Dünyada pandemiya baxımından ən TƏHLÜKƏLİ ÖLKƏLƏR

Dünyada pandemiya baxımından ən TƏHLÜKƏLİ ÖLKƏLƏRDünyanın pandemiya baxımından ən təhlükəli ölkələri məlum olub.

Sonxeber.az xəbər verir ki, Bu barədə "Report" ayrı-ayrı ölkələrin koronavirusa yoluxma statisitkalarına istinadən məlumat yayıb.

Son məlumatlara görə, hazırda dünyada koronavirusa yoluxma baxımından ən təhlükəli yer Tayvandır. Ada ölkədə son sutkada 62 110 nəfər COVID-19-a yoluxub, virusun aşkarlandığı 124 nəfər ölüb. Tayvan artıq bir müddətdir dünyada koronavirusa gündəlik yoluxma və ölüm sayına görə ilk yerlərdən birini tutur.

Koronavirusa yoluxmanın bir neçə həftə əvvəl aşkarlandığı Koreya Xalq Demokratik Respublikası da artıq son günlər ərzində dünyada pandemiya baxımından ən təhlükəli ölkələrindən birinə çevrilib. Son sutkada Şimali Koreyada 73 790 nəfərdə koronavirus aşkarlanıb.

Avstraliya da gündəlik yoluxma baxımından pandemiyadan ən çox əziyyət çəkən ölkələrdəndir. Son sutka ərzində Avstraliyada 22 253 nəfərdə koronavirus aşkarlanıb, 29 nəfər ölüb. Siyahıda ilk yerlərdən birini Yaponiya tutur. "Gündoğar ölkə"də son gündə koronavirusa 16 627 yoluxma qeydə alınıb, virusun aşkarlandığı 23 nəfər ölüb.

İtaliya da koronavirusa yoluxma baxımından ən təhlükəli ölkələrdəndir. Qərbi Avropanın bu ölkəsində daha 15 082 nəfərə koronavirus xəstəsi diaqnozu qoyulub, COVID-19 testi müsbət çıxmış 27 nəfər ölüb.

Cənubi Koreyada 9 835 nəfərdə təhlükəli virus aşkarlanıb, COVID-19-dan əziyyət çəkən 20 nəfər ölüb.

Çilidə də hər gün minlərlə insanda virus aşkarlanır. Son bir gündə bu ölkədə daha 8 823 nəfərin koronavirus testi müsbət çıxıb, 18 nəfər ölüb.

Qeyd edək ki, pandemiya ərzində dünyada koronavirusa ən çox yoluxma ABŞ-da qeydə alınıb. Birləşmiş Ştatlarda ümumilikdə 86 503 057 nəfər koronavirusa yoluxub, 1 033 571 insan COVID-19-dan ölüb.

Son məlumatlara görə, pandemiya ərzində dünyada koronavirusa 535 275 470 yoluxma qeydə alınıb, 6 320 236 nəfər ölüb, virusa yoluxmuş 506 191 229 nəfər sağalıb.

Koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1379   Tarix: 06 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Le Monde: "Tramp BBC-yə qarşı məhkəmə işində and altında ifadə verməlidir"

ABŞ prezidenti Donald Trampın BBC-yə qarşı qaldırdığı böhtan iddiası üzrə məhkəmədə and altında ifadə verməsi tələb olunur. Mübahisə BBC-nin Trampın çıxışından hazırladığı video montajı ilə bağlıdır. Le Monde-a istinadən xəbər verir ki, Tramp Britaniyanın ictimai yayımçısını çıxışının montajı vasitəsil

23 oktyabr
.

İtaliyada güclü zəlzələ baş verdi

İtaliyanın şərqində, Siciliya sahillərində 5,6 bal gücündə zəlzələ baş verib. xəbər verir ki, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Bildirilib ki, zəlzələ yerin 10 km dərinliyində baş verib

23 oktyabr
.

Süni intellektlə yaradılmış 50 milyondan çox musiqi məhdudlaşdırıldı

"Spotify" platforması aşağı keyfiyyətli məzmun və spam hesab etdiyi çox süni intellektlə yaradılmış 50 milyondan çox musiqini tövsiyə sistemindən çıxarıb. "Qafqazinfo" xarici mətbuata istinadən xəbər verir ki, şirkət bu addımları həqiqi sənətçilərin əsərlərini ön plana çıxarmaq v

22 oktyabr
.

ABŞ-İran münaqişəsi 2027-ci ilin əvvəlinə qədər səngiyəcək

Beynəlxalq Valyuta Fondu (BVF) ABŞ ilə İran arasındakı müharibənin 2027-ci ilin əvvəlinə qədər səngiyəcəyini və enerji ticarətinin il ərzində tənzimlənəcəyini təxmin edir. xəbər verir ki, bu barədə BVF-nin Yaxın Şərq və Mərkəzi Asiyada iqtisadi inkişaf perspektivləri ilə bağlı müntəzəm hesabatında deyilir

22 oktyabr
.

İran Fars körfəzində dörd gəmiyə hücum etdi

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) donanması Fars körfəzinin şimalında dörd gəmini vurduğunu bildirib. xəbər verir ki, məlumatda deyilir ki, "Fars körfəzinin şimalında dörd gəmi vurulub və yanğın baş verib". "İİKK Hərbi Dəniz Qüvvələri xəbərdarlıq edib ki, əgər Vaşinqto

22 oktyabr
.

Financial Times: "ABŞ Çin texnologiyalarına investisiyaları məhdudlaşdırmağa hazırlaşır"

ABŞ Maliyyə Nazirliyi amerikalı investorların Çinin strateji əhəmiyyət daşıyan texnologiya sahələrinə vəsait yatırmasına nəzarəti gücləndirəcək yeni qaydalar təklif edib. Məhdudiyyətlərin süni intellekt, qabaqcıl yarımkeçiricilər, biotexnologiya və hipersəs silahları ilə əlaqəli texnologiyaları əhat

23 oktyabr
.

Kalininqrad yaxınlığında Rusiya qırıcısı qəzaya uğradı

Rusiyanın Kalininqrad vilayətində "Su-30SM" tipli hərbi qırıcı təyyarə qəzaya uğrayıb. Bizim.Media xəbər verir ki, qəza Kalininqrad vilayətinin Çernyaxovsk rayonunda baş verib. Hər iki pilot katapult etməyə imkan tapıb. Müxtəlif xəsarətlər alan pilotlar hərbi hospitala yerləşdirilib. Sosia

21 oktyabr
.

NATO Ukraynaya daha sürətli və daha ucuz silahlar almağa imkan verəcək

NATO Ukraynaya mərkəzləşdirilmiş tədarük agentliyi vasitəsilə silah, sursat və hərbi texnika almağa icazə verəcək. xəbər verir ki, bu, Kiyevə müdafiə avadanlıqlarını daha sürətli və daha əlverişli şərtlərlə əldə etməyə imkan verəcək. Ukrayna NATO Təchizat və Satınalma Agentliyi (NSPA) ilə əməkdaşlığ

22 oktyabr
.

Rusiya Ukraynaya kütləvi hücum etdi: ölənlər və yaralananlar var

Rusiya ordusunun Ukraynanın müxtəlif bölgələrinə raket və dronlarla hücumları nəticəsində ölən və yaralananlar var. Kiyevdə yaşayış binalarına və nəqliyyat infrastrukturuna ziyan dəyib, Xarkov, Donetsk və Çerniqov vilayətlərində də mülki əhali arasında itkilər qeydə alınıb. "Associated Press"i

22 oktyabr