ABŞ-da su üzərində abort mərkəzləri qurmaq təklif edildi
ABŞ-da ginekoloq Meq Otri üzən reproduktiv sağlamlıq klinikalarının yaradılmasını təklif edib ki, bu klinikalarda qadınlar ştatlarda qadağan olunan abort əməliyyatlarını gerçəkləşdirə bilsinlər.
O, aborta qadağa qoyan ştatların yurisdiksiyasından kənarda olan Meksika körfəzindəki ABŞ-ın federal sularında belə klinikaların yaradılmasını təklif edib.
"Ölkəmizdə reproduktiv hüquqlara qarşı real hücum olub, mən ömür boyu reproduktiv sağlamlıq və seçim azadlığının müdafiəçisi olmuşam. Biz seçimlər yaratmalıyıq və insanların layiq olduqları sağlamlıq xidmətini almalarına yardım etmək üçün düşüncəli və yaradıcı olmalıyıq", - deyə o qeyd edib.
İyunun 24-də ABŞ Ali Məhkəməsi Rounun Ueydə qarşı 1973-cü il tarixli qərarını ləğv edib. Həmin qərara əsasən, abort seçimi konstitusiya hüququ kimi təsbit edilirdi. ABŞ Prezidenti Co Bayden amerikalıları Ali Məhkəmənin abortla bağlı qərarına etiraz aksiyalarında iştirak etməyə çağırıb.
Hazırda Texas, Oklahoma, Arkanzas, Luiziana, Alabama, Missisipi, Missuri və Cənubi Dakota ştatlarında abort qadağan edilib. Ohayo, Cənubi Karolina və Tennessi ştatlarında adətən hamiləliyin altıncı həftəsində baş verən dölün ilk ürək döyüntüsündən sonra abortlar qadağandır.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1058 Tarix: 12 iyul 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ukrayna Türkiyədə keçiriləcək NATO sammitində təmsil olunacaq
Ukrayna Türkiyədə keçiriləcək NATO sammitində təmsil olunacaq. "Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski aprelin 26-da Kiyevdə Moldova parlamenti Maya Sandu ilə birgə keçirdiyi mətbuat konfransında bildirib. O, ölkəsinin hansı formada təmsi
26 aprelABŞ İranın "kölgə donanması"na məxsus gəminin qarşısını kəsib
ABŞ Ərəbistan dənizində dəniz blokadasını yarmağa və enerji resurslarını daşımağa cəhd edən İranın "kölgə donanması"na məxsus gəmini saxlayıb. "Reuters" agentliyinə istinadən xəbər verir ki, söhbət İran neftini və qaz məhsullarını xarici bazarlara daşıyan 19 gəmidən ibarət qrupa daxi
26 aprelTbilisidə Azərbaycan vətəndaşı olan qadın qətlə yetirilib - TƏFƏRRÜAT
Gürcüstanın paytaxtı Tbilisidə 37 yaşlı azərbaycanlı turist İradə Quliyeva qətlə yetirilib. bu barədə "Pirveli TV"yə istinadən xəbər verir. Qeyd olunub ki, iki gün əvvəl Tbilisinin Mqaloblişvili küçəsində baş vermiş hadisə ilə ilə bağlı aparılan araşdırmalarda yeni faktlar ortaya çıxıb. İttiha
26 aprelMalinin paytaxtında komendant saatı elan edilib: Yüzlərlə silahlı öldürülüb
Malinin paytaxtı Bamako və onun ətraf ərazilərində strateji obyektlərə, o cümlədən beynəlxalq hava limanına hücumlardan sonra komendant saatı tətbiq olunub. TASS-a istinadən xəbər verir ki, bu barədə Bamako dairəsinin qubernatoru bəyanat yayıb. "Komendant saatı saat 21:00-dan (Bakı vaxtı ilə 01:0
26 aprel