Vaxtsız vəfat edən azərbaycanlı məşhurlar və ölüm səbəbləri

Vaxtsız vəfat edən azərbaycanlı məşhurlar və ölüm səbəbləri"Ölüm haqdır" deyirlər, ancaq elə insanlar da var ki, onların gülərüz simasına ölüm heç yaraşmır. Üstündən illər keçsə də, həmin adamlar haqqında ölən biri kimi danışmaq olmur. Budəfəki yazımızda dünyasını vaxtsız dəyişmiş, ömrünü faciəli sonluqla bitirmiş sənətçilərdən bəhs edəcəyik.

Sonxeber.az oxu.az-a istinadən ömrü yarıda kəsilən, dünyadan vaxtsız köçmüş azərbaycanlı məşhurlar və onların ölüm səbəblərini təqdim edir
Nəşi ölümündən bir gün sonra tapılan aktyor Elçin Həmidov... Teatr və kinoda unudulmaz obrazlar yaradan, parodiyalar edən aktyor Elçin Həmidov "Məhəllə-1" və "Məhəllə-2" filmlərindəki "Məzi" obrazı ilə Azərbaycan tamaşaçısının sevimlisinə çevrilib. Elçin İranda qastrolda olan zaman qəfil halı pisləşir. Həkimlər onun təcili müalicəyə ehtiyacı olduğunu deyirlər. 2011-ci il 5 mart tarixində Elçin rol aldığı "Hərənin öz ulduzu" tamaşasının məşqinə gəlmir. Həmkarları aktyorun evinə gedirlər. FHN əməkdaşlarının köməyi ilə aktyorun evinin qapısı açılır. Hipertoniyadan əziyyət çəkən 52 yaşlı Elçinin bir gün əvvəl öldüyü məlum olur. Onun ürək xəstəliyindən dünyasını dəyişdiyi müəyyən edilir.

Müğənni Şəfa Hüseynova da erkən yaşda dünyasını dəyişmiş simalardandır. Üç-dörd mahnısı və cəmi beş illik peşəkar fəaliyyəti ilə Azərbaycanın musiqi tarixinə düşən bir şəxsdir Şəfa. Onun ən çox konsert verdiyi yerlər hərbi hissələr idi. Sənət yoldaşları deyirlər ki, Şəfa dəfələrlə kasıb toy sahiblərindən pul almayıb.
Müğənni Şəfa Hüseynova da erkən yaşda dünyasını dəyişmiş simalardandır. Üç-dörd mahnısı və cəmi beş illik peşəkar fəaliyyəti ilə Azərbaycanın musiqi tarixinə düşən bir şəxsdir Şəfa. Onun ən çox konsert verdiyi yerlər hərbi hissələr idi. Sənət yoldaşları deyirlər ki, Şəfa dəfələrlə kasıb toy sahiblərindən pul almayıb.

2005-ci ildə Şəfanın ailəsinə Saatlıdan dəvətnamə gəlir, ailəlikcə toya gedirlər. Bir gündən sonra toydan qayıdarkən avtomobildə Şəfanın anası, özü, qardaşı, bir də sürücüsü var idi. Uzaq yol olduğu üçün sürücü ilə qardaşı yol boyu növbələşərək avtomobili idarə edirmişlər. Sükan arxasında qardaşı olarkən avtomobil qəfil yük maşınına çırpılır. Anası hadisə yerində dünyasını dəyişir. Beyin travması alan 30 yaşlı Şəfa ölümlə xeyli mübarizə aparsa da, həyata qayıda bilmir.
Məşhur reper Hüseyn Dərya da ölümü ilə xeyli müzakirələrə səbəb olan məşhurlardandır. 2014-cü ildə reper sükanı arxasında əyləşdiyi "Opel" markalı minik avtomobilini yük maşınına çırpır. Dərya ağır bədən xəsarətləri alır, elə ona yardımı da ilk olaraq yük maşınının sürücüsü edir. Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən reperin içkili olduğu müəyyən edilir. Edilən bütün müdaxilələrə rəğmən, Dəryanın həyatını xilas etmək mümkün olmur. Məşhur repçi 38 yaşında dünyasını dəyişir.

Məşhur reper Anar Nağılbaz da həmkarı Hüseyn Dərya kimi erkən yaşda vəfat edib. Reper 2018-ci ildə 44 yaşında dünyadan köçüb. Ailə üzvləri bildiriblər ki, Anarın ölümünə səbəb uzun müddət stres yaşaması olub. O, evə gələndə qəfil halı pisləşib, yıxılıb və dili qatlanıb. Xəstəxanaya gedərkən yolda keçinib. Anar ölümündən bir müddət öncə qaraciyərində yaranan problemə görə müalicə alırmış.

Müğənni Xatun Əliyevanın qardaşı stilist Balaş Əliyev də gənc yaşda dünyasını dəyişib. O, 2021-ci ildə 38 yaşında beyin xərçəngindən vəfat edib. Qeyd edək ki, Balaş 2011-ci ildə Gülnar adlı xanımla ailə həyatı qurmuşdu. Bu nikahda onun əkiz qız övladları doğulub. Bu yaxınlarda isə müğənni Xatun mərhum qardaşı Balaş üçün mövlud keçirərək, sənət dostları ilə birgə qardaşının əziz xatirəsini yad etmişdi.
Tanınmış meyxana ustası Vüqar Biləcəri daha çox dini qəzəlləri, əruz vəznini gözəl bilməsi ilə seçilirdi. Fəlsəfə, məhəbbət, din və digər aktual mövzular yaradıcılığının ayrılmaz hissəsi idi. Vüqar Biləcəri uzun sürən xəstəlikdən sonra 29 avqust 2020-ci il tarixində 32 yaşında dünyasını dəyişib.

Müğənni və aktyor Rüfət Mehdiyev də 2011-ci ildə vaxtsız ölümü ilə sevənlərinin qəlbində dərin iz qoyub. Günlərin birində Rüfət Mehdiyev qızlarına deyir ki, hazırlaşsınlar, ertəsi gün onları şəhərə gəzməyə çıxaracaq. Lakin bu sözləri dedikdən bir neçə saat sonra Rüfət Mühdiyev qəfil insult keçirir və 41 yaşında dünyasını dəyişir. Müğənninin həyat yoldaşı Fərqanə xanımın sözlərinə görə, o, ölümündən bir həftə əvvəl gecə yuxudan oyanıb, mətbəxə keçib, bir şeir yazıb və bu şeirə musiqi bəstələyib. Lakin həmin bəstəni lentə almayıb. Ölümündən sonra ailəsi həmin şeiri tapsa da, Rüfət musiqini əbədi olaraq özü ilə aparmışdı.

Uzun müddət xəstəlikdən əziyyət çəkən Əməkdar artist Xanım Qafarova sağalacağına ümid edilən bir vaxtda ölümü ilə ailəsini və sevənlərini yasa boğmuşdu. Süd vəzisi xərçəngindən əziyyət çəkən aktrisa 2014-cü ildə 47 yaşında həyatla vidalaşıb.

Ölümündən bir həftə öncə anasını itirən müğənni Aslan Hüseynov 2021-ci ildə 55 yaşında yol qəzasında dünyasını dəyişib. Müğənninin idarə etdiyi BMW markalı avtomobil hərəkət zamanı "KamAZ"a çırpılıb.
Məzarı uzun illər işğal altında qalan xanəndə Səxavət Məmmədov... 1991-ci ildə 37 yaşlı xanəndə Şirvan rayonundan qayıdarkən avtomobil qəzasına düşür və dünyasını dəyişir. Onu doğulduğu Abdal Gülablı kəndində dəfn edirlər. Həmin ərəfədə Qarabağda vəziyyət artıq gərginləşmişdi. Dəfn olunduğu kənddə isə güclü atışma gedirdi. Xanəndənin Bakıdan sifariş edilən başdaşı isə Ağdamda döyüşlər getdiyi üçün Abdal Gülablıya çatdırıla bilmir. Həmin başdaşı xanəndənin Bakıdakı evinin həyətində qalır.


Sonxeber.az
Telegramda izləyin
Mədəniyyət   Baxılıb: 3893   Tarix: 12 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Şair Çingiz Əlioğlu dəfn olunub

Əməkdar İncəsənət xadimi, şair Çingiz Əlioğlu ilə vida mərasimi Təzə Pir məscidində keçirilib. xəbər verir ki, şairin nəşi dəfn olunması üçün "Qurd Qapısı" qəbiristanlığına gətirilib və torpağa tapşırılıb. Dəfn mərasimində şairin yaxınları, dostları, sənət yoldaşları iştirak ediblər

10 avqust
.

Xalq artisti Alim Qasımovun 69 yaşı tamam olur

Bu gün Azərbaycanın Xalq artisti Alim Qasımovun doğum günüdür. Onun 69 yaşı tamam olur. xəbər verir ki, Alim Həmzə oğlu Qasımov 1957-ci il avqustun 14-də Şamaxıda doğulub. Xanəndə Bakıda muğam məktəbinin ən tanınan və istedadlı müəllimlərindən dərs alıb. 25 yaşında birinci muğam müsabiqəsində müvəffəqiyyə

14 avqust
.

1700 illik nadir "Odisseya" parçası tapıldı

Niderlandda qədim əlyazmaları araşdıran tədqiqatçı kitabxana kolleksiyasındakı kitabların birinin arasında Homerin "Odisseya" əsərindən təxminən 1700 il əvvələ aid nadir fraqment aşkar edib. "Qafqazinfo" xəbər verir ki, Radboud Universitetindən yunan dili üzrə mütəxəssis doktor Mar

18 sentyabr
.

Səhnəmizin Florasının 85-ci baharından - Görüntülər

Ötən gün 85 yaşı tamam olan Xalq artisti Flora Kərimovanın yubiley gecəsi keçirilib. "Qafqazinfo" xəbər verir ki, gecədə dostları, yaxınları və ailə üzvləri sənətkarı tək qoymayıblar. Şəhər restoranlarından birində təşkil olunan doğum günü mərasimindən görüntüləri təqdim edirik:

24 iyul
.

15 il sonra "Harri Potter"dəki roluna qayıdır

Britaniyalı aktyor Rupert Qrint 15 ildən sonra "Harry Potter"də canlandırdığı məşhur "Ron Uizli" obrazına qayıdacaq. Axşam.az xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb. Aktyor "Harry Potter and the Cursed Child" tamaşasının Brodvey heyətinə qoşulub

28 avqust
.

Fəxrəddin Manafov və Nailə İslamzadə bir arada - Foto

Xalq artisti Fəxrəddin Manafov və Əməkdar artist Nailə İslamzadə bir araya gəlib. Axşam.az xəbər verir ki, aktyor və teleaparıcı birlikdə foto çəkdiriblər. Şəkli N. İslamzadə sosial şəbəkə hesabında paylaşıb

17 avqust
.

Polad Bülbüloğlunun xanımı Əməkdar artist imiş - Fotolar

Xəbər verdiyimiz kimi, Xalq artisti, tanınmış bəstəkar, müğənni və ictimai-siyasi xadim Polad Bülbüloğlu yenidən ailə həyatı qurub. "Qafqazinfo"nun "Publika"ya istinadən məlumatına görə, P.Bülbüloğlunun həyat yoldaşı Azərbaycanın Əməkdar artisti, tanınmış rəqqasə və pedaqoq Eter

26 avqust
.

İlham Mirzəyevin vəziyyəti ağırdır

Teleaparıcı İlham Mirzəyevin vəziyyəti açıqlanıb. Mərkəzi Klinikadan "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, hazirda xəstənin vəziyyəti ağırdır. "Xəstə sol mədəciyin ön divarının miokard infarktı, kardiogen şok vəziyyətində qəbul olunub. Angioplastika icra olunub və sten

7 sentyabr
.

Nazir müavini: Nəriman Həsənzadə Azərbaycan ədəbiyyatının parlaq simalarından biri olub

Xalq şairi Nəriman Həsənzadə Azərbaycan ədəbiyyatının parlaq simalarından biri olub. "Report" xəbər verir ki, bunu mədəniyyət nazirinin müavini Səadət Yusifova Xalq şairi Nəriman Həsənzadə ilə vida mərasimində çıxışı zamanı deyib. O bildirib ki, N. Həsənzadə böyük söz ustası kimi bütün yaradıcılığ

2 avqust