Trampdan Xameneinin oğlunun seçilməsinə ilk reaksiya
İranda Əli Xameneinin ölümündən sonra yeni dini rəhbər seçilməsinə ABŞ Prezidenti Donald Trampdan ilk reaksiya gəlib. Tramp Müctəba Xameneinin seçilməsindən narazılığını ifadə edərək, "Məmnun deyiləm" deyib.
Milli.Az xəbər verir ki, İranın Ekspertlər Şurası 28 fevralda ABŞ və İsrailin hava hücumu nəticəsində öldürülən Əli Xameneyinin yerinə onun oğlu Müctəba Xameneini "səslərin mütləq çoxluğu" ilə yeni dini lider seçdiyini rəsmən elan edib.
Tramp hələ seçki prosesi başa çatmamışdan əvvəl verdiyi bəyanatda Müctəba Xameneinin namizədliyinə qarşı çıxmışdı: "İranda ən çox ehtimal olunan varis Müctəba Xameneidir, lakin bu qəbulolunmazdır. Mən Xameneinin siyasətini davam etdirəcək və ABŞ-ni 5 ildən sonra müharibəyə məcbur edəcək bir İran lideri istəmirəm."
Müctəba Hüseyni Xamenei 17 sentyabr 1969-cu ildə Məşhəd şəhərində anadan olub.
1979-cu ildə ailəsi Tehrana köçdükdən sonra Qum şəhərindəki dini mədrəsədə təhsil alıb, fiqh və üsul dərsləri üzrə irəli səviyyədə biliklərə yiyələnib. O, şiə məzhəbində ən yüksək dini səviyyə sayılan "müctəhid" statusuna malikdir.
1980-1988-ci illər İran-İraq müharibəsi zamanı "Bəsic" könüllü qüvvələrinin tərkibində cəbhədə döyüşüb.
Rəsmi bir vəzifəsi olmasa da, 2000-ci illərin ortalarından etibarən İranın daxili və xarici siyasətində, xüsusən də İnqilab Keşikçiləri Korpusunun (SEPAH) komandanları ilə sıx əlaqələri vasitəsilə böyük təsirə malik olduğu bildirilir.
Müctəba Xamenei adətən mediadan uzaq bir həyat sürməyə üstünlük verib və onun şəxsi həyatı haqqında məlumatlar olduqca məhduddur.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1726 Tarix: 09 mart 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Afrika gözləniləndən daha sürətli parçalanır
Geoloqlar Afrika qitəsinin düşündüyümüzdən daha tez bölünəcəyini aşkar ediblər. Aktiv çat "kritik həddə" çatıb və tezliklə bölünərək yeni bir okean əmələ gətirəcək. Lakin "tezliklə" nisbi bir termindir: bunun üçün hələ bir neçə milyon il lazım olacaq, lakin geoloji miqyasda bu, sadəc
19 sentyabrToyota Land Cruiser J300-ü yeniləyib
Toyota Motor şirkəti Yaponiya bazarında yenilənmiş Land Cruiser J300 çərçivəsinin satışlarına tezliklə başlanacağını elan etdi. xəbər verir ki, əsas hadisə Lexus LX700h-in arsenalından götürülmüş və eyni platformada yığılmış hibrid güc aqreqatına malik modifikasiyanın meydana çıxmasıdır. O, paralel sxe
19 sentyabrABŞ Çinlə müharibənin astanasında idi
Yazda, İranla müharibənin ən qızğın vaxtında, Amerika ordusu arasında yayılan bir kəşfiyyat hesabatı dərhal həyəcana səbəb oldu. Hesabatda deyilirdi: "Yaxın Şərqdə bir Çin gəmisi nüvə silahı proqramı üçün komponentlər daşıyırdı". xəbər verir ki, məsələ ilə tanış olan dörd mənbəyə görə , AB
19 sentyabrAleksandar Vuçiç Ukraynada səfərdədir
Serbiya Prezidenti Aleksandar Vuçiç Ukraynada səfərdədir. Bu barədə "Report"un Balkan bürosuna Serbiya Prezident Administrasiyasından məlumat verilib. O, ukraynalı həmkarı Volodimir Zelenskinin dəvəti ilə "Karpat İnteqrasiya Təşəbbüsü" sammitində iştirak edir. A.Vuçiç sosial şəbək
18 sentyabrToqo bayrağı altında üzən tanker Hörmüz boğazında yanğına səbəb olub
Toqo bayrağı altında üzən Trend tankeri Hörmüz boğazından icazəsiz keçməyə cəhd edib, daha sonra yanğın səbəbindən zədələnib və dayanıb. xəbər verir ki, agentliyin Telegram kanalında deyilir: "Dünən gecə Toqo bayrağı altında üzən Trend tankeri qanunsuz olaraq Hörmüz boğazından keçməyə cəhd edi
18 sentyabrİrandan Fransaya sərt cavab: "Timsah göz yaşları tökməyin"
"Müstəqillik müharibəsi dövründə 1.5 milyon əlcəzairli Fransa tərəfindən qətlə yetirilib. Paris onların yalnız onda birindən azını rəsmən tanıyır və Fransa indiyədək öz müstəmləkə cinayətlərinə görə üzr istəməkdən boyun qaçırır", - deyə nazir qeyd edib. Əraqçı, həmçinin Barronu Minabdakı məktəb
19 sentyabrDünyada şiddətli yağışlarla bağlı - Xəbərdarlıq
Qlobal istiləşmənin təsiri ilə Yer atmosferindəki su buxarının miqdarı rekord həddə çatıb. Mütəxəssislər bunun güclü yağışlar, tropik siklonlar və yüksək temperaturla bağlı riskləri artıra biləcəyini bildirirlər. "Qafqazinfo" xəbər verir ki, Avropa İqlim Dəyişikliyi Xidmətinin məlumatına görə
18 sentyabrTrampın Çin avtomobilləri ilə bağlı planı ABŞ-də narahatlıq yaratdı
İri avtomobil istehsalçıları, tədarükçülər və dilerlər ABŞ Prezidenti Donald Trampı gələn həftə Çin Prezidenti Si Cinpinlə planlaşdırılan görüşü ərəfəsində Çin avtomobil istehsalçılarının ABŞ bazarına daxil olmasına icazə verməməyə çağırıblar. "Reuters"ə istinadən xəbər verir ki, bu barəd
19 sentyabr