Vəzifədə olan məşhur idmançılar... - SİYAHI

Vəzifədə olan məşhur idmançılar... - SİYAHIAzərbaycan dövləti beyxənxalq yarışlarda üçrəngli bayrağımızı qaldıran idmançılara hər zaman yüksək dəyər verib və onlar mükafatlandırılmaqla yanaşı, müəyyən strukturlarda vəzifəyə təyinat alıblar.

Bu gün vəzifə tutan məmurlar arasında vaxtilə idmanla məşğul olmuş, yüksək nəticələr əldə etmiş şəxslər az deyil. Onlar kimlərdir, hansı vəzifələrdə çalışırlar?

BAKU.WS xəbər verir ki, Modern.az bu suallara cavaq tapmaq üçün kiçik bir araşdırma aparıb.

Zemfira Meftahəddinova
Vəzifədə olan məşhur idmançılar... - SİYAHI2000-ci il Sidney Yay Olimpiya Oyunlarının qızıl, 2004-cü il Afina Olimpiadasının bürünc mükafatçısı olan Zemfira Meftahəddinova Azərbaycanın atıcılıq üzrə ən mahir idmançılarından olub. Stend atıcılığı ilə məşğul olan Zemfira xanım həm də 1994-cü ildən polis orqanlarında işləyir, polis polkovnik-leytenantıdır.

Zemfira Meftahəddinova hazırda Milli Olimpiya Federasiyasının vitse-prezidenti postunu da tutur.

Aynur Sofiyeva
Vəzifədə olan məşhur idmançılar... - SİYAHIAynur Sofiyeva vaxtilə keçmiş SSRİ-nin ən güclü gənc qadın şahmatçılarından sayılırdı. Jurnalistika və hüquq təhsili alan A.Sofiyeva 16 yaşında qızlar arasında SSRİ çempionu adını qazanıb. 20 yaşında tələbələr arasında dünya çempionu, həmin ildə 20 yaşadək qızlar arasında Dünya Çempionatının gümüş medalçısı olub, 1993-cü ildə Azərbaycan komandasının tərkibində 26 yaşadək gənclər arasında Dünya Çempionatında gümüş medal qazanıb. 1990-cı ildə Azərbaycanın ilk beynəlxalq qrossmeysteri, İslam dünyasında isə qadınlar arasında ilk beynəlxalq qrossmeyster adını qazanıb. 2002-2007-ci illərdə Azərbaycan Şahmat Federasiyasının prezidenti olub.

Hazırda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavinidir.

Ülvi Quliyev
Vəzifədə olan məşhur idmançılar... - SİYAHIÜlvi Quliyev idmanın karate növü üzrə dünya və qitə çempionu olub. Hazırda Azərbaycan Karate do Federasiyaları Assosiasiyasının prezidentidir. Əvvəllər Dövlət Gömrük Komitəsində şöbə rəisi vəzifəsində çalışıb. Əczaçılıq və hüquqşünaslıq ixtisasları üzrə təhsil alıb.

Ülvi Quliyev hazırda Milli Məclisin deputatıdır.

Adil Əliyev
Vəzifədə olan məşhur idmançılar... - SİYAHIAdil Əliyev kikboksinq növü üzrə idman ustasıdır. Hərbi Dəniz Qüvvələrində zabit, polis orqanlarında isə bir sıra məsul vəzifələrdə çalışıb. 2003-cü ildən polis polkovnik-leytenantıdır. Kikboksinq Federasiyasının prezidenti olan Adil Əliyev həm də bir neçə il bundan əvvəl veteranlar arasında keçirilən kikboksinq yarışının qalibi olub.

Hazırda Milli Məclisin sədr müavinidir.

Xəzər İsayev
Vəzifədə olan məşhur idmançılar... - SİYAHIMilli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti və gömrük xidməti polkovniki olan Xəzər İsayevi hamı bir zamanların əfsanəvi güləşçisi kimi tanıyırdı. Əməkdar idman ustası həmçinin MOK "Ədalətli Oyunlar" komissiyasının sədridir. Xəzər İsayev hazırda Gömrük Komitəsinin "İdman Sağlamlıq Mərkəzi"nin baş direktorudur.

Zülfiyyə Hüseynova
Vəzifədə olan məşhur idmançılar... - SİYAHICüdo üzrə doqquzqat dünya çempionu olan Zülfiyyə Hüseynova həm Bədən Tərbiyəsi və İdman Akademiyasını, həm də Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. Olimpiya oyunlarında cüdo üzrə Azərbaycan millisini təmsil edib. Hərbçilərin Yay Olimpiadasının qalibi olub.

Hazırda Bakı şəhər Baş Gömrük İdarəsinin qaçalmalçılıqla mübarizə şöbəsində inspektor vəzifəsində çalışır.

Eduard Məmmədov
Vəzifədə olan məşhur idmançılar... - SİYAHI"Ağ canavar" ləqəbli azərbaycanlı peşəkar kikboksçu Eduard Hüseynov 26 qat dünya çempionu, 7 qat Avropa çempionu, 7 qat dünya kubokunun sahibi, 15 qat Azərbaycan çempionudur. O, Asiya və Avrasiya çempionu, peşəkarlar arasında dünya çempionu, peşəkarlar arasında WAKO versiya üzrə interkontinental kəmərin sahibi, peşəkarlar arasında IKBO versiyası üzrə dünya kəmərinin sahibi, əməkdar idman ustası, əməkdar məşqçi, Azərbaycanın Fəxri Bədən Tərbiyəsi və İdman İşçisidir. Məşhur idmançı hazırda Azərbaycan Kikboksinq Federasiyasının İdarə heyətinin sədr müavini, Milli komandanın baş məşqçisinin köməkçisi, Daxili İşlər Nazirliyinin "DİNAMO" İdman Cəmiyyətinin baş inspektoru vəzifəsində çalışır və polis polkovnik-leytenantıdır.

Namiq Abdullayev
Vəzifədə olan məşhur idmançılar... - SİYAHI1996-cı ildə Atlantada keçirilən Yay Olimpiya Oyunları olimpiadasının gümüş, 2000-ci ildə Sidneydə keçirilən Yay Olimpiya Oyunlarının qızıl mükafatçısıdır. Üçqat (1995, 1996 və 2003-cü illərdə) Avropa çempionudur. Dünya birinciliyinin gümüş mükafatçısıdır.

Namiq Abdullayev 1992-ci ildə Azərbaycan Bədən Tərbiyəsi İnstitutunu, ardınca Bakı Dövlət Universitetinin Hüquq fakultəsini bitirib. O, son 20 ildə yetişən güləşçilərimizin ən məşhurlarından hesab olunur. Azərbaycanın idman tarixinə düşən Namiqin xidmətləri yüksək qiymətləndirilib, o, Azərbaycanın "Tərəqqi" medalı və "Şöhrət" ordeni ilə təltif olunub.

Namiq Abdullayev polis polkovnik-leytenantıdır, hazırda daxili işlər orqanlarında çalışır. Belə ki, DİN Daxili Qoşunlar Baş İdarəsində İdman komandasının rəisi vəzifəsini tutur.

Ceyhun Məmmədov
Vəzifədə olan məşhur idmançılar... - SİYAHISambo üzrə 7 dəfə dünya çempionu olan Ceyhun Məmmədov 2003-cü ildən etibarən Azərbaycan Sambo Federsiyasının prezidentidir.

1985-1991-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunda, 1992-1997-ci illərdə isə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb.

İdmandakı nailiyyətlərinə görə 1998-ci ildə "Tərəqqi" medalı ilə təltif olunub. Polis polkovnik-leytenantı rütbəsini daşıyan Ceyhun Məmmədov həm də DİN orqanlarının əməkdaşıdır.

Mövlud Mirəliyev
Vəzifədə olan məşhur idmançılar... - SİYAHICüdo üzrə Pekin Yay Olimpiya Oyunlarının bürünc medalçısıdır.

O, həm də sambo üzrə ikiqat Avropa və dünya Çempionudur. Cüdoda isə dünya 3-cüsü olmuş Mövlud Mirəliyev də polis orqanlarında çalışır. O, polis mayoru rütbəsi daşıyır.

Elnur Məmmədli
Vəzifədə olan məşhur idmançılar... - SİYAHICüdo üzrə Pekin Olimpiadasının qaibi olmuş Elnur Məmmədli zədə üzündən idmanı tərk edib. 2008-ci il Yay Olimpiya Oyunlarından sonra sabiq daxili işlər naziri Ramil Usubov Elnur Məmmədliyə polis baş leytenantı rütbəsi verib.

O, Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Dövlət Yol Polisi İdarəsində hərəkətin təşkili şöbəsinin baş inspektoru vəzifəsini tutub. Polis Akademiyasını bitirən Elnur Məmmədli yol polisi sıralarında işləyərkən rütbəsi polis kapitanı idi.

E.Məmmədli 2016-cı ildə DTX-da şöbə rəisi postuna təyin edilib.

O, 2015-ci ildə Azərbaycan Cüdo Federasiyasının vitse-prezidentidir.

Rafael Ağayev
Vəzifədə olan məşhur idmançılar... - SİYAHIAzərbaycanın tanınmış karateçisi, 5 qat dünya və 11 qat Avropa çempionudur. 2021-ci ildə keçirilmiş Tokio Yay Olimpiya Oyunlarında 75 kq çəki dərəcəsində gümüş medal qazanıb. İdmançımız bu ilin fevral ayında Dövlət Gömrük Komitəsinin Baş Gömrük Mühafizə Xidmətində Döyüş və fiziki hazırlığın təşkili şöbəsinin rəisi təyin edilib.

37 yaşlı karateçiyə mayor rütbəsi də verilib.

Zeynəb Məmmədyarova
Vəzifədə olan məşhur idmançılar... - SİYAHIAzərbaycan şahmatçısı, qadınlar arasında beynəlxalq qrossmeysterdir. Zeynəb Məmmədyarova bu yaxınlarda Sumqayıt Olimpiya İdman Kompleksinin direktoru vəzifəsinə təyinat alıb.

Vüqar İskəndərov
Vəzifədə olan məşhur idmançılar... - SİYAHI1990-cı ildən taekvando şərq döyüş növü ilə, 1992-ci ildən isə karate-do döyüş növü ilə məşğul olub. 1993–1995-ci illərdə karate-do üzrə məşqçi-müəllim kimi çalışan idmançı 1995-ci ildə Azərbaycan karate-do Federasiyasının Assosiasiyasının şimal-qərb regionun sədri vəzifəsinə təyin edilib. 2001-ci ildə isə Azərbaycan Taekvando Federasiyasının şimal-qərb regionunun sədri vəzifəsinə təyin olunub.

Vüqar İsgəndərov hazırda Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasınına Təftiş Komissiyasının üzvüdür.


Sonxeber.az
Telegramda izləyin
İdman   Baxılıb: 2867   Tarix: 13 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Belçika çempionu 19 yaşında ÖLDÜ

Belçikalı qadın velosipedçi Yilke Mixilsen onkoloji xəstəliklə (xərçənglə) uzun müddət mübarizədən sonra 19 yaşında vəfat edib. -ın xəbərinə görə, bu barədə son aylarda idmançının sağlamlıq vəziyyəti ilə bağlı yeniliklərin paylaşıldığı özünün sosial şəbəkə hesabında məlumat verilib. Üç il əvvəl Yilk

16 may
.

"Qarabağ" onun gəlişini maraqlı kadrlarla açıqladı - Video

"Qarabağ" növbəti transferini gerçəkləşdirib. "Qafqazinfo" kluba istinadən xəbər verir ki, fransalı vinger Jali Muaddiblə 3 illik müqavilə imzalanıb. 25 yaşlı futbolçu 2029-cu ilin yayına qədər "Qarabağ"da çıxış edəcək. O, klubda 7 nömrəli formanı geyinəcək. Jalinin so

18 may
.

Levandovski "Barselona"nın tarixində ən yaxşı 10 bombardir sırasına daxil olub

"Barselona"nın (İspaniya) hücumçusu Robert Levandovski klub tarixinin 10 ən yaxşı bombardiri sırasına daxil olub. "Report" xarici mediaya istinadən xəbər verir ki, 37 yaşlı futbolçu bunu La Liqanın son turunda "Valensiya" (1:3) ilə görüşdə reallaşdırıb. Levandovski qarşılaşmanı

24 may
.

"Sabah" 10 oyundur "Neftçi"yə uduzmur

Misli Premyer Liqasında çempionluğu rəsmiləşdirən "Sabah" 32-ci turda avrokuboklara vəsiqə uğrunda mübarizə aparan "Neftçi"ni qəbul edəcək. "Qafqazinfo" xəbər verir ki, mayın 17-də bu komandaların ifasında yubiley paytaxt derbisi reallaşacaq. Çünki "Sabah"la "Neftçi"

15 may
.

DÇ-2026: Ançelotti Neymarı kapitanlıqdan məhrum etdi

Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti bildirib ki, hücumçu Neymar qarşıdan gələn dünya çempionatında komandanın kapitanı olmayacaq. Qaynarinfo xəbər verir ki, bu barədə "Globo" nəşri yazıb. Mənbənin məlumatına görə, italiyalı mütəxəssis Neymara həmçinin turnir üçün artıq əsas heyətl

20 may
.

"Arsenal"ın ulduz futbolçusu bahalı hədiyyəni qəbul etmədi

İngiltərənin "Arsenal" klubunun futbolçusu Gabriel Maqalyaes azarkeşindən gələn bahalı hədiyyəni qəbul etməyib. türk mediasına istinadən xəbər verir ki, hadisə komandanın azarkeşləri ilə görüşü zamanı baş verib. "Arsenal" tərəfdarlarından biri braziliyalı müdafiəçiyə təxminən 20 mi

20 may
.

"Çelsi"dən Xabi Alonso ilə bağlı qərar

"Çelsi" klubu rəsmi saytı vasitəsilə Xabi Alonsonun komandanın yeni baş məşqçisi vəzifəsinə təyin olunduğunu elan edib. xəbər verir ki, ispaniyalı mütəxəssis iyulun 1-dən etibarən vəzifəsinin icrasına başlayacaq. Alonso ilə imzalanmış müqavilənin müddəti dörd il təşkil edir. "Onun bu təyinat

17 may
.

Fuad Zeynalov ikiqat Dünya Kubokunun sahibi oldu

Dövlət Sərhəd Xidmətinin əməkdaşı , Dünya və Avropa çempionu Fuad Zeynalov Türkiyənin Antalya şəhərində keçirilən kikboksinqin WAKO versiyası üzrə Dünya Kubokunda uğurla çıxış etmişdir. İdmançımız masterlər arasında həm light contact, həm də kick light versiyalarında yarışaraq yüksək peşəkarlıq nümayi

14 may
.

Rafael Ağayev 13-cü dəfə əməliyyat olundu - Foto

Tanınmış karateçi, 5 qat dünya və 11 qat Avropa çempionu Rafael Ağayev 13-cü dəfə əməliyyat olunub. "Qafqazinfo" xəbər verir ki, bu barədə idmançı özü instaqram hesabında paylaşım edib. R.Ağayev bildirib ki, 5-ci dəfə dizindən əməliyyat edilib

21 may