Rusiya Bakı ilə razılığa gəlir, yoxsa yenə aldadır? - Moskvanın Qarabağla bağlı düzəlişi artır...

Rusiya Bakı ilə razılığa gəlir, yoxsa yenə aldadır? - Moskvanın Qarabağla bağlı düzəlişi artır...Postmünaqişə dövrünün Rusiya-Ukrayna müharibəsinə təsadüf etməsi rəsmi Bakının bəzi məsələlərdə Moskvanın mövqeyini daha tez öyrənməsini və ona uyğun anında qərar verməsi məsələsini asanlaşdırdı. Təkcə son proseslərə nəzər salsaq, bu məsələnin nə qədər həqiqəti əks etdirdiyini anlamaq çətin deyil.

Belə ki, Rusiya Xarici işlər naziri Sergey Lavrovun Ankaranın ardınca İrəvana getməsi Ukrayna ilə müharibə fonunda arxa plana düşən Ermənistanla Azərbaycan arasında sülh danışıqları və sərhədlərin delimitasiyası məsələsində moderatorluq fəaliyyətlərini gücləndirmək, prosesləri daha yaxından təqib etmək baxımından Moskva üçün olduqca əhəmiyyətli idi.

Amma Lavrov İrəvana çatar-çatmaz Azərbaycan ordusunun Fərruxdan çəkilməsi sualına "sonra müzakirə ediləcək" deyərək çox uğursuz bəyanatla yadda qaldı. Azərbaycan XİN-dən Moskvaya verilən nota dərhal bəyanatda dəyişikliklə müşahidə edildi ki, bu sürətlə Bakı Rusiya tərəfinin hansısa yanlışını düzəltdiyinə şahid olduğunu xatırlamıram.

Lakin daha bir neçə gün əvvələ getsək, görərik ki, Rusiya son zamanlar Azərbaycana qarşı təxribatlara bir qədər artıq meyil göstərir. Hələ də yaddan çıxmayan "Ria Novosti" təxribatı var ki, məhz qondarma separatçı rejimin saxta "naziri" Artak Beqlaryanla müsahibəni saytında dərc etdiyi üçün Azərbaycan höküməti Rusiyanın dövlət agentliyinin fəaliyyətini ölkədə blokladı.

Lavrovun sözügedən təxribatyönlü açıqlamasından çox keçmədən rəsmi Bakıdan etiraz bəyanatına Rusiya XİN-in düzəliş etməsi deməyə əsas verir ki, şimal qonşumuz, yeni müttəfiqimiz artıq Azərbaycanda yaratdıqları qıcığın, təxribatın onların nüfuz dairəsini nə qədər zəiflətdiyini hiss etməyə başlayıblar - istər dövlət səviyyəsində, istərsə də ictimai rəylərdə.

Görünür elə bu səbəbdəndir ki, "Ria Novosti" Artak Beqlaryanla müsahibəni dünəndən etibarən saytından silib. Nəzərə alsaq ki, Lavrovun da səhvini düzəltdilər, üstəlik Azərbaycana qarşı növbəti təxribat olan Rusiya Mədəniyyət Nazirliyinin erməni rəssamın "Dağlıq Qarabağın sirləri" sərgisinin adından Qarabağ sözünü çıxartması məsələsi bu deyilənlərin növbəti təsdiqidir.

Rusiyanı Azərbaycana qarşı buraxdığı bu ciddi səhvlərə yenidən baxmasının digər səbəbi isə Moskvanın belə davranışlarla öz ayağına sıxdığının əksinə olaraq Qərb və ABŞ-ın Cənubi Qafqazda mövqe savaşında Moskvadan bir addım önə keçməyi bacarmasıdır. Belə məlum olur ki, Moskva Bakını qıcıqlandırmaqla indiki məqamda xüsusilə heç nəyə nail olmayacağını hiss edir. Rusiyanın səhvləri fonunda Qərb və ABŞ-ın Bakı və İrəvanla çoxalan təmasları isə ümumilikdə Cənubi Qafqazın Rusiyanın orbitindən çıxması ilə nəticələnmək ehtimalını sürətlə artıran məqamdır.

Nəzərə alsaq ki, Ermənistanda Paşinyan əleyhinə aksiyalar artıq səngiyib və bu aksiyaların arxasında məhz Rusiya amili dayanırdı, üstəlik bunun fonunda ABŞ XİN-nin köməkçisi Cənubi Qafqaza səfər etməyə hazırlaşır, əlavə sözə eghtiyac yoxdur. Demək ki, Rusiyanın Paşinyana, Ermənistan iqtidarına növbəti təzyiqi də işinə yaramadı. Regiona səfəri 14 iyunda başlayacaq ABŞ XİN-nin köməkçisi Karen Donfridin Bakıya gəlmə tarixi 15-16 iyun, İrəvana isə 18 iyunda səfər edəcəyinə diqqət yetirsək, anlamış olarıq ki, ABŞ çox yaxşı bilir ki, Rusiya Azərbaycana qarşı böyük səhvlər buraxmaqda davam edir.

Bu məqamdan yararlanmaq istəyən "super" güc, regionun açar dövləti olan Azərbaycanı inandırmağa çalışacaq ki, sona qədər sülh prosesini, Azərbaycanın ərazi bütövlüyünə dəstəkləyəcək.

Buradan da Rusiyanın son səhvləri ilə bağlı etdiyi düzəlişlərin səl səbəbi üzə çıxmış olur. Bir daha aydın olur ki, Moskva bütün bunları xoşluqla etmir, Bakının tələbi qarşısında etməyə məcbur olur. Lakin bu cür təxribatlara yol verilməsi, ardınca edilən düzəlişlərin əsas bir hədəfi var:

Rusiya Azərbaycanın "əsəblərini yoxlayır", müqavimətinin hara qədər ola biləcəyini sınayır. Hər şey də məhz bu müqavimətin davamlılığına bağlıdır. Gah Bakıya "separatçıları legitimləşdirə də bilərik" mesajı verən, gah da "separatizmin və təxribatın olmaması üçün Moskvanın mövqeyi nəzərə alınmalıdır" demək istəyən Moskva belə görünür ki, indiki vəziyyətdə Ukrayna cəbhəsindən Qarabağa yönəlmək məsələsində ciddi çətinliklə üzləşir.

Bakı isə ələ düşən bu fürsətdən maksimum yararlanmaq niyyətindədir. Çox güman ki, Azərbaycan gələn ilin yazından sonra tikintisi davam edən Laçın dəhlizinə alternativ yolun tamamlanmasından sonra Laçın ərazisində həm erməni silahlılarının, həm də sülhməramlı kontingentin ömrünün bitməsini hədəfləyir. Çünki geridə qalan 1 il 7 aydan çox müddətdə kontingent sülhməramlı statusuna tamamilə zidd davranışları ilə yadda qaldı və hələ də öhdəliklərinə düşən üçtərəfli bəyanatın bir çox bəndlərini icra etməyiblər.

Azərbaycan Laçın dəhlizinə alternativ yolun çəkilişini məhz bu səbəbdən sürətli şəkildə, tam gücü ilə davam etdirir. Bakı qısa zamanda sülhməramlıların və qanunsuz erməni silahlıların həmin əraziləri tərk etməsi məqsədilə alternativ yolu qarşı tərəfə təhvil verərək, Laçında Ordusunun buradakı mövqelərdə tamamilə qərarlaşmasını təmin etmək niyyətindədir.

Hadisələrə ümumi nəzər yetirdikdə belə görünür ki, Qarabağ separatçıları və Ermənistan hakimiyyəti Rusiyanın mövqeyindən məmnundur. Amma Rusiyanın özünün də kiminsə mövqeyindən məmnunluğa ehtiyacı artır. Buna görə də erməni tərəfi Moskvadan hansı əmrin gələcəyini gözləmədən üzərinə götürdükləri öhdəlikləri vaxt itirmədən tam yerinə yetirməyə çalışmalıdır. Çünki Paşinyan hakimiyyəti imza atdığı, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən yayındığına görə Azərbaycan da birgə bəyanatın şərtlərinin yerinə yetirilməsi barədə öhdəliklərindən imtina edə bilər. Ardına gəldikdə isə Ermənistan ən "təcrübəlisidir" - Başına gələn başmaqçı olar .../Milli


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1852   Tarix: 11 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 2-də Türkiyə Respublikasının ədliyyə naziri Akın Gürleki qəbul edib. AZƏRTAC-a istinadən xəbər verir ki, qəbula və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını ifadə edən Akın Gürlek Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizi

2 iyul
.

"Bu gün Azərbaycan Ordusu regionun ən güclü silahlı qüvvələrindən biri hesab olunur" - Pərvanə Vəliyeva

"Azərbaycan dövlətçiliyinin, müstəqilliyinin və milli təhlükəsizliyinin əlamətdar tarixi günlərindən olan 26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü xalqımızın qəhrəmanlıq salnaməsini, ordumuzun şərəfli inkişaf yolunu və vətən uğrunda canından keçmiş igid oğul və qızlarımızın əzi

23 iyun
.

Prezident İlham Əliyev Kral III Çarlzı təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət II Çarlzı təbrik edib. -a istinadən xəbər verir ki, təbrikdə deyilir:. "Əlahəzrət, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının milli bayramı - Təvəllüd Gününüz münasibətilə Sizi və Sizin simanızd

13 iyun
.

Prezident dövlət agentliyi ilə Esvatininin dövlət qurumu arasında memorandumu təsdiqlədi

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Esvatini Krallığının İnformasiya, Kommunikasiyalar və Texnologiya Nazirliyi arasında dövlət xidmətlərinin göstərilməsinin qabaqcıl mexanizminin yaradılması sahəsində əməkdaşlığa dair Anlaşm

30 iyun
.

Əli Əsədov Şimali Kiprin Baş naziri ilə ikitərəfli əməkdaşlığı müzakirə edib

Azərbaycanın Baş naziri Əli Əsədov iyunun 13-də Şimali Kiprin Baş naziri Ünal Üstel ilə görüşüb. Bu barədə "Report"a Nazirlər Kabinetindən məlumat verilib. Bildirilib ki, görüşdə Azərbaycan ilə Şimali Kipr arasında yüksək səviyyəli təmasların dinamikası, parlamentlərarası əlaqələrin və siyas

13 iyun
.

Kim Çen In Putinə dəstək mesajı göndərdi: Strateji tərəfdaşlıq möhkəmlənəcək

Şimali Koreya lideri Kim Çen In Rusiyanın Milli Günü münasibətilə Rusiya Prezidenti Vladimir Putinə təbrik məktubu göndərib. xarici mediaya istinadən xəbər verir ki, Şimali Koreya dövlət mediasının yaydığı məlumata görə, Kim məktubunda Moskva rəhbərliyinə tam dəstəyini ifadə edib. O, Pxenyanın Rusiyanı

12 iyun
.

Avropa Komissiyasının Prezidentinin Azərbaycana səfəri başa çatıb - FOTO

Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Azərbaycan Respublikasına işgüzar səfəri iyulun 2-də başa çatıb. AZƏRTAC-a istinadən xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen

2 iyul
.

Alyona Əliyeva sərgidə - Fotolar

Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Bir Mədəniyyət Xəzinəsi: "Divanü lüğat-it-türk" adlı sərginin açılışı baş tutub. "Qafqazinfo" xəbər verir ki, açılış mərasimində Prezident İlham Əliyevin gəlini Alyona Əliyeva iştirak edib. Fotoları təqdim edirik:

1 iyul
.

"Şuşa Bəyannaməsi" böyük zəfərin təntənəsidir" - DEPUTAT

"2021-ci il iyunun 15-də "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi"nin imzalanmasının beş ili tamam olur. Şuşa Bəyannaməsi İkinci Qarabağ Müharibəsində Azərbaycanın Ermənistan üzərində əldə etdiyi qələbəsindən sonra regiond

11 iyun