Sabiq MTN-çi Sahib Ələkbərov jurnalisti təhqir etdi - Məhkəmə sədri Həbib Həsənov isə... + VİDEO

Sabiq MTN-çi Sahib Ələkbərov jurnalisti təhqir etdi - Məhkəmə sədri Həbib Həsənov isə... + VİDEOBakı Hərbi Məhkəməsində 9 aya yaxındır ki, Milli Təhlükəsizlik Nazirliyinin (2015-ci ildə ləğv olunub) İstintaq Baş İdarəsinin rəisi Mövlam Şıxəliyev və digər 3 polkovnikin cinayət işi üzrə prosesi davam edir. Açıq elan olunan proses faktiki olaraq qapalı keçirilir. Hakim Elbəy Allahverdiyev, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənov qanunsuz olaraq jurnalistlərin prosesdə iştiraklarına imkan vermirlər.

Ötən müddət ərzində azadlıqda olan təqsirləndirilən şəxslər- Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov da mətbuat nümayəndələrindən kənar gəzməklə, bir çox hallarda qaçmaqla onlara yönəlik olduqca ciddi ittihamlarla bağlı suallara cavab verməkdən yayınırlar. İyunun 21-də, mətbuatda şərti olaraq "MTN işi" adlandırılan prosesdən sonra da belə olub. Əməkdaşımız Elşən Məmmədəliyev Sahib Ələkbərova yaxınlaşaraq suallar ünvanlamağa çalışıb.

Sahib Əııkbərov isə tərbiyəsinə uyğun davranaraq suallara cavab verməyərək Bakı Hərbi Məhkəməsinin inzibati binasına qaçmaqla kameradan yayınıb. Bundan sonra məhkəmə sədri Həbib Həsənov binadan çıxaraq jurnalistlərdən məhkəmə binası önünüdən uzaqlaşmalarını tələb edib. Həbib Həsənov açıq məhkəmə prosesinin qapalı keçirilməsinə münasibət bildirməkdən yayınıb.

Xatırladaq ki, Mövlam Şıxəliyev MTN-nin İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə qeyd edilən qurumun tərkibindəki şöbənin sabiq rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin sabiq müavini Sahib Ələkbərov ilə mütəşəkkil dəstə tərkibində külli miqdarda özgənin pul və əmlakını hədə-qorxu ilə tələb etmə, külli miqdarda rüşvət alma və sair cinayətlərdə ittiham olunurlar.

İstintaqla Mövlam Şixəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat məbləğində pul vəsaitini rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edib almasına, həmçinin səlahiyyət həddini aşması və sübutları saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib. Mövlam Şixəliyevə Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov həmin Məcəllənin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində müvafiq qətimkan tədbirləri seçilib./Musavat


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1228   Tarix: 26 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Son vaxtlar niyə hamını "tok vurur"? - Həll yolu

Son vaxtlar bir çox insan gündəlik həyatda metal qapıya, lift düyməsinə və ya avtomobilin qapısına toxunarkən xırda elektrik zərbəsi hiss etdiyini bildirir. Mütəxəssislər bunun əsas səbəbinin statik elektrik olduğunu deyirlər. xəbər verir ki, statik elektrik bədəndə elektrik yükünün toplanması nəticəsind

10 mart
.

MEDİA: Avropa Şurasının hesabatında Azərbaycanda mediaya dair qərəzli mülahizələr var

Avropa Şurasının Jurnalistikanın Müdafiəsi və Jurnalistlərin Təhlükəsizliyinin Təşviqi Platforması tərəfindən dərc olunmuş Avropada mətbuat azadlığının vəziyyətinə dair 2025-ci il üzrə illik hesabatda Azərbaycanın media mühiti ilə bağlı birtərəfli, qərəzli mülahizələrə yer verilib. Qaynarinfo xəbər veri

10 mart
.

Dron hücumuna məruz qalan Naxçıvan aeroportunun fəaliyyəti bərpa edildi

Naxçıvan Beynəlxalq Hava Limanının fəaliyyəti bu gündən etibarən bərpa edilib. -ın əldə etdiyi məlumata görə, Bakı-Naxçıvan-Bakı marşrutu üzrə planlaşdırılmış reyslər icra olunacaq. Qeyd olunub ki, hazırda aeroportda İran ərazisindən dron hücumu nəticəsində zərər görmüş hissələrdə təmir işləri aparılı

9 mart
.

AZAL Naxçıvana birbaşa uçuşları bərpa edir

Azərbaycan Hava Yolları (AZAL) 9 mart 2026-cı il tarixindən etibarən Bakıdan Naxçıvan istiqamətində birbaşa uçuşları bərpa edir. xəbər verir ki, bu haqda "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, AZAL-ın 9 mart 2026-cı il tarixinə Bakı-Naxçıvan-Bakı marşrut

9 mart
.

Məsud Pezeşkian İlham Əliyevə zəng edib

Martın 8-də İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident Məsud Pezeşkian dövlətimizin başçısının İran İslam Respublikasının ali rəhbəri ayətullah Seyid Əli Xameneinin və bir çox mülk

8 mart
.

Alyona Əliyeva 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə paylaşım edib

Prezident İlham Əliyevin gəlini Alyona Əliyeva 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə paylaşım edib. BİG.AZ həmin paylaşımı təqdim edir:

8 mart
.

Diqqətsiz addımı az qala faciəyə səbəb olacaqdı - VİDEO

Çində baş verən yol-nəqliyyat hadisəsi təhlükəsizlik kameraları tərəfindən saniyə-saniyə qeydə alınıb. Yolun qarşı tərəfinə keçmək istəyən piyada ehtiyatsız şəkildə hərəkət edərkən yük avtomobili ilə toqquşub. türk mediasına istinadən xəbər verir ki, hadisə zamanı sürücünün ani manevri nəticəsində tırı

10 mart
.

Sabah Bakıda hava yağmursuz keçəcək

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Qeyd edilib ki, 9-dan 10-da keçən gecə bəzi yerlərdə az yağıntılı olacağı ehtimalı var. Şimal-şər

9 mart
.

Azərbaycanlı şagird Türkiyədə vəfat etdi - Foto

Xaçmazda 8-ci sinif şagirdi Fatimə Zəkiyeva vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə şagirdin təhsil aldığı Xudat şəhər N.Nərimanov adına 2 saylı tam orta məktəbin sosial şəbəkə hesabında paylaşım edilib. Onun uzun müddət davam edən aplastik anemiya xəstəliyindən əziyyət çəkdiyi v

10 mart