Yunanıstanın addımı gərginlik yaratdı – İran hədələdi
Iran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) mətbu orqanı ölkənin neft ixracı əngəllənəcəyi təqdirdə neftin regiondan tranzitinə icazə verilməyəcəyini yazıb.
Sonxeber.az xəbər verir ki, "Cavan" qəzetində dərc olunan məqalədə İrana edilən beynəlxalq təzyiqlərə diqqət çəkilib.
Yunanıstanın ABŞ-ın tələbi ilə İran nefti daşıyan tankeri saxlayaraq müsadirə etdikdən sonra İranın da iki yunan tankerini saxladığına diqqət çəkilən yazıda bu ifadələrə yer verilib:
"İndi təkəbbürlü qüvvələr təhdid dili ilə danışır və onlar hesab edirlər ki, Tehranda hələ də təhdid olunmaqdan qorxan insanlar var. Düşmənə aydın şəkildə çatdırmaq lazımdır ki, vur-qaç dövrü başa çatıb və istənilən təcavüzə cavab veriləcək və lazımi şəkildə cəzalandırılacaq".
Məqalədə İrana qarşı təzyiqlərin davam edəcəyi təqdirdə bölgədən neft tranzitinə icazə verilməyəcəyi ilə bağlı xəbərdarlıq edilib: "Əgər biz neft sata bilməsək, siz də bölgədən neft ala bilməyəcəksiniz".
Yunanıstan mayın 25-də ABŞ-ın tələbi ilə İran neftini daşıyan "Lana" adlı tankeri saxlayıb və məhkəmənin qərarı ilə nefti müsadirə edib.
Afinanın məlum addımından sonra İran Yunanıstanın Tehrandakı müvəqqəti işlər vəkilini Xarici İşlər Nazirliyinə çağırıb və nota verib.
SEPAH həmçinin mayın 25-də Bəsrə körfəzində Yunanıstanın "Prudent Warrior" və "Delta Poseidon" adlı iki neft tankerini saxlayıb və tankerlərdəki təxminən 1.8 milyon barel nefti müsadirə edib. Bundan sonra iyunun 8-də Yunanıstan məhkəməsinin "Lana" tankerindəki neftlə bağlı müsadirə qərarını ləğv etdiyi bildirilib./Teleqraf
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1369 Tarix: 12 iyun 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Robert Köçəryanın oğlunun həbs müddəti uzadılıb
Ermənistan məhkəməsi sabiq prezident Robert Köçəryanın böyük oğlu - Sedrakın həbs müddətini daha iki ay uzadıb. xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Sedrak Köçəryan atası ilə birlikdə vəzifə səlahiyyətlərindən sui-istifadə, xüsusilə külli miqdarda çirkli pulların yuyulması və rüşvət almad
23 oktyabrABŞ Ermənistanın Sərhəd Qoşunlarına 1,4 milyon dollarlıq texnika verib
ABŞ Ermənistanın Sərhəd Qoşunlarına 1,4 milyon ABŞ dolları dəyərində nəqliyyat və xüsusi avadanlıq təhvil verib. xəbər verir ki, bu barədə Ermənistan mediası ABŞ-nin Ermənistandakı səfirliyinə istinadən məlumat yayıb. Təhvil-təslim ABŞ Dövlət Departamentinin ixrac nəzarəti və sərhəd təhlükəsizliyi (EXBS
23 oktyabrABŞ-da Trampı sosial mediada təhdid edən qadın həbs edilib
ABŞ Ədliyyə Nazirliyi bildirib ki, 36 yaşlı qadın ABŞ prezidenti Donald Trampa qarşı sosial mediada təhdidlər paylaşmaq ittihamı ilə Alabama ştatında həbs olunub. xəbər verir ki, ABŞ Ədliyyə Nazirliyinin veb saytında deyilir ki, "ABŞ Rayon Məhkəməsində iki maddədən ibarət ittiham aktı ilə Alabam
23 oktyabrHindistanın ən böyük bankında 3 897 müştərinin məlumatları oğurlanıb
Hindistan Dövlət Bankı (SBI) kiberhücum nəticəsində 3 897 müştəriyə aid fərdi məlumatların qaranlıq internetdə (darknet) yayıldığını açıqlayıb. xəbər verir ki, "Reuters" agentliyinin oktyabrın 21-də yaydığı məlumata görə, ilkin araşdırma zamanı müştərilərin adlarının, mobil telefon nömrələrinin
21 oktyabrQadınların ən uzun yaşadığı ölkələr açıqlandı (SİYAHI)
Dünyada qadınların ən yüksək ömür uzunluğuna malik olduğu ölkələr açıqlanıb. Siyahının zirvəsindəki ölkə isə çoxlarının ilk ağlına gələn yerlərdən biri olmaya bilər. Qaynarinfo xəbər verir ki, Avropanın kiçik ölkələrindən Asiyanın inkişaf etmiş iqtisadiyyatlarına qədər uzanan bu sıralama qadınların ort
21 oktyabrMonteneqro noyabrdan Rusiya vətəndaşları üçün viza rejimi tətbiq edir
Monteneqro noyabrın 1-dən Rusiya vətəndaşları üçün viza rejimi tətbiq edir. xəbər verir ki, bu barədə Rusiyanın Monteneqrodakı səfiri Aleksandr Lukaşik TASS-a müsahibəsində bildirib. "Monteneqro tərəfi noyabrın 1-dən Rusiya Federasiyası ilə Monteneqro hökuməti arasında ölkə vətəndaşlarının qarşılıql
21 oktyabrİtaliyada güclü zəlzələ baş verdi
İtaliyanın şərqində, Siciliya sahillərində 5,6 bal gücündə zəlzələ baş verib. xəbər verir ki, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Bildirilib ki, zəlzələ yerin 10 km dərinliyində baş verib
23 oktyabr