Oğurluqdur, yoxsa hər kəs istifadə edə bilər? - FOTO

Oğurluqdur, yoxsa hər kəs istifadə edə bilər? - FOTO"Adı qeydiyyatdan keçirərkən hansı kateqoriyalar üzrə patent almaq lazım olduğu qeyd olunur. Siz bütün kateqoriyalarda şirkətinizi patentləşdirirsinizsə, bu zaman o addan heç kim istifadə edə bilməz. Adın hansı kateqoriyalar üzrə patent alması çox önəmlidir. Bəzən 32 fərqli istiqamətdə patent alınır".

Mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edirik.

Bir müddət öncə məşhur çərəz brendlərindən biri adından çayxanada istifadə edildiyi üçün məhkəməyə müraciət edib. Ümumiyyətlə, ölkəmizdə bu situasiya ilə tez-tez qarşılaşırıq. Gül dükanı brendi ilə tanınan adı kafedə, restoranlar şəbəkəsinin adını marketlərdə tez-tez görürük. Amma bununla bağlı heç bir məhkəmə müraciəti xatırlamırıq. Təsadüfi deyil ki, çərəz dükanı ilə bağlı məhkəmə prosesi də ilk dəfə baş tutub. Mediada bu xəbərə "Azərbaycanda ilk" adı ilə rast gəlmişik. Yəni ilk dəfə bir brend adından istifadə olunduğu üçün məhkəməyə müraciət edib. Bəs nə üçün ölkəmizdə adın mənimsənilməsi belə rahat baş tutur? Bu sahədə səliqə necə yaradılmalıdır? Ad oğurluğu cinayət deyilmi?

Hüquqşünas Rəşad Əliyev "Kaspi"yə açıqlamasında bildirib ki, əgər əmtəə nişanı Əqli Mülkiyyət Agentliyində qeydiyyata alınıbsa, sahibinə müstəsna hüquqlar verir. Yəni brend adın sahibi nişan üzərində müstəsna hüquqlara malik olur və ona məxsus nişandan başqalarının qanunsuz istifadə etməsinə qadağa qoya bilər: "Bu zaman məhkəmə çəkişmələrində ortaya çıxan mübahisələr zamanı nişan sahibinin xeyrinə qərar qəbul edilir. Üstəlik, əmtəə nişanından qanunsuz istifadə ilə bağlı dəymiş zərərin əvəzi mülki qaydada məhkəmədə tələb edilə bilər. Brend adlardan qanunsuz istifadəyə görə Azərbaycan qanunvericiliyində həm inzibati, həm də cinayət məsuliyyəti nəzərdə tutulub".

Hüquqşünas deyir ki, hətta buna görə nişanı mənimsəyən şəxs 2 ilədək müddətə azadlıqdan məhrum edilə bilər.
Marketinq üzrə ekspert Seymur Quliyev deyir ki, əgər həmin brendin və əmtəə nişanının qeydiyyatı əsas müəssisə tərəfindən həyata keçirilməyibsə, bu zaman ad üzərində hüququnu sübut edə bilmir: "Azərbaycanda əqli mülkiyyət hüququnun əldə edilməsi üçün qanunvericilik mövcuddur və tənzimlənir. Bu qanunlar çərçivəsində bir müəssisə öz məhsulunu patentləşdirə bilər. Patentini alıbsa, başqa bir müəssisə qeydiyyatdan keçmiş əmtəə nişanını istifadə edə bilməz. Edərsə, mütləq şəkildə qanunvericilik qarşısında cavab verməlidir".

Ekspert vurğulayır ki, Azərbaycanda əmtəə nişanının qeydiyyatı, təxminən 6-10 ay ərzində həyata keçirilir: "Qeydiyyat prosesinin bir neçə mərhələsi var. Bunlardan birincisi ərizə verməkdir. Əmtəə nişanı 10 illik qeydiyyata alınır və bu müddət daha sonra uzadıla bilər. Yəni bu 10 il müddətində başqa bir müəssisə bu brenddən istifadə edə bilməz. Ola bilər ki, bənzər ifadələrlə o ticarət nişanlarından istifadə olunar. Belə tendensiya beynəlxalq təcrübədə də var. Böyük brendlər var ki, bir hərf dəyişməklə istifadə edilib. Yəni bir hərf fərqi ilə yeni brend yaradılır və istehlakçıların zehni ilə oynanılır. Bu tip nüanslar təkcə bizdə deyil, bütün dünya ölkələrində var və qanun qarşısında cavab verirlər".
Mütəxəssisin sözlərinə görə, əgər brendin adını patentləşdirir, amma 5 il istifadə etmirsənsə, qeydiyyat ləğv oluna bilər: "Əqli mülkiyyət haqqında qanunun 30-cu maddəsində qeyd edilir ki, alınmış əmtəə nişanı istifadə edilmədiyi hallarda qeydiyyatı ləğv oluna bilər. Brend sizə aid olsa belə, 5 il müddətində istifadə edilmədikdə əlinizdən alına bilər. Amma bu, qanun çərçivəsində olur".

Marketoloq Rafiq Hunaltay deyir ki, brendin oğurlanması ilə bağlı incə nüans var. Brend, müəlliflik hüququnu bütün kateqoriyalarda deyil, yalnız bir kateqoriyada alıbsa, digər kateqoriyalarda istifadə oluna bilər. Yəni şirkət ancaq çərəz adı üçün patentləşdirilibsə, çayxana kimi istifadə oluna bilər: "Rəsmi şəkildə qeydiyyatdan keçdikdən sonra istənilən adın dublikatını yazan, yaradan şəxs qanun qarşısında məsuliyyət daşıyır. Yəni müəlliflik hüququ kimdədirsə, onun tələbi ilə istifadə olunan yerlərdən də sökülə bilər. Amma bir nüans var. Şirkət adı ilə bağlı müəllif hüququnu bir kateqoriyada alıbsa, kimsə onu çayxana kimi açıbsa, o zaman çayxana sahibinə problem olmur. Yəni adı qeydiyyatdan keçirərkən hansı kateqoriyalar üzrə patent almaq lazımdır, onlar qeyd olunur. Siz bütün kateqoriyalarda şirkətinizi patentləşdirirsinizsə, bu zaman heç kim istifadə edə bilməz. Adın hansı kateqoriyalar üzrə patent alması çox önəmlidir. Bəzən 32 fərqli istiqamətdə patent alınır. Bu o deməkdir ki, şirkət adını bütün növ dublikatlardan qoruyur"./oxu.az


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1163   Tarix: 06 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Le Monde: "Tramp BBC-yə qarşı məhkəmə işində and altında ifadə verməlidir"

ABŞ prezidenti Donald Trampın BBC-yə qarşı qaldırdığı böhtan iddiası üzrə məhkəmədə and altında ifadə verməsi tələb olunur. Mübahisə BBC-nin Trampın çıxışından hazırladığı video montajı ilə bağlıdır. Le Monde-a istinadən xəbər verir ki, Tramp Britaniyanın ictimai yayımçısını çıxışının montajı vasitəsil

23 oktyabr
.

İtaliyada güclü zəlzələ baş verdi

İtaliyanın şərqində, Siciliya sahillərində 5,6 bal gücündə zəlzələ baş verib. xəbər verir ki, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Bildirilib ki, zəlzələ yerin 10 km dərinliyində baş verib

23 oktyabr
.

Süni intellektlə yaradılmış 50 milyondan çox musiqi məhdudlaşdırıldı

"Spotify" platforması aşağı keyfiyyətli məzmun və spam hesab etdiyi çox süni intellektlə yaradılmış 50 milyondan çox musiqini tövsiyə sistemindən çıxarıb. "Qafqazinfo" xarici mətbuata istinadən xəbər verir ki, şirkət bu addımları həqiqi sənətçilərin əsərlərini ön plana çıxarmaq v

22 oktyabr
.

ABŞ-İran münaqişəsi 2027-ci ilin əvvəlinə qədər səngiyəcək

Beynəlxalq Valyuta Fondu (BVF) ABŞ ilə İran arasındakı müharibənin 2027-ci ilin əvvəlinə qədər səngiyəcəyini və enerji ticarətinin il ərzində tənzimlənəcəyini təxmin edir. xəbər verir ki, bu barədə BVF-nin Yaxın Şərq və Mərkəzi Asiyada iqtisadi inkişaf perspektivləri ilə bağlı müntəzəm hesabatında deyilir

22 oktyabr
.

İran Fars körfəzində dörd gəmiyə hücum etdi

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) donanması Fars körfəzinin şimalında dörd gəmini vurduğunu bildirib. xəbər verir ki, məlumatda deyilir ki, "Fars körfəzinin şimalında dörd gəmi vurulub və yanğın baş verib". "İİKK Hərbi Dəniz Qüvvələri xəbərdarlıq edib ki, əgər Vaşinqto

22 oktyabr
.

Financial Times: "ABŞ Çin texnologiyalarına investisiyaları məhdudlaşdırmağa hazırlaşır"

ABŞ Maliyyə Nazirliyi amerikalı investorların Çinin strateji əhəmiyyət daşıyan texnologiya sahələrinə vəsait yatırmasına nəzarəti gücləndirəcək yeni qaydalar təklif edib. Məhdudiyyətlərin süni intellekt, qabaqcıl yarımkeçiricilər, biotexnologiya və hipersəs silahları ilə əlaqəli texnologiyaları əhat

23 oktyabr
.

Kalininqrad yaxınlığında Rusiya qırıcısı qəzaya uğradı

Rusiyanın Kalininqrad vilayətində "Su-30SM" tipli hərbi qırıcı təyyarə qəzaya uğrayıb. Bizim.Media xəbər verir ki, qəza Kalininqrad vilayətinin Çernyaxovsk rayonunda baş verib. Hər iki pilot katapult etməyə imkan tapıb. Müxtəlif xəsarətlər alan pilotlar hərbi hospitala yerləşdirilib. Sosia

21 oktyabr
.

NATO Ukraynaya daha sürətli və daha ucuz silahlar almağa imkan verəcək

NATO Ukraynaya mərkəzləşdirilmiş tədarük agentliyi vasitəsilə silah, sursat və hərbi texnika almağa icazə verəcək. xəbər verir ki, bu, Kiyevə müdafiə avadanlıqlarını daha sürətli və daha əlverişli şərtlərlə əldə etməyə imkan verəcək. Ukrayna NATO Təchizat və Satınalma Agentliyi (NSPA) ilə əməkdaşlığ

22 oktyabr
.

Rusiya Ukraynaya kütləvi hücum etdi: ölənlər və yaralananlar var

Rusiya ordusunun Ukraynanın müxtəlif bölgələrinə raket və dronlarla hücumları nəticəsində ölən və yaralananlar var. Kiyevdə yaşayış binalarına və nəqliyyat infrastrukturuna ziyan dəyib, Xarkov, Donetsk və Çerniqov vilayətlərində də mülki əhali arasında itkilər qeydə alınıb. "Associated Press"i

22 oktyabr