Məhəmməd Peyğəmbəri təhqir Hindistana baha başa gələcək

Məhəmməd Peyğəmbəri təhqir Hindistana baha başa gələcəkKüveyt hind istehsalı olan məhsulları piştaxtalardan yığışdırır; "Əl-Qaidə" Hindistanı hədələdi

İyunun 9-da Hindistanın ölkəmizdəki səfiri Bavitlung Vanlalvavna Xarici İşlər Nazirliyinə çağırılıb. Görüşdə Hindistanın hakim partiyasının rəsmiləri tərəfindən İslam dininə qarşı və Məhəmməd peyğəmbər ilə bağlı təhqiramiz ifadələr işlədilməsinin qəbuledilməz olduğu bildirilib.

Hindistan rəsmilərinin sərgilədiyi islamofob mövqeyin bütün dünya müsəlmanlarının hissiyyatına toxunduğu qeyd edilib və Azərbaycanın bu davranışı qınadığı Hindistan səfirinin diqqətinə çatdırılıb.

Bu kimi halların, müxtəlif dinlərdən olan insanların sülh şəraitində birgə yaşayışına xələl gətirdiyi qeyd olunub. Sözügedən rəsmilərə qarşı Hindistan hökuməti tərəfindən sərt tədbirlərin görülməsinin gözlənildiyi ifadə edilib.

Qeyd edək ki, mayın sonunda Hindistanın hakim Bharatiya Janata Partiyasının (BJP) sözçüsü Nupur Şarma televiziyada debatda çıxış edərək Məhəmməd Peyğəmbər haqda təhqiramiz ifadələr işlədib. Partiyanın digər üzvü Kumar Cindal da "Twitter" səhifəsində peyğəmbər haqqında bəzi aşağılayıcı ifadələr söyləyib.

Partiya rəsmilərinin təhqirləri Hindistanda İslam dininə bağlı olan təqribən 200 milyon əhalinin etirazına səbəb olub. Xüsusilə Uttar Pradeş ştatında minlərlə insan küçələrə axışıb və BJP üzvlərinin cəzalandırılmasını tələb ediblər. Polis etirazları vəhşicəsinə yatırıb və 50-dən çox fəal nümayişçini həbs edib.

Hindistan rəsmilərinin müsəlmanları təhqir etməsi tezliklə ölkə hüdudlarından kənara da yayılıb. Qətər, İran və Küveyt dərhal Hindistan hökumətinə rəsmi etirazlarını bildiriblər. Ümumilikdə bugünədək Azərbaycan da daxil 15 müsəlman ölkəsi Hindistana etirazlarını bildiriblər. 57 üzv dövləti birləşdirən İslam Əməkdaşlıq Təşkilatı və Körfəz Əməkdaşlıq Şurası da Hindistana etiraz bəyanatı veriblər. Omanın baş müftisi Şeyx Əhməd Əl-Xəlili isə baş verənləri "bütün müsəlmanlara qarşı müharibə" adlandırıb.

Etirazlar dalğası Hindistan hakimiyyətini təcili qərarlar verməyə məcbur etdi. Həm Nipur Şarma , həm də Kumar Cindal vəzifəsindən uzaqlaşdırıldı. Lakin partiya məmurlarının cəzalandırılması Hindistanı etirazlardan sığortalamayıb. Həftənin ortasında "Əl-Qaidə" terror təşkilatı İslam Peygəmbərini təhqir edildiyi üçün Hindistanda terror aktları törətməklə hədələyib. İyunun 9-da Pakistanda keçirilən etiraz aksiyasında isə bütün müsəlman ölkələrini Hindistanla diplomatik münasibətləri kəsməyə çağırılıb.

Üstəlik, bir sıra ərəb dövlətlərində sosial şəbəkələrdə hind mallarının boykot edilməsi çağırışları səslənməyə başlayıb və Küveytin bəzi mağazalarında Hindistan istehsalı olan məhsullar artıq piştaxtalardan yığışdırılıb. Bu Dehli üçün xoşagələn xəbər deyil, çünki bütün Yaxın Şərq Hindistanın xarici ticarətinin 10%-dən çoxunu təşkil edir. Bundan əlavə, Fars körfəzi ölkələrində təxminən 6,5 milyon hindistanlı işləyir, onların bir çoxu həyatları üçün qorxmağa başlayıblar.

Maraqlıdır ki, Hindistan daxilində bəzi qüvvələr xarici təzyiqlərə tab gətirməyərək hakim partiya üzvlərinin cəzalandırmasından narazı qalıblar. Belə ki, son bir neçə gündə Twitter-də cəzalandırılan məmura dəstək və həmrəylik ifadə edirlər. Bəziləri hətta baş nazir Narendra Modini qorxaqlığına görə qınayarlar./Musavat


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 2931   Tarix: 12 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

ABŞ və İsrail İrana yeni zərbələr endirməyə hazırlaşır? - Gecə baş verən insidentlər və Qərb mediasının son məlumatları

ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları yenidən başlatmaq üçün planlar hazırladığı bildirilir. "The New York Times" qəzetinin məlumatına görə, mümkün hücumların noyabrın 3-də ABŞ-da keçiriləcək aralıq seçkilərindən sonra həyata keçirilməsi nəzərdən keçirilir. Bununla yanaşı, Hörmü

22 oktyabr
.

Robert Köçəryanın oğlunun həbs müddəti uzadılıb

Ermənistan məhkəməsi sabiq prezident Robert Köçəryanın böyük oğlu - Sedrakın həbs müddətini daha iki ay uzadıb. xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Sedrak Köçəryan atası ilə birlikdə vəzifə səlahiyyətlərindən sui-istifadə, xüsusilə külli miqdarda çirkli pulların yuyulması və rüşvət almad

23 oktyabr
.

ABŞ Ermənistanın Sərhəd Qoşunlarına 1,4 milyon dollarlıq texnika verib

ABŞ Ermənistanın Sərhəd Qoşunlarına 1,4 milyon ABŞ dolları dəyərində nəqliyyat və xüsusi avadanlıq təhvil verib. xəbər verir ki, bu barədə Ermənistan mediası ABŞ-nin Ermənistandakı səfirliyinə istinadən məlumat yayıb. Təhvil-təslim ABŞ Dövlət Departamentinin ixrac nəzarəti və sərhəd təhlükəsizliyi (EXBS

23 oktyabr
.

ABŞ-da Trampı sosial mediada təhdid edən qadın həbs edilib

ABŞ Ədliyyə Nazirliyi bildirib ki, 36 yaşlı qadın ABŞ prezidenti Donald Trampa qarşı sosial mediada təhdidlər paylaşmaq ittihamı ilə Alabama ştatında həbs olunub. xəbər verir ki, ABŞ Ədliyyə Nazirliyinin veb saytında deyilir ki, "ABŞ Rayon Məhkəməsində iki maddədən ibarət ittiham aktı ilə Alabam

23 oktyabr
.

Hindistanın ən böyük bankında 3 897 müştərinin məlumatları oğurlanıb

Hindistan Dövlət Bankı (SBI) kiberhücum nəticəsində 3 897 müştəriyə aid fərdi məlumatların qaranlıq internetdə (darknet) yayıldığını açıqlayıb. xəbər verir ki, "Reuters" agentliyinin oktyabrın 21-də yaydığı məlumata görə, ilkin araşdırma zamanı müştərilərin adlarının, mobil telefon nömrələrinin

21 oktyabr
.

Qadınların ən uzun yaşadığı ölkələr açıqlandı (SİYAHI)

Dünyada qadınların ən yüksək ömür uzunluğuna malik olduğu ölkələr açıqlanıb. Siyahının zirvəsindəki ölkə isə çoxlarının ilk ağlına gələn yerlərdən biri olmaya bilər. Qaynarinfo xəbər verir ki, Avropanın kiçik ölkələrindən Asiyanın inkişaf etmiş iqtisadiyyatlarına qədər uzanan bu sıralama qadınların ort

21 oktyabr
.

Monteneqro noyabrdan Rusiya vətəndaşları üçün viza rejimi tətbiq edir

Monteneqro noyabrın 1-dən Rusiya vətəndaşları üçün viza rejimi tətbiq edir. xəbər verir ki, bu barədə Rusiyanın Monteneqrodakı səfiri Aleksandr Lukaşik TASS-a müsahibəsində bildirib. "Monteneqro tərəfi noyabrın 1-dən Rusiya Federasiyası ilə Monteneqro hökuməti arasında ölkə vətəndaşlarının qarşılıql

21 oktyabr
.

Tramp İrana qarşı yeni zərbələr anons etdi: Tehran ABŞ bazalarını vurmaqla hədələyir

ABŞ Prezidenti Donald Tramp İrana qarşı əlavə hərbi əməliyyatların yaxın zamanda həyata keçirilə biləcəyini bildirib. İranın İnqilab Keşikçiləri Korpusu isə ABŞ-ın regiondakı hərbi bazalarına zərbələr endirməklə hədələyib. Bu barədə Gulf News nəşri məlumat yayıb. Tramp Ağ Evdə jurnalistlərə açıqlamasınd

23 oktyabr
.

İtaliyada güclü zəlzələ baş verdi

İtaliyanın şərqində, Siciliya sahillərində 5,6 bal gücündə zəlzələ baş verib. xəbər verir ki, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Bildirilib ki, zəlzələ yerin 10 km dərinliyində baş verib

23 oktyabr