İlham Əliyev Zəngəzur dəhlizi və Laçın yolundan DANIŞDI
"Biz gözləyirik ki, Ermənistan 2020-ci il 10 noyabr üçtərəfli bəyanatının müddəalarına riayət etsin".
Sonxeber.az-ın məlumatına əsasən, bunu Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə "Qlobal dünya nizamına təhdidlər" mövzusunda keçirilən Qlobal Bakı Forumunun açılış mərasimində deyib.
İlham Əliyev qeyd edib ki, Ermənistan Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə kommunikasiyanın açılması məsələsinə hörmətlə yanaşmalıdır.
"10 noyabr bəyanatının – Ermənistanın kapitulyasiya aktını imzalamasından il yarım vaxt keçsə də, bu keçid hələ də yoxdur. Bu, qəbuledilməzdir. Bu, Ermənistan tərəfindən 10 noyabr bəyanatının pozulmasıdır", - deyə İlham Əliyev bildirib.
İlham Əliyev deyib ki, Azərbaycan 10 noyabr bəyanatı ilə üzərinə götürdüyü öhdəlikləri icra edir.
"Ermənistan bir il yarımdır ki, Laçın yolundan istifadə edir. Bununla da Azərbaycanın Qarabağ regionunda yaşayan erməni əhali ilə əlaqə təmin edilir. Ancaq Ermənistan ərazisi vasitəsilə - Zəngəzur dəhlizi ilə Naxçıvanla əlaqə yaradılmayıb. Bu, ədalətli deyil və bununla razılaşmırıq",-deyə İlham Əliyev əlavə edib.
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 1201 Tarix: 16 iyun 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşŞamaxıda "Pirqulu Park" hotelinin açılışı olub - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Pirqulu Park" hotelinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, "Moderngroup" MMC-nin təmsilçisi Fariz Abbaszadə dövlətimizin başçısına və birinc
17 sentyabrTürk dünyasının yeni strateji erası
Son illər beynəlxalq münasibətlər sistemində sürətlə cərəyan edən geosiyasi dəyişikliklər, qlobal münaqişələrin coğrafiyasının genişlənməsi və beynəlxalq hüquq mexanizmlərinin təsirsizliyi fonunda region dövlətlərinin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi prioritet məsələyə çevrilmişdir. Bel
18 sentyabrTariximizə qızıl hərflərlə yazılan gün - 20 sentyabr
Vətən müharibəsində misilsiz şücaət göstərən Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2023-cü il sentyabr ayının 19-20-də lokal xarakterli antiterror tədbirləri keçirməklə düşmənə növbəti dəfə hünərini göstərdi. Birgünlük hərbi əməliyyatlar nəticəsində Qarabağdakı qanunsuz hərb
17 sentyabrPrezident Ramil Usubovu və həmkarlarını qəbul edib - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubovu, Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi, Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi, Özbəkistan Respublikasının Prezident
17 sentyabr