün dünyada yayılmağa başlayıb. Yeni infeksiyaya yoluxma halları ABŞ, Böyük Britaniya, Almaniya, Avstraliya, Afrika, Macarıstan, Finlandiya və sair ölkələrdə qeydə alınıb./Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1632 Tarix: 03 iyun 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Macarıstan prezidenti vəzifədən uzaqlaşdırıldı: Yerinə kim gəldi?
Macarıstan Prezidenti Tamaş Şuyok vəzifəsindən uzaqlaşdırılıb. Onun səlahiyyətlərini müvəqqəti olaraq parlamentin sədri Aqneş Forsthoffer icra edəcək. xəbər verir ki, bu barədə hökumət nümayəndəsi Madyar milli televiziya kanallarında videomüraciət yayıb. O bildirib ki, Tamaş Şuyok parlamentin qəbul etdiy
19 iyulİnsanlar ünsiyyət zamanı niyə göz təmasından yayınır?
Həmsöhbətimizə söhbət zamanı necə baxmağımız davranışımız, mimikalarımız və danışıq tərzimiz qədər haqqımızda məlumat verə bilər. Bununla belə, bir çox insan baxışlarının şübhə, narahatlıq və ya gizli hissləri ifadə edə biləcəyinin fərqində olmur. Qaynarinfo xəbər verir ki, "Verywell Mind"
20 iyulİzmirdə 39 qanunsuz miqrant saxlanılıb
Türkiyənin İzmir vilayətinin sahillərində keçirilən əməliyyatlar zamanı 39 qanunsuz miqrant və miqrant qaçaqmalçılığı ilə məşğul olmaqda şübhəli bilinən bir nəfər saxlanılıb. "Report" "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Sahil Mühafizəsi Komandanlığı məlumat yayıb. Məlumat
19 iyulHava proqnozları psixologiyamıza necə təsir edir?
Hava proqnozlarının dəqiq olmaması təkcə gündəlik planları pozmur, həm də insanların psixoloji vəziyyətinə ciddi təsir göstərir. Xüsusilə yağış proqnozuna görə həftəsonu planlarını ləğv edən insanların sonradan günəşli hava ilə qarşılaşması məyusluq və narazılıq hissi yarada bilər. Qaynarinfo xəbər veri
21 iyulRusiya ordusu Donetsk vilayətində iki yaşayış məntəqəsinə nəzarəti ələ keçirdi
Rusiya Silahlı Qüvvələri Slavyansk və Kramatorsk istiqamətində irəliləyərək Donetsk vilayətinin Piskunovka yaşayış məntəqəsini nəzarətə götürüb və Nikolayevka qəsəbəsinin kənarlarına çatıb. xəbər verir ki, bu barədə Rusiya Silahlı Qüvvələri Baş Qərargahının rəisi, ordu generalı Valeri Gerasimov bildirib
19 iyul