Azərbaycanlı deputat erməni həmkarını faktlarla susdurdu - VİDEO
Sankt-Peterburqda keçirilən MDB Gənclər Parlament Assambleyasının 18-ci iclası zamanı Ermənistandan olan deputat Lilit Minosyan Qarabağla bağlı təxribatçı çıxış edib.
Erməni deputatın bu fikirlərinə Milli Məclisin deputatı Emin Hacıyev tutarlı arqumentlərlə cavab verərək susdurub.
Bir çox beynəlxalq tədbirlərdə belə təxribatçı fikirlərlə çıxış edən növbəti erməni deputatın budəfəki cəhdi də uğursuz alındı. Emin Hacıyev Ermənistanın işğalçı dövlət olduğunu, beynəlxalq hüquqa məhəl qoymadığını, 30 il ərzində işğaldan azad olunan torpaqlarımızda insanlığa sığmayan əməllər törətdiklərini, Xocalı soyqırımının icraçıları olmalarını, 44 günlük Vətən müharibəsindən sonra imzalanan sənədə əsasən hələ də mina xəritələrini verməkdən boyun qaçırdıqlarını və digər bir çox mövzuları iştirakçıların diqqətinə çatdırıb.
Emin Hacıyev ermənilərin Qarabağda dağıdıb təhqir etdikləri tarixi-mədəni və dini abidələrə Azərbaycanın tikinti-quruculuqla cavab verdiyini diqqətə çatdırıb./Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 1212 Tarix: 11 iyun 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Şamaxıda "Pirqulu Park" hotelinin açılışı olub - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Pirqulu Park" hotelinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, "Moderngroup" MMC-nin təmsilçisi Fariz Abbaszadə dövlətimizin başçısına və birinc
17 sentyabrTürk dünyasının yeni strateji erası
Son illər beynəlxalq münasibətlər sistemində sürətlə cərəyan edən geosiyasi dəyişikliklər, qlobal münaqişələrin coğrafiyasının genişlənməsi və beynəlxalq hüquq mexanizmlərinin təsirsizliyi fonunda region dövlətlərinin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi prioritet məsələyə çevrilmişdir. Bel
18 sentyabrTariximizə qızıl hərflərlə yazılan gün - 20 sentyabr
Vətən müharibəsində misilsiz şücaət göstərən Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2023-cü il sentyabr ayının 19-20-də lokal xarakterli antiterror tədbirləri keçirməklə düşmənə növbəti dəfə hünərini göstərdi. Birgünlük hərbi əməliyyatlar nəticəsində Qarabağdakı qanunsuz hərb
17 sentyabrPrezident Ramil Usubovu və həmkarlarını qəbul edib - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubovu, Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi, Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi, Özbəkistan Respublikasının Prezident
17 sentyabr