Hindistanda müsəlmanlara divan tutulur: Dehli ad dəyişikliyi ilə siyasətini pərdələyir – ŞƏRH

Hindistanda müsəlmanlara divan tutulur: Dehli ad dəyişikliyi ilə siyasətini pərdələyir – ŞƏRHHindistan hökumətinin dini konsepsiyasını radikalizm üzərində yeniləmək cəhdləri və ölkədə islam inancında olan əhalini sıxışdırmağına başqa adlarla haqq qazandırmağa çalışması beynəlxalq mətbuatda müzakirə mövzusuna çevrilib.

Hindistan hökuməti BMT-yə müraciət edərək "islamofobiya" ifadəsinin "religiyafobiya" ifadəsi ilə dəyişdirilməsini istəyir.

Hindistan mövqeyini belə əsaslandırır ki, dünyada dini dözümsüzlük, diskriminasiya bir çox dinlərə qarşı həyata keçirilir, ancaq səmavi dinlərə qarşı aktlar önə çıxarılır.

İlk baxışda tolerantlıq məntiqi kimi dəyərləndirilə bilər, lakin Hindistan bununla özünün müsəlmanlara qarşı yeritdiyi siyasətin üzərinə pərdə salmaq istəyir. Həm də özünə qarşı islam amili ilə presedent yaradılmaması üçün qabaqdangəlmişlik edir.

Əslində Hindistanda müsəlmanların təzyiqlərlə üzləşməsi yeni hal da deyil, ancaq yeni kontekst yaranır.

Hindistan hökuməti ictimai rəyi özünün diplomatik arqumentinə çevirmək üçün əlinin altında olan siyasi qüvvələri də işə salır. Hindistan hökumətinin islamofobiya yanaşması ilə həmin gedişatlar paralellik təşkil edir.

Hindistanın "Bharatia Canata" partiyasının lideri Yaşpal Suvarna bu ilin aprelində ölkədə ictimai yerlərdə hicabın qadağan ediləcəyini söyləmişdi.

Bir neçə gün öncə isə həmin partiyanın funksionerləri Məhəmməd peyğəmbərə qarşı təhqiramiz ifadələr işlədiblər.

Sual olunur: Hindistan hökumətinin indi BMT-yə müraciətinin məğzi tolerantlığa söykənirmi? Əlbəttə ki yox!

İslam peyğəmbərinin təhqir edilməsi tendensiyaları Hindistanı Qətər və Küveytin təzyiqi ilə üzləşdirib.

Qətər və Küveyt ölkələrindəki Hindistan səfirlərini çağıraraq nota təqdim ediblər. Qətər və Küveyt Hindistandakı islamofobiya meyllərinin peyğəmbərin təhqiri ilə müşayiət olunmasına görə üzrxahlıq tələbi səsləndiriblər.

Hər iki ölkə hesab edir ki, bu cür mesajlar İslam dini haqqında məlumatsızlıqdandan irəli gəlir.

İslam Hindistan da daxil olmaqla dünya sivilizasiyasında böyük rol oynayıb. Görünür ki, Hindistan bu düşüncənin üzərindən xətt çəkmək niyyətindən əl çəkmir.

Ona görə də, Hindistanın müsəlmanları hədəfə alan, zorakılıq və ekstremizm çağırışlarını özündə ehtiva edən çağırışlara dəstəyini artıracağı gözlənilir.

Çünki Hindistan məqsədli niyyətlərini sistemli və döyüşə hazır vəziyyətə gətirib. Hindistanın ictimai-siyasi həyatının bütün sahələrinə "zəhər" yeridilir və İslama qarşı təhlükəli meyllər qidalandırılır.

Artıq Hindistanın kino sahəsində də anti-islam təbliğatına yer verilir. Hindistanın belə davranışları Pakistana barmaq silkələmək məqsədi daşıyır.

Nəzərə almaq lazımdır ki, Hindistan filmləri hindlilərin düşüncə tərzini formalaşdırır, onda deyə bilərik ki, hökumət anti-islam təbliğatına vəsait ayırmaqda davam edəcək. Hindistan təkcə anti-islam cəbhəsinə deyil, digər dinlərin nümayəndələrinə qarşı da hərəkətə keçib.

Amerika Birləşmiş Ştatları da Hindistana tövründə sərtlik nümayiş etdirir, dövlət katibi Entoni Blinken Hindistanda insanlara və ibadət yerlərinə artan hücumlardan narahatlığını ifadə edib.

Ancaq Hindistan dünyanın çağırışlarına məhəl qoymadan öz bildiyini etməkdə israrlı görünür.

Hindistan çoxmillətli və çoxdinli ölkədir, amma multikultural hüquqi yanaşma ortaya qoymaq əvəzinə ayrı-seçkilik siyasətinə müraciət edir. Bu baxımdan Hindistanın müsəlmanlara qarşı davranışları davam edəcək, dünya ictimaiyyəti isə onu bu siyasətindən çəkindirməyin yollarını aramalıdır./Oxu.az


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1098   Tarix: 06 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Le Monde: "Tramp BBC-yə qarşı məhkəmə işində and altında ifadə verməlidir"

ABŞ prezidenti Donald Trampın BBC-yə qarşı qaldırdığı böhtan iddiası üzrə məhkəmədə and altında ifadə verməsi tələb olunur. Mübahisə BBC-nin Trampın çıxışından hazırladığı video montajı ilə bağlıdır. Le Monde-a istinadən xəbər verir ki, Tramp Britaniyanın ictimai yayımçısını çıxışının montajı vasitəsil

23 oktyabr
.

İtaliyada güclü zəlzələ baş verdi

İtaliyanın şərqində, Siciliya sahillərində 5,6 bal gücündə zəlzələ baş verib. xəbər verir ki, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Bildirilib ki, zəlzələ yerin 10 km dərinliyində baş verib

23 oktyabr
.

Süni intellektlə yaradılmış 50 milyondan çox musiqi məhdudlaşdırıldı

"Spotify" platforması aşağı keyfiyyətli məzmun və spam hesab etdiyi çox süni intellektlə yaradılmış 50 milyondan çox musiqini tövsiyə sistemindən çıxarıb. "Qafqazinfo" xarici mətbuata istinadən xəbər verir ki, şirkət bu addımları həqiqi sənətçilərin əsərlərini ön plana çıxarmaq v

22 oktyabr
.

ABŞ-İran münaqişəsi 2027-ci ilin əvvəlinə qədər səngiyəcək

Beynəlxalq Valyuta Fondu (BVF) ABŞ ilə İran arasındakı müharibənin 2027-ci ilin əvvəlinə qədər səngiyəcəyini və enerji ticarətinin il ərzində tənzimlənəcəyini təxmin edir. xəbər verir ki, bu barədə BVF-nin Yaxın Şərq və Mərkəzi Asiyada iqtisadi inkişaf perspektivləri ilə bağlı müntəzəm hesabatında deyilir

22 oktyabr
.

İran Fars körfəzində dörd gəmiyə hücum etdi

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) donanması Fars körfəzinin şimalında dörd gəmini vurduğunu bildirib. xəbər verir ki, məlumatda deyilir ki, "Fars körfəzinin şimalında dörd gəmi vurulub və yanğın baş verib". "İİKK Hərbi Dəniz Qüvvələri xəbərdarlıq edib ki, əgər Vaşinqto

22 oktyabr
.

Financial Times: "ABŞ Çin texnologiyalarına investisiyaları məhdudlaşdırmağa hazırlaşır"

ABŞ Maliyyə Nazirliyi amerikalı investorların Çinin strateji əhəmiyyət daşıyan texnologiya sahələrinə vəsait yatırmasına nəzarəti gücləndirəcək yeni qaydalar təklif edib. Məhdudiyyətlərin süni intellekt, qabaqcıl yarımkeçiricilər, biotexnologiya və hipersəs silahları ilə əlaqəli texnologiyaları əhat

23 oktyabr
.

Kalininqrad yaxınlığında Rusiya qırıcısı qəzaya uğradı

Rusiyanın Kalininqrad vilayətində "Su-30SM" tipli hərbi qırıcı təyyarə qəzaya uğrayıb. Bizim.Media xəbər verir ki, qəza Kalininqrad vilayətinin Çernyaxovsk rayonunda baş verib. Hər iki pilot katapult etməyə imkan tapıb. Müxtəlif xəsarətlər alan pilotlar hərbi hospitala yerləşdirilib. Sosia

21 oktyabr
.

NATO Ukraynaya daha sürətli və daha ucuz silahlar almağa imkan verəcək

NATO Ukraynaya mərkəzləşdirilmiş tədarük agentliyi vasitəsilə silah, sursat və hərbi texnika almağa icazə verəcək. xəbər verir ki, bu, Kiyevə müdafiə avadanlıqlarını daha sürətli və daha əlverişli şərtlərlə əldə etməyə imkan verəcək. Ukrayna NATO Təchizat və Satınalma Agentliyi (NSPA) ilə əməkdaşlığ

22 oktyabr
.

Rusiya Ukraynaya kütləvi hücum etdi: ölənlər və yaralananlar var

Rusiya ordusunun Ukraynanın müxtəlif bölgələrinə raket və dronlarla hücumları nəticəsində ölən və yaralananlar var. Kiyevdə yaşayış binalarına və nəqliyyat infrastrukturuna ziyan dəyib, Xarkov, Donetsk və Çerniqov vilayətlərində də mülki əhali arasında itkilər qeydə alınıb. "Associated Press"i

22 oktyabr