"Paşinyanın Zəngəzur dəhlizinin açılmayacağını deməsi daxili qüvvələri sakitləşdirmək üçündür"

"Paşinyanın Zəngəzur dəhlizinin açılmayacağını deməsi daxili qüvvələri sakitləşdirmək üçündür"Ermənistanın baş naziri Nikol Paşinyan "Əlcəzirə"ə müsahibəsində bildirib ki, üçtərəfli bəyanatda yalnız Laçın dəhlizindən danışılır, Ermənistan üçün Zəngəzur dəhlizi qəbuledilməzdir.

Bununla bağlı Sonxeber.az-a açıqlama verən deputat Elman Nəsirov bildirib ki, Zəngəzur dəhlizi açılmadan, kommunikasiyalar bərqərar olmadan, Ermənistan-Azərbaycan sərhədləri müəyyən edilmədən və nəhayət sülh müqaviləsi imzalanmadan Ermənistanın bataqlıqda çabalayacağını Paşinyan hamıdan yaxşı bilir:

"Nikol Paşinyanın bir gündə dəfələrlə bir-birini təkzib edən informasiyalar yayması, müsahibə verərək özünü inkar etməsi artıq adi hala çevrilib. Paşinyan bir yandan Azərbaycanın mart ayında irəli sürdüyü beş baza prinsipini qəbul edir, sərhədlərin delimitasiyasına hazır olduğunu, müəyyən kommunikasiyaların bərpasına, bu konteksdə Zəngəzur dəhlizinin açılmasına dolayısıyla razı olduğunu ifadə edir, bir yandan da "Əlcəzirə"ə müsahibəsində Zəngəzur dəhlizinin açılmayacağından danışır. Hesab edirəm ki, Paşinyanın bu mövqeyini ciddi qəbul etmək lazım deyil. Ermənistanda Paşinyan hamıdan yaxşı bilir ki, Zəngəzur dəhlizi açılmadan, kommunikasiyalar bərqərar olmadan, Ermənistan-Azərbaycan sərhədləri müəyyən edilmədən və nəhayət sülh müqaviləsi imzalanmadan Ermənistan bataqlıqda çabalayacaq, blokada vəziyyətində qalacaq. Qarşıdan yay mövsümünün ardınca qış fəsli gəlir. Ermənistan üçün hansı iqtisadi fəsadlar və fəlakətlər törədəcəyini proqnozlaşdırmaq mümkündür.

Paşinyan daxili auditoriyaya ünvanlayaraq deyir ki, Zəngəzur dəhlizi açılmayacaq. Mənim fikrimcə, bunu müəyyən zaman üçün ona qarşı dayanan siyasi qüvvələrlə hesablaşmaq və onları sakitləşdirmək üçün deyir. Ürəyinin dərinliyində isə bilir ki, Zəngəzur dəhlizi açılacaq. Çünki dəhlizin açılmasına mane olsalar, belə artıq Azərbaycan İran ərazisindən keçməklə Naxçıvana quru yolla nəqliyyat xəttini həyata keçirəcək. Bu haqda razılaşma da var. Zəngəzur dəhlizi bərpa edilməsə, Ermənistandan İrana və Rusiyaya necə dəmiryol xətti, avtomobil yolu çəkiləcək? İndiki blokada vəziyyətindən necə çıxacaq? Paşinyan bunların hamısını dərk edir. O, dilində Zəngəzur dəhlizinə "yox" deyir, ürəyində isə "hə" deyir. Əks halda Ermənistanın inkişafı üçün "qırmızı işığın yandırılması" deməkdir. Ona görə mənə elə gəlir ki, Paşinyanın bu davranışı indiki ağır mürəkkəb situasiya diktəsi altında bir manevrdir. O, siyasi manipulyasiya ilə məşğuldur, amma çox gözəl bilir ki, Zəngəzur dəhlizi açılmalıdır. Sadəcə indi açıq şəkildə dilinə gətirə bilmir.

Paşinyan bugünkü reallıqlarda Zəngəzur dəhlizinin açılmasının mümkünsüzlüyündən danışıb, amma 2 gün sonra deyə bilər ki, "vəziyyət dəyişdi, artıq fərqli reallıq var və Zəngəzur dəhlizi açılacaq". Paşinyana təzyiq edib desələr ki, "sən bizi aldatdın, "Əlcəzirə"ə müsahibəndə demişdin ki, Zəngəzur dəhlizi açılmayacaq". O cavab verəcək ki, "o zaman reallıq başqa idi , "Əlcəzirə"yə müsahibə verərkən mövcud olmuş reallığı geri qaytarın. Artıq reallıq dəyişib, ona görə Zəngəzur dəhizini açmağa məcburam. Bu mənim gəldiyim qənaət və proqnozdur"".
Şəbnəm Lətifi


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 3801   Tarix: 15 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Azərbaycan Prezidenti: "BMT sistemi normal fəaliyyət göstərsəydi, ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq"

Prezident İlham Əliyev sentyabrın 17-də TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən beynəlxalq hüququn pozulması hallarından danışıb. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı deyib: "Azərbaycan 30 il ərzində bununla üzləşib. Biz öz hüquqlarımız

17 sentyabr
.

Prezident İlham Əliyev Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olublar. AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və birinci xanım

17 sentyabr
.

Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr
.

Şamaxıda "Pirqulu Park" hotelinin açılışı olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Pirqulu Park" hotelinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, "Moderngroup" MMC-nin təmsilçisi Fariz Abbaszadə dövlətimizin başçısına və birinc

17 sentyabr
.

Türk dünyasının yeni strateji erası

Son illər beynəlxalq münasibətlər sistemində sürətlə cərəyan edən geosiyasi dəyişikliklər, qlobal münaqişələrin coğrafiyasının genişlənməsi və beynəlxalq hüquq mexanizmlərinin təsirsizliyi fonunda region dövlətlərinin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi prioritet məsələyə çevrilmişdir. Bel

18 sentyabr
.

Azərbaycan Prezidenti: "TDT-yə üzv ölkələrin potensialı kifayət qədər böyükdür"

"Təşkilata üzv ölkələrin rəhbərlərinin ümumi mövqeyi məhz ondan ibarətdir ki, beynəlxalq arenada TDT-nin rolunu və yerini gücləndirək. Bunun üçün bütün imkanlar var". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərin

17 sentyabr
.

Tariximizə qızıl hərflərlə yazılan gün - 20 sentyabr

Vətən müharibəsində misilsiz şücaət göstərən Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2023-cü il sentyabr ayının 19-20-də lokal xarakterli antiterror tədbirləri keçirməklə düşmənə növbəti dəfə hünərini göstərdi. Birgünlük hərbi əməliyyatlar nəticəsində Qarabağdakı qanunsuz hərb

17 sentyabr
.

Prezident İlham Əliyev: "Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır"

"Ətrafımızda müharibələr gedir və bu müharibələrin nə sonu, nə də qurtaracağı görünür. Müharibələrin coğrafiyası genişlənir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən səsləndirib. "Döyüşə

17 sentyabr
.

Prezident Ramil Usubovu və həmkarlarını qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubovu, Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi, Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi, Özbəkistan Respublikasının Prezident

17 sentyabr