Rusiya Ukraynaya kütləvi hücum etdi: ölənlər və yaralananlar var
Rusiya ordusunun Ukraynanın müxtəlif bölgələrinə raket və dronlarla hücumları nəticəsində ölən və yaralananlar var. Kiyevdə yaşayış binalarına və nəqliyyat infrastrukturuna ziyan dəyib, Xarkov, Donetsk və Çerniqov vilayətlərində də mülki əhali arasında itkilər qeydə alınıb.
"Associated Press"in məlumatına görə, Rusiyanın Kiyevə gecə saatlarında endirdiyi raket və dron zərbələri nəticəsində bir nəfər ölüb, 22 nəfər yaralanıb. Yaralananlar arasında uşağın da olduğu bildirilir. Hücum zamanı paytaxtın Dnepr çayının sol sahilində yerləşən ərazilərində yaşayış evlərinə və nəqliyyat infrastrukturuna ziyan dəyib.
"Kyiv Post"un məlumatına əsasən, Rusiyanın son 24 saat ərzində Donetsk, Xarkov və Çerniqov vilayətlərinə hücumları nəticəsində daha dörd mülki şəxs həlak olub, 14 nəfər yaralanıb. Ölənlər arasında Çerniqov vilayətində dron hücumu zamanı həlak olan 61 yaşlı kişi də var. Xarkov vilayətində isə qadının öldüyü, yaralananlar arasında 10 və 13 yaşlı uşaqların olduğu bildirilir.
Sonxeber.az Associated Press-ə istinadən xəbər verir ki, bundan başqa, Ukraynanın bir sıra şəhərlərində yaşayış evləri, avtomobillər və mülki obyektlər zərər görüb. Sumı şəhərində dronun avtomobilə düşməsi nəticəsində yanğın baş verdiyi, Kirovohrad vilayətində isə anbarların yerləşdiyi ərazidə yanğının qeydə alındığı bildirilir.
Hücumlar ABŞ-ın vasitəçiliyi ilə Rusiya və Ukrayna arasında danışıqların bərpası ehtimalının müzakirə edildiyi vaxt baş verib. Rusiya prezidenti Vladimir Putin ABŞ nümayəndəsi Stiv Uitkoffla görüşdən sonra üçtərəfli danışıqların yenidən başlanmasına prinsipial razılıq verib. Bununla belə, diplomatik təmasların bərpası müharibənin dayandırılması ilə bağlı yekun razılaşmanın əldə olunduğu demək deyil.
Müəllif: İlkin Məmmədkərimov
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 343 Tarix: 22 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Tramp jurnalistə əsəbiləşdi: Axmaq insansan!
ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı sanksiyaların qaldırılması ilə bağlı sual verdiyinə görə jurnalistə əsəbiləşib. xəbər verir ki, jurnalist Trampa "Girov götürülmüş şəxsin azad edilməsini təmin etmək üçün Rusiyaya qarşı həmin sanksiyaların ləğv edilməsi Rusiyaya güzəştə getmək deyildisə
22 oktyabrBBC və BBC Scotland telekanalları bağlanacaq
Böyük Britaniyanın BBC media korporasiyası xərclərin azaldılması planı çərçivəsində BBC Three və BBC Scotland televiziya kanallarını gələn il bağlamağı planlaşdırır. Qərar korporasiyanın maliyyə vəziyyəti və gələcək yayım strategiyası ilə bağlı müzakirələrə səbəb olub. Məlumata görə, BBC təxminən 50
21 oktyabrRus ordusu daha iki kəndi işğal etdi
Rusiya ordusu Zaporojye vilayətinin Çervonıy Yar və Yulyovka yaşayış məntəqələrini işğal edib. xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb
21 oktyabrTrampın xüsusi nümayəndəsi danışıqlar üçün Rusiyaya gedib
ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Vitkov Ukraynadakı müharibəyə son qoymaq üçün danışıqlar aparmaq üçün yenidən Rusiyaya səfər edib. xəbər verir ki, bu barədə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Vitkov bildirib. Onun səfəri Osloda Vladimir Zelenski ilə görüşdən bir gün sonra baş tutacaq
21 oktyabrBu ölkənin dövlət borcu yeni rekord həddə çatıb
ABŞ Maliyyə Nazirliyinin məlumatlarına görə, ABŞ-ın milli borcu rekord həddə - 40 trilyon dollara çatdıqdan sonra iki ayda təxminən 400 milyard dollar artıb. xəbər verir ki, ABŞ-ın milli borcu 40 trilyon dollar həddini keçib və oktyabrın əvvəlində bu məbləğə daha dörddə bir trilyon əlavə olunub. Xəzinədarlığı
21 oktyabrAğ Evdən İrana hücumla bağlı açıqlama: ABŞ seçkilərə qədər zərbə endirməyəcək
Ağ Ev ABŞ-ın noyabr ayında keçiriləcək aralıq seçkilərindən əvvəl İrana hücum etməyəcəyini açıqlayıb. Bəyanat regionda mümkün yeni hərbi əməliyyatlarla bağlı müzakirələrin intensivləşdiyi bir vaxtda verilib. Associated Press-ə istinadən xəbər verir ki, Ağ Evin sözçüsünün müavini Anna Kelli İsrailin Ba
22 oktyabrRusiya Kiyevə 21 ballistik raket atdı
Rusiya Ukraynaya qarşı genişmiqyaslı hava hücumları həyata keçirib. The Guardian-a istinadən xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenskinin açıqlamasına görə, Rusiya qüvvələri Kiyevə üç dalğa ilə azı 21 ballistik raket atıb. Hücumlar nəticəsində paytaxtda yaşayış evləri və enerji infrastruktur
23 oktyabr