"Qurban Qurbanovun qızım öləndəki davranışını unutmayacağam" - Gerye

"Qurban Qurbanovun qızım öləndəki davranışını unutmayacağam" - Gerye"Qarabağ"ın sabiq futbolçusu Donald Gerye Polşanın "TVP Sport" nəşrinə müsahibə verib.

Haitili yarımmüdafiəçi "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovla münasibətlərindən danışıb: "Qızım öləndən sonra çox aciz olmuşdum. "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun həmin vaxtdakı davranışını unutmayacağam. O, mənə ata kimi idi. Bu günə qədər onu ruhdan saldığım üçün təəssüflənirəm. İndiki məsuliyyətim olsaydı, karyeram fərqli olardı".

O, "Qarabağ"ın Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində "Lex"lə ilk oyununu izlədiyini söyləyib: "Qarabağ"dan daha çox şey gözləyirdim. Çünki bu komandanı tanıyıram və Qurban Qurbanovun mentalitetini bilirəm. Qurbanov uduzmağı bilməyən və pis oyunlardan həzz almayan biridir. "Lex" üçün 1:0 cüzi üstünlükdür. Düşünürəm ki, "Qarabağ" daha irəli gedəcək. Qurban Qurbanov futbolçunu döyüşçüyə çevirə bilən təffəkkürdə adamdır. Heç kim onun kimi motivasiya etməyi bacarmır".

33 yaşlı oyunçunun sözlərinə görə, Qurban Qurbanov "Qarabağ", "Qarabağ" da Qurban Qurbanovdur: "Orada hamı ona qulaq asır. O, xırda imkanlarla güclü komanda yaratdı. Uğurları var, ancaq yenə də komanda uğura acdır. Onun necə peşəkar olduğunu görmüşəm. Qurbanov Azərbaycandan kənardan çoxlu təklifləri olsa da, heç vaxt getmək istəmədi. O, Azərbaycanı, Qarabağı təmsil etməkdən qürur duyur. Onun sözü müqəddəsdir. Onun sayəsində "Qarabağ" hər zaman daha çox şeyə nail olmaq istəyir. Hamı ona hörmət edir. Hətta Qurbanova Tanrı kimi yanaşırlar. Orada oynadığım 4 ildə başa düşdüm ki, bu klubun matçları və nəticələr çox önəmlidir. Qurbanov həmişə deyirdi ki, biz təkcə özümüz, azarkeşlər üçün deyil, döyüş bölgəsində olan insanlar üçün oynayırıq".

D.Gerye "Qarabağ"dan ayrılmasının səbəbi haqda da danışıb: "Haiti millisinin düşərgəsindən çox gec qayıtdım. Təyyarədə yuxuya getdim. Sonra geri qayıtdıqda başqa fəsadlar oldu, gecikmə, koronavirus testinin müddəti bitdi. "Qarabağ"ın bazasına gec gəldim. Qurban hirsləndi, haqqı var idi. Mən maliyyə cəzası aldım və ehtiyata göndərilməli idim. Dedim ki, ya qalacağam, ya da gedəcəyəm. Və mən Kiprdə oldum. Futbola gəlincə, "Qarabağ"da keçirdiyim günlərə görə heç vaxt peşman deyiləm. Çünki ən böyük uğurlarım hamısı orada olub. İlk haitili kimi Çempionlar Liqasını burada yaşadım və Avropa Liqasında oynadım. Orada keçirdiyim vaxt üçün darıxıram. Hətta "İnstaqram"da da Qarabağ köynəyində şəklim var. Bu xatirələr mənim üçün çox önəmlidir".

Futbolçu Qurban Qurbanov böyük xarizmaya malik məşqçi olduğunu söyləyib: Mən ona "Qvardiola" və ya "ata" deyirdim. Xüsusilə nəyisə idarə etməli olduğunuz zaman. Onun mənə qarşı həssaslığı vardı. Yadımdadır, maaşımın vaxtı çatmazdan əvvəl pula ehtiyacım yaranmışdı. Xəyal etdiyim avtomobili almaq istəyirdim, ancaq ordan mənə dedilər ki, gözləyə bilməzlər. Klubun baş meneceri Asif Əsgərovun yanına gedib ödənişin tezləşdirilməsini xahiş etdim. İmtina etdi. Qurbanovun kabineti yuxarı mərtəbədə idi. Xahişimi eşidəndə o, sadəcə ah çəkdi: "Ah, Donny, Donny" - çünki əvvəllər belə deyirdi - və telefonu yığdı. – "Asif, Donni nə qədər istəyir, ver ona". Və hər şeyi vaxtından əvvəl aldım. Məşqçi mənim üçün bir şərt qoydu. "Donny. Bir şey. Növbəti oyunda ən yaxşı olmalısan." Qurbanov əsl rəis idi. Qladiator. O, heç vaxt gülümsəmirdi, amma onun sənin üçün ata olduğunu hiss edirsən. Ta ki, onu ruhdan salana qədər. Kaş ki, onu ruhdan salmaya idim".

O, körpə qızının öldüyü vaxtlarda Q. Qurbanovun ona verdiyi dəstəklə bağlı deyib: "Qurbanov dedi ki, klubdan narahat olma. Klub indi sənin üçündür. Ailənin yanında qal. Bir aya ehtiyacınız varsa, bir ay qal. Altı ay varsa, altı ay qal. Heç bir şey üçün narahat olmayın. Biz sizə hər şeyi ödəyəcəyik. İki gün evdə qaldım. Amma başımın partladığını hiss etdim. Bir anlıq baş verənləri düşünməmək üçün mənim topa ehtiyacım var. Həyat yoldaşımla danışdıq və qərara gəldik ki, məşqə qayıtmağım daha yaxşı olar. Özümü darıxdırıcı və depressiyaya düşmüş kimi hiss etdim. Balkondan atılıb körpəmə qoşulmaq istədim. Məni yalnız ailənin qalan üzvləri yaşatdı, mən də onlara baxmalı oldum. "Qarabağ" məni xilas etdi. Meydanda bunu unuda bilmirdim, amma bir anlıq diqqətimi başqa şeyə cəmləyə bilirdim. Məşqə qayıdanda Qurbanov məndən Çempionlar Liqası oyununda heyətdə olmağa hazır olub-olmadığımı soruşdu. Ona dedim ki, mənim üçün edə biləcəyi ən yaxşı şey oynamağıma icazə vermək, hər şeyin normal olduğuna inanmaqdır".

D.Gerye yenidən Azərbaycanda oynamaq ehtimalı ilə bağlı söyləyib: "Kaş ki hazırda "Qarabağ"da oynasaydım. Nə qədər ki, Qurban Qurbanov var, uğurlu klub olacaq. Bu, mənim həyatdakı ən böyük səhvimdir, kifayət qədər intizamlı olmamağım, əlimdən gələni etməyə çalışmamağım, Qurban Qurbanova tabe olmamağımdır. Onun bütün dediklərinə əməl etsəydim, Avropanın yüksək liqalarında oynayardım. İndi "Qarabağ"a qayıtmaq imkanım olsaydı, hətta pulsuz gedərəm. Heç vaxt oranı tərk etməzdim, çünki orada oynamaqdan həzz alırdım".

///Qol.az


Sonxeber.az
Telegramda izləyin
İdman   Baxılıb: 1861   Tarix: 12 iyul 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Barselona" hücumçu Roberto Fernandeslə maraqlanır

İspaniyanın "Barselona" klubu "Espanyol"un hücumçusu Roberto Fernandeslə maraqlanır. "Report" xarici mediaya istinadən xəbər verir ki, 24 yaşlı ispaniyalı forvard Kataloniya təmsilçisinin potensial transferləri siyahısına daxil edilib. Bildirilir ki, Fernandesin namizədliy

17 sentyabr
.

Neymar "Santos"u FIFA qadağasından xilas etdi

"Santos"un hücumçusu Neymar klubun FIFA tərəfindən tətbiq edilən transfer qadağasının aradan qaldırılmasına kömək edib. "L'Equipe"ə istinadən xəbər verir ki, 34 yaşlı futbolçu ailəsinə məxsus idman marketinq şirkəti vasitəsilə "Santos"un 2 milyon avro ödəməsinə yardı

13 sentyabr
.

Azərbaycanın qadın futbolçuları Qarabağ Universitetində tələbələrlə görüşüblər

Qadınlardan ibarət Azərbaycan millisinin üzvləri, məşqçilər heyəti və AFFA-nın Qadın Futbolu Departamentinin əməkdaşları Qarabağ Universitetində olublar. Bu barədə -a AFFA-nın mətbuat xidmətindən məlumat verilib. Səfər çərçivəsində milli üzvləri universitetin qız tələbələri ilə görüşüblər. Görüşdə qadı

22 sentyabr
.

Atletika çempionatında kütləvi zəhərlənmə

Tokioda keçirilən yerli atletika çempionatı zamanı ən azı 28 nəfər qida zəhərlənməsi əlamətləri ilə xəstəxanaya yerləşdirilib. xəbər verir ki, bu barədə "Kyodo" agentliyi məlumat yayıb. Çempionat Kiotoda keçirilib. Bildirilir ki, xəstəxanaya yerləşdirilənlərin hamısı yarışın təşkilində çalışa

13 sentyabr
.

2027-ci ildə keçiriləcək "Formula 1" üzrə Azərbaycan Qran-prisinin tarixi açıqlandı

"Formula 1" və Beynəlxalq Avtomobil Federasiyası (FIA) Ümumdünya Avtoidman Şurasının təsdiqindən sonra 2027-ci ildə keçiriləcək "Formula 1" üzrə dünya çempionatının təqvimini açıqlayıb. Bakı Şəhər Halqası Əməliyyat Şirkətinə istinadən xəbər verir ki, Azərbaycan Qran-prisi sentyabrı

16 sentyabr
.

Azərbaycanın daha 3 boksçusu Avropa çempionatının 1/4 finalına yüksəlib

Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatında Azərbaycan millisinin daha 3 idmançısı 1/4 finala vəsiqə qazanıb. Bu barədə -a Azərbaycan Boks Federasiyasından məlumat verilib. Sübhan Mamedov (50 kq) 1/8 finalda Emanuel Koça (Albaniya) ilə döyüşüb. Görüş 5:0 (30:27, 30:26, 30:27, 30:27

21 sentyabr
.

"Gəncə" Rizvan Səfərovla müqavilənin müddətini uzadıb

"Gəncə" basketbol komandası məşqçisi Rizvan Səfərovla müqavilənin müddətini uzadıb. xəbər verir ki, bu barədə bölgə təmsilçisi məlumat yayıb. Mtəxəssislə sözləşmənin müddəti cari mövsümün sonunadək nəzərdə tutulub. Xatırladaq ki, Rizvan Səfərov 2024-cü ildən "Gəncə"də işləyir

11 sentyabr
.

Avropa Liqasında ilk turun oyunları başa çatdı

UEFA Avropa Liqasında əsas mərhələnin ilk turunun oyunları başa çatıb. İlk turda 9 qarşılaşma keçirilib. xarici mediaya istinadla xəbər verir ki, gecənin diqqətçəkən oyunlarından birində Türkiyənin "Beşiktaş" komandası İstanbulda Fransa təmsilçisi "Marsel"i qəbul edib. İstanbul təmsilçis

18 sentyabr
.

"Bolonya" baş məşqçi postuna Rafaele Palladinonu gətirib

İtaliyanın "Bolonya" klubu baş məşqçi vəzifəsinə Raffaele Palladinonu təyin edib. xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 42 yaşlı mütəxəssislə 2029-cu ilin yayına qədər müqavilə imzalanıb. Xatırladaq ki, "Bolonya" daha əvvəl sabiq baş məşqçisi Domeniko Tedesk

16 sentyabr