Ərdoğandan Azərbaycanla enerji sahəsindəki əməkdaşlıq barədə - Açıqlama

Ərdoğandan Azərbaycanla enerji sahəsindəki əməkdaşlıq barədə - Açıqlama"Bütün sahələrdə olduğu kimi, enerji sahəsində də Can Azərbaycan ilə mükəmməl səviyyədə davam edən əməkdaşlığımız ölkələrimiz və bölgəmiz üçün strateji xarakter daşıyır".

Bu fikirlər Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakı Enerji Həftəsinin iştirakçılarına ünvanlandığı təbrik məktubunda yer alıb.

Prezident Rəcəb Tayyib Ərdoğanın məktubunda Azərbaycanın və Türkiyənin birlikdə reallaşdırdıqları nəhəng layihələrlə Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynadıqları vurğulanıb:

"Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum boru kəmərləri və Trans-Anadolu təbii qaz boru kəməri – TANAP kimi nəhəng layihələrin həyata keçirilməsi ilə regional və qlobal enerji təhlükəsizliyinə mühüm töhfə verdik. Hazırda yaşadığımız kritik dönəmdə TANAP-ın onurğa sütununu təşkil etdiyi Cənub Qaz Dəhlizi Avropanın dördüncü təbii qaz arteriyası rolunu oynayır.

Cənub Qaz Dəhlizi ilə bu günədək Türkiyəyə 15 milyard kubmetr, Avropanın digər ölkələrinə isə 10 milyard kubmetr təbii qaz nəql edilib. İlham qardaşımla birlikdə əlaqələrimizi müttəfiqlik səviyyəsinə çatdırdığımız Şuşa Bəyannaməsində də vurğuladığımız kimi, Cənub Qaz Dəhlizinin potensialının artırılmasının önəmini ifadə etdik. Beynəlxalq aləmdə yaşanan proseslər atdığımız bu addımların nə qədər doğru olduğunu göstərir. Türkiyə-Azərbaycan əməkdaşlığının Avropanın enerji təhlükəsizliyi üçün həyati əhəmiyyət kəsb etdiyi artıq daha yaxşı dərk olunur".

Məktubda Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın bərpaolunan enerji növlərinin inkişafı istiqamətində də mühüm addımlar atdığı qeyd olunub:

"Qardaşım İlham Əliyevin liderliyi ilə Azərbaycanın bərpaolunan enerji sahəsində nümayiş etdirdiyi mövqe regional sabitlik və rifah baxımından yol xəritəsi rolunu oynayır. Bu baxımdan Qarabağın və Şərqi Zəngəzurun "yaşıl enerji bölgəsi" elan edilməsi son dərəcə düzgün addımdır".

Türkiyə dövlətinin başçısı enerjinin və enerji təhlükəsizliyinin əhəmiyyətinin getdikcə artdığı bir dövrdə keçirilən Bakı Enerji Həftəsinin işinə uğurlar arzulayıb, bütün iştirakçılara təbriklərini çatdırıb.


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 822   Tarix: 04 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Türk xalqlarının birliyi ideyası əsrlər boyu formalaşıb" - DEPUTAT

"Birinci Türkoloji Qurultay ilk dəfə 1926-cı ildə Bakıda keçirilib. 100 il sonra keçirilməsi təşəbbüsü Prezident İlham Əliyev tərəfindən 2025-ci il oktyabrın 6-7-də Qəbələ şəhərində keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 12-ci Zirvə Görüşündə irəli sürülüb", - bunları -a danışa

30 iyun
.

Sahibə Qafarova Kamboca Senatının sədr müavini ilə əməkdaşlığı müzakirə edib

Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanda səfərdə olan Kamboca Xalq Partiyası (KXP) Mərkəzi Komitəsi Daimi Komitəsinin üzvü, Kamboca Senatının sədr müavini Thun Vathana ilə görüşüb. Bu barədə "Report"a Milli Məcıisdən məlumat verilib. Görüşdə coğrafi uzaqlığa baxmayaraq, Azərbayca

13 iyun
.

"Şuşa Bəyannaməsi" böyük zəfərin təntənəsidir" - DEPUTAT

"2021-ci il iyunun 15-də "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi"nin imzalanmasının beş ili tamam olur. Şuşa Bəyannaməsi İkinci Qarabağ Müharibəsində Azərbaycanın Ermənistan üzərində əldə etdiyi qələbəsindən sonra regiond

11 iyun
.

Hüseyn Quliyev Azərbaycanın Özbəkistandakı səfiri vəzifəsindən geri çağırılıb

Hüseyn Rzaqulu oğlu Quliyev Azərbaycanın Özbəkistanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. -a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Qeyd edək ki, H.Quliyev 2012-ci ildən Azərbaycanın Özbəkistandakı səfiri vəzifəsini icra edirdi. [hh4-unikal

25 iyun
.

İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 2-də Türkiyə Respublikasının ədliyyə naziri Akın Gürleki qəbul edib. AZƏRTAC-a istinadən xəbər verir ki, qəbula və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını ifadə edən Akın Gürlek Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizi

2 iyul
.

"Cəmiyyətin sülhə hazır olması diplomatik qələbənin arxasında dayanan ən böyük mənəvi gücdür" - AÇIQLAMA

Azərbaycanın təklif etdiyi sülh gündəliyi həm Ermənistan, həm də digər dövlətlər tərəfindən yeni formalaşan geosiyasi reallıqlar fonunda qəbul edilib. Bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) şöbə müdiri Mətin Məmmədli "Cənubi Qafqazda yeni geosiyasi reallıqlar: Azərbaycan və sül

11 iyun
.

Kim Çen In Putinə dəstək mesajı göndərdi: Strateji tərəfdaşlıq möhkəmlənəcək

Şimali Koreya lideri Kim Çen In Rusiyanın Milli Günü münasibətilə Rusiya Prezidenti Vladimir Putinə təbrik məktubu göndərib. xarici mediaya istinadən xəbər verir ki, Şimali Koreya dövlət mediasının yaydığı məlumata görə, Kim məktubunda Moskva rəhbərliyinə tam dəstəyini ifadə edib. O, Pxenyanın Rusiyanı

12 iyun
.

Azərbaycan gəmilərdə zərərli çirklənmə əleyhinə sistemlərə nəzarətlə bağlı Konvensiyaya qoşulub

Azərbaycan "Gəmilərdə zərərli çirklənmə əleyhinə sistemlərə nəzarət haqqında beynəlxalq Konvensiya"ya qoşulub. -a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı qanunu imzalayıb. [hh4-unikal]

25 iyun
.

"Bu gün Azərbaycan Ordusu regionun ən güclü silahlı qüvvələrindən biri hesab olunur" - Pərvanə Vəliyeva

"Azərbaycan dövlətçiliyinin, müstəqilliyinin və milli təhlükəsizliyinin əlamətdar tarixi günlərindən olan 26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü xalqımızın qəhrəmanlıq salnaməsini, ordumuzun şərəfli inkişaf yolunu və vətən uğrunda canından keçmiş igid oğul və qızlarımızın əzi

23 iyun