"Ermənilər başa düşməlidirlər ki, onların nicatı Azərbaycandadır" - DEPUTAT

"Ermənilər başa düşməlidirlər ki, onların nicatı Azərbaycandadır" - DEPUTATAzərbaycan Prezidenti İlham Əliyev IX Qlobal Bakı Forumunun açılış mərasimində bildirib ki, Azərbaycan çoxmillətli ölkədir. Konstitusiyamız ölkədə yaşayan bütün etnoslar, o cümlədən ermənilər üçün bərabər hüquqlar yaradır.

Bəs ermənilər Azərbaycan cəmiyyətinə necə inteqrasiya ola bilərlər?

Mövzuyla bağlı Sonxeber.az-a açıqlama verən deputat Bəhruz Məhərrəmov bildirib ki, bu günə qədər erməni olduğuna görə heç bir vətəndaşa hər hansı formada ayrı-seçkilik qoyulmayıb:

"Rəsmi statistikaya əsasən, Qarabağ və Şərqi Zəngəzur istisna olmaqla Azərbaycanın digər ərazilərində 30 mindən artıq erməni yaşayır. Hətta anası milliyyətcə erməni olan Qarabağ şəhidimiz var. Eyni zamanda Azərbaycana qarşı qatı düşmənçilik mövqeyi ilə seçilən və yüzlərlə cinayətə görə şəxsən məsuliyyət daşıyan Ermənistanın keçmiş müdafiə naziri Mikail Arutunyanın bacısı bu gün də Azərbaycan rayonlarının birində aşkar formada yaşayır və özünün də dəfələrlə qeyd etdiyi kimi heç bir narazılığı yoxdur. Yəni, Azərbaycanda ermənilərin inteqrasiyası üçün heç bir süni əngəl və maneə yoxdur. Kim ki bu bölgədə Sovet dövründən etibarən yaşayıb və indi də Azərbaycan vətəndaşlığını qəbul edərək bayrağımız altından keçəcəksə, vətəndaşımız kimi bütün hüquqlardan faydalanacaq. Açıq demək lazımdır ki, bu gün ermənilərin bir düşməni var, o da elə ermənilərin özləridir. Xankəndində yaşayan ermənilər üçün yeganə təhdid Ermənistandır. Ermənistandakı revanşist qüvvələr eyni zamanda erməni diasporasının kənardan zəhərli ideologiya ilə yol açdığı fəlakətləri Azərbaycanda yaşayan ermənilər yaxşı dərk etməlidirlər. Baxsınlar, Vətən müharibəsi zamanı Ermənistana gedən ermənilər hansı münasibətlə üz-üzə qaldılar. Sosial şəbəkələrə baxın, görün Ermənistan erməniləri Qarabağ ərazisində yaşayan həmvətənlərini hansı təhqiramiz adlarla çağırırlar. Yəni, bu gün əgər inteqrasiyadan danışırıqsa, biz əsas problem kimi yalnız Ermənistanı və erməni diasporasını göstərə bilərik. Rusiya sülhməramlılarının müvəqqəti nəzarət bölgəsində yaşayan ermənilər başa düşməlidirlər ki, onların nicatı Azərbaycandadır. Ermənistan özü dalana dirənmiş bir dövlətdir və onlara vəddən başqa verəcək bir şeyi yoxdur.

Azərbaycana qaldıqda bir daha deyirəm, istər de-yure, istərsə də de-fakto Azərbaycanda heç vaxt kimsə erməni olduğuna görə təzyiqə məruz qalmayıb. Əksinə, daha çox zaman-zaman ermənilər özləri başqa qüvvələrin maşasına çevrilib və bizə xəyanət ediblər. Təbii ki, cənab Prezidentin dediyi kimi, biz tarixi unutmayacağıq, Xocalıda, Qaradağlıda, Ballıqayada, Qarakənddə baş verənləri unutmaq olmaz. Bunları qan yaddaşımız hesab edərək gələcək addımlarımızda bu faktlara istinad edəcəyik. Lakin hər kəs əmin ola bilər ki, indiyə qədər olduğu kimi bundan sonra etnik mənsubiyyətinə görə heç bir qeyri-millət Azəbaycanda ayrı-seçkiliyə məruz qalmayıb, qalmayacaq da. Təbii ki, kimsə iddialarında davam edəcəksə, yaxud, sonradan mürtəce düşüncələrə qapılacaqsa, o adamların məsuliyyət məsələsi gündəmə gələcək. Onlar barədə cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi addımlar atılacaq. Lakin vətəndaş kimi vəzifə və öhdəliklərinə əməl edərək, qanuni şəkildə ərazimizdə yaşayan erməni etnik mənşəli şəxslər üçün heç bir maneə və məhdudiyyətdən söhbət getməyəcək. Anlayırıq ki, bu proses ağrılı keçəcək, çünki ermənilərin əlləri minlərlə azərbaycanlının qanına batıb. Amma bir reallıq da var ki, biz Vətən müharibəsində Prezident İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı altında artıq qisasımızı layiqli formada almışıq. Bu gün bölgədə diqtə edən də bizik. Bundan sonra da baş qaldıracaq istənilən şəxsin də, gücün də başını əzməyə güc və imkanlarımız da var və proseslərə biz istiqamət verməkdəyik".
Şəbnəm Lətifi


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1461   Tarix: 16 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Azərbaycan Prezidenti: "BMT sistemi normal fəaliyyət göstərsəydi, ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq"

Prezident İlham Əliyev sentyabrın 17-də TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən beynəlxalq hüququn pozulması hallarından danışıb. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı deyib: "Azərbaycan 30 il ərzində bununla üzləşib. Biz öz hüquqlarımız

17 sentyabr
.

Prezident İlham Əliyev Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olublar. AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və birinci xanım

17 sentyabr
.

Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr
.

Şamaxıda "Pirqulu Park" hotelinin açılışı olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Pirqulu Park" hotelinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, "Moderngroup" MMC-nin təmsilçisi Fariz Abbaszadə dövlətimizin başçısına və birinc

17 sentyabr
.

Türk dünyasının yeni strateji erası

Son illər beynəlxalq münasibətlər sistemində sürətlə cərəyan edən geosiyasi dəyişikliklər, qlobal münaqişələrin coğrafiyasının genişlənməsi və beynəlxalq hüquq mexanizmlərinin təsirsizliyi fonunda region dövlətlərinin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi prioritet məsələyə çevrilmişdir. Bel

18 sentyabr
.

Azərbaycan Prezidenti: "TDT-yə üzv ölkələrin potensialı kifayət qədər böyükdür"

"Təşkilata üzv ölkələrin rəhbərlərinin ümumi mövqeyi məhz ondan ibarətdir ki, beynəlxalq arenada TDT-nin rolunu və yerini gücləndirək. Bunun üçün bütün imkanlar var". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərin

17 sentyabr
.

Tariximizə qızıl hərflərlə yazılan gün - 20 sentyabr

Vətən müharibəsində misilsiz şücaət göstərən Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2023-cü il sentyabr ayının 19-20-də lokal xarakterli antiterror tədbirləri keçirməklə düşmənə növbəti dəfə hünərini göstərdi. Birgünlük hərbi əməliyyatlar nəticəsində Qarabağdakı qanunsuz hərb

17 sentyabr
.

Prezident İlham Əliyev: "Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır"

"Ətrafımızda müharibələr gedir və bu müharibələrin nə sonu, nə də qurtaracağı görünür. Müharibələrin coğrafiyası genişlənir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən səsləndirib. "Döyüşə

17 sentyabr
.

Prezident Ramil Usubovu və həmkarlarını qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubovu, Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi, Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi, Özbəkistan Respublikasının Prezident

17 sentyabr