Sabiq nazir: "İsrail xalqı Heydər Əliyevin təcrübəsindən yararlanaraq, daxili təhlükələrdən xilas olmalıdır"

Sabiq nazir: "İsrail xalqı Heydər Əliyevin təcrübəsindən yararlanaraq, daxili təhlükələrdən xilas olmalıdır"İsrailin ingilis dilində nəşr olunan və bütün dünyada geniş oxucu kütləsinə malik "The Jerusalem Post" qəzetində "İsrail RAAM-a güvənməyə son verməlidir" sərlövhəli məqalə dərc edilib.

İsrailin sabiq rabitə, kiber və peyk naziri Ayub Karanın müəllifi olduğu məqalədə hazırkı koalision hökumətdə təmsil olunan RAAM partiyasının destruktiv fəaliyyəti səbəbindən adıçəkilən partiyaya formalaşdırılacaq növbəti hökumətlərdə etimad göstərilməməsi zərurətindən bəhs edilib.

Eyni zamanda qeyd edilib ki, 1990-cı illərin əvvəllərində analoji böhranlı vəziyyətlə üzləşmiş Azərbaycan Ermənistanın təcavüzü nəticəsində ərazisinin 20 faizini itirib, ölkədə çoxsaylı terror aktları törədilib, ozamankı hakimiyyət isə yaranmış vəziyyətin öhdəsindən gələ bilmədiyi üçün ölkə vətəndaş müharibəsinin astanasında olub.

Məqalədə Azərbaycan xalqının dəvəti ilə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevin böyük müdrikliyi sayəsində böhrana son verildiyi, ölkədə vəziyyətin kəskin şəkildə yaxşılaşdığı və ən başlıcası, vətəndaş müharibəsinin qarşısının alındığı diqqətə çatdırılıb. Bildirilib ki, İqtisadi Sülh Mərkəzi ulu öndərin irsinin şərəfinə Dona Qrasiya Diplomatiya Mərkəzi ilə birlikdə cari ilin 29 iyun tarixində İsrailin Netanya şəhərində yerləşən Bet-İsrael sinaqoqunda Azərbaycanın Qurtuluş Gününü qeyd etməyi planlaşdırır.

Müəllif hesab edir ki, ölkəsinin düşdüyü hazırkı böhranlı vəziyyətdən yeganə çıxış yolu milli birlik yaradılmasının Heydər Əliyev yoludur və İsrail xalqı məhz Heydər Əliyevin sözügedən təcrübəsindən yararlanaraq daxili təhlükələrdən xilas olmalıdır.

Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:
https://www.jpost.com/israel-news/politics-and-diplomacy/article-709235


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 899   Tarix: 17 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Çin restoranları çatdırılma tətbiqlərinin hökmranlığına qarşı çıxır

Çində restoranlar yemək çatdırılması platformalarının bazardakı üstünlüyünə qarşı mübarizəni gücləndirirlər. Çatdırılma xidmətləri arasındakı rəqabət restoranların mənfəət marjasını azaldır, eyni zamanda müştərilərin birbaşa restorana gedərək yemək yeməsinə də mənfi təsir göstərir. France 24-ə istinadə

21 oktyabr
.

İran Kürdüstana ağır texnikalar yerləşdirir

Bu gün səhər saatlarından İslam İnqilabının Keşikçiləri Korpusu (SEPAH) Kürdüstan əyalətinin bir neçə bölgəsinə çoxsaylı hərbçi və ağır hərbi texnika yerləşdirir. xəbər verir ki, bu barədə "Azad İran" Teleqram kanalı məlumat yayıb. Bildirilib ki, qonşu əyalətlərdən Sənəndəc, Kamyaran, Sərvabad

22 oktyabr
.

ABŞ-da Trampı sosial mediada təhdid edən qadın həbs edilib

ABŞ Ədliyyə Nazirliyi bildirib ki, 36 yaşlı qadın ABŞ prezidenti Donald Trampa qarşı sosial mediada təhdidlər paylaşmaq ittihamı ilə Alabama ştatında həbs olunub. xəbər verir ki, ABŞ Ədliyyə Nazirliyinin veb saytında deyilir ki, "ABŞ Rayon Məhkəməsində iki maddədən ibarət ittiham aktı ilə Alabam

23 oktyabr
.

Dünyanın xəstəlik xəritəsi dəyişir - Mütəxəssislər təhlükəyə diqqət çəkirlər

İqlim dəyişikliyi yalnız temperatur və yağıntı rejimlərinə deyil, xəstəliklərin dünyada yayılma coğrafiyasına da təsir göstərir. Daha mülayim qışlar və yüksələn temperatur ağcaqanad və gənə kimi xəstəlik daşıyan canlıların yeni ərazilərə yayılması üçün əlverişli şərait yarada bilər. Yeni araşdırma 2050-c

22 oktyabr
.

Mask respublikaçılara 445 milyon dollar bağışladı

CNN-in məlumatına görə, iş adamı Elon Musk ABŞ Konqresinin ara seçkilərinə ən azı 445 milyon dollar ianə edib. xəbər verir ki, kanalın məlumatına görə, ianələrin əhəmiyyətli bir hissəsi respublikaçıların ABŞ Senatında təsirlərini qoruyub saxlamalarına kömək üçün xərclənib. CNN qeyd edir ki, "Pu

23 oktyabr
.

Rusiya hərbi təyyarələri ard-arda qəzaya uğrayıb

Rusiyanın Kalininqrad vilayətində hərbi təlim uçuşu yerinə yetirən "Su-30" tipli çoxməqsədli qırıcı təyyarə qəzaya uğrayıb. Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumata görə, insident döyüş dəsti olmayan planlı uçuş zamanı baş verib. Hər iki pilot təyyarə düşməzdən əvvəl katapult edərək xila

22 oktyabr
.

Financial Times: "Politico və The Telegraph-ın sahibi TikTok-un Avropa bölməsini almaq istəyir"

Almaniyanın media şirkəti Axel Springer-in rəhbəri Matias Döpfner TikTok-un Avropa əməliyyatlarında pay əldə etmək təklifi ilə çıxış edib. Financial Times qəzetinin məlumatına görə, o, bu ideyanı ABŞ-ın Fransadakı səfiri Çarlz Kuşnerlə Berlində keçirilən görüşdə müzakirə edib. Təklifin arxasında Avropad

22 oktyabr
.

Rus ordusu daha iki kəndi işğal etdi

Rusiya ordusu Zaporojye vilayətinin Çervonıy Yar və Yulyovka yaşayış məntəqələrini işğal edib. xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb

21 oktyabr
.

Monteneqro noyabrdan Rusiya vətəndaşları üçün viza rejimi tətbiq edir

Monteneqro noyabrın 1-dən Rusiya vətəndaşları üçün viza rejimi tətbiq edir. xəbər verir ki, bu barədə Rusiyanın Monteneqrodakı səfiri Aleksandr Lukaşik TASS-a müsahibəsində bildirib. "Monteneqro tərəfi noyabrın 1-dən Rusiya Federasiyası ilə Monteneqro hökuməti arasında ölkə vətəndaşlarının qarşılıql

21 oktyabr