Miri Yusif konsertində anşlaq!

Miri Yusif konsertində anşlaq!Miri Yusif "ruh əkizləri"nə qovuşdu

Xalq artisti Miri Yusif pandemiyadan sonra ilk dəfə böyükmiqyaslı konsert verib.

Sonxeber.az xəbər verir ki, Yaşıl Teatrda üçgünlük marafonu başladan sənətçi səhnədə sevilən hitlərini səsləndirib.

Mavi yay libasıyla səhnəyə çıxan musiqiçini vokalçı da daxil olmaqla, 10-a yaxın musiqiçi müşayiət edib. Gözoxşayan səhnə tərtibatı isə gecəyə xüsusi rəng qatıb.

Canlı ifaları ilə qonaqlarına bayram ab-havası yaşadan müğənnini izləməyə gələnlər arasında tanınmış simalar da yer alıb.

2000 nəfər tutumu olan məkanda ayaqüstü zona da mövcud olub. Miri Yusifin "ruh əkizləri" mahnıları onunla birgə ifa edib. Tamaşaçıların reaksiyası gecəni daha da "alovlandırıb".

İki saatdan çox səhnədə qalan sənətçi sonda dillər əzbəri olan "Ya Qarabağ, Ya ölüm" mahnısını da səsləndirib.

Qeyd edək ki, Miri Yusifin konsert marafonu bu gün və sabah da davam edəcək. 2 iyul üçün planlaşdırılan konsertin də bütün biletləri satılıb.

Onu da bildirək ki, konsertin təşkilatçısı "SS Production"dır.

Miri Yusif konsertində anşlaq!Miri Yusif konsertində anşlaq!Miri Yusif konsertində anşlaq!


Sonxeber.az
Telegramda izləyin
Mədəniyyət   Baxılıb: 1497   Tarix: 02 iyul 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Şair Çingiz Əlioğlu dəfn olunub

Əməkdar İncəsənət xadimi, şair Çingiz Əlioğlu ilə vida mərasimi Təzə Pir məscidində keçirilib. xəbər verir ki, şairin nəşi dəfn olunması üçün "Qurd Qapısı" qəbiristanlığına gətirilib və torpağa tapşırılıb. Dəfn mərasimində şairin yaxınları, dostları, sənət yoldaşları iştirak ediblər

10 avqust
.

Xalq artisti Alim Qasımovun 69 yaşı tamam olur

Bu gün Azərbaycanın Xalq artisti Alim Qasımovun doğum günüdür. Onun 69 yaşı tamam olur. xəbər verir ki, Alim Həmzə oğlu Qasımov 1957-ci il avqustun 14-də Şamaxıda doğulub. Xanəndə Bakıda muğam məktəbinin ən tanınan və istedadlı müəllimlərindən dərs alıb. 25 yaşında birinci muğam müsabiqəsində müvəffəqiyyə

14 avqust
.

1700 illik nadir "Odisseya" parçası tapıldı

Niderlandda qədim əlyazmaları araşdıran tədqiqatçı kitabxana kolleksiyasındakı kitabların birinin arasında Homerin "Odisseya" əsərindən təxminən 1700 il əvvələ aid nadir fraqment aşkar edib. "Qafqazinfo" xəbər verir ki, Radboud Universitetindən yunan dili üzrə mütəxəssis doktor Mar

18 sentyabr
.

Səhnəmizin Florasının 85-ci baharından - Görüntülər

Ötən gün 85 yaşı tamam olan Xalq artisti Flora Kərimovanın yubiley gecəsi keçirilib. "Qafqazinfo" xəbər verir ki, gecədə dostları, yaxınları və ailə üzvləri sənətkarı tək qoymayıblar. Şəhər restoranlarından birində təşkil olunan doğum günü mərasimindən görüntüləri təqdim edirik:

24 iyul
.

15 il sonra "Harri Potter"dəki roluna qayıdır

Britaniyalı aktyor Rupert Qrint 15 ildən sonra "Harry Potter"də canlandırdığı məşhur "Ron Uizli" obrazına qayıdacaq. Axşam.az xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb. Aktyor "Harry Potter and the Cursed Child" tamaşasının Brodvey heyətinə qoşulub

28 avqust
.

Fəxrəddin Manafov və Nailə İslamzadə bir arada - Foto

Xalq artisti Fəxrəddin Manafov və Əməkdar artist Nailə İslamzadə bir araya gəlib. Axşam.az xəbər verir ki, aktyor və teleaparıcı birlikdə foto çəkdiriblər. Şəkli N. İslamzadə sosial şəbəkə hesabında paylaşıb

17 avqust
.

Polad Bülbüloğlunun xanımı Əməkdar artist imiş - Fotolar

Xəbər verdiyimiz kimi, Xalq artisti, tanınmış bəstəkar, müğənni və ictimai-siyasi xadim Polad Bülbüloğlu yenidən ailə həyatı qurub. "Qafqazinfo"nun "Publika"ya istinadən məlumatına görə, P.Bülbüloğlunun həyat yoldaşı Azərbaycanın Əməkdar artisti, tanınmış rəqqasə və pedaqoq Eter

26 avqust
.

İlham Mirzəyevin vəziyyəti ağırdır

Teleaparıcı İlham Mirzəyevin vəziyyəti açıqlanıb. Mərkəzi Klinikadan "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, hazirda xəstənin vəziyyəti ağırdır. "Xəstə sol mədəciyin ön divarının miokard infarktı, kardiogen şok vəziyyətində qəbul olunub. Angioplastika icra olunub və sten

7 sentyabr
.

Nazir müavini: Nəriman Həsənzadə Azərbaycan ədəbiyyatının parlaq simalarından biri olub

Xalq şairi Nəriman Həsənzadə Azərbaycan ədəbiyyatının parlaq simalarından biri olub. "Report" xəbər verir ki, bunu mədəniyyət nazirinin müavini Səadət Yusifova Xalq şairi Nəriman Həsənzadə ilə vida mərasimində çıxışı zamanı deyib. O bildirib ki, N. Həsənzadə böyük söz ustası kimi bütün yaradıcılığ

2 avqust