Toyda dini musiqi sifariş edən şəxslər həbs edilib? -DİN-dən AÇIQLAMA
Şəmkir rayon sakinləri toyda dini musiqi sifarişi verdiyi üçün həbs olunduğu iddia edilib.
Bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.
Belə ki, Ramid Səfərli və Qulu Quliyev adlı şəxslər toyda dini musiqi sifariş etdikləri üçün 20 və 10 sutka həbs ediliblər.
Məsələ barədə Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Oxu.Az-a açıqlamasında bildirib ki, Şəmkir rayon sakinləri Ramid Səfərli və Qulu Quliyevin dini toy mərasimi ilə bağlı inzibati həbs olunmaları həqiqətə uyğun deyil:
"Məlumat üçün qeyd edim ki, Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində ictimai asayişi qorumaq məqsədi ilə həm avtomobil həm də piyada xidməti həyata keçirir. İyul ayının 14-də Ramid Səfərli telefon vasitəsilə övladına sünnət edən şəxslə danışan zamanı yüksək səslə və nalayiq ifadələr işlətmiş və ətrafdakı insanların haqlı narazılığına səbəb olub. Ərazidə xidmət aparan polis əməkdaşları ona yaxınlaşan zaman o, hüquqazidd hərəkətlərini davam etdirərək polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayıb".
Din rəsmisi qeyd edib ki, Qulu Quliyev isə rayonun digər yerində bir şəxs ilə mübahisə edən zaman ətrafda olan insanlara məhəl qoymayaraq nalayiq ifadələr işləsib:
"Bununla bağlı polis əməkdaşı ona yaxınlaşaraq onu intizama dəvət etsə də, o polisin qanuni rələblərinə tabe olmayıb. Hər iki şəxs haqqında İnzibati Xətalar Məcəlləsinin 510-cu ( Xırda xuliqanlıq) və 535-ci ( Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəmədə hər iki şəxs törətdikləri inzibati xətanı etiraf edərək səmimi peşmanlıqlarını bildiriblər. Məhkəmənin qərarı ilə Ramid Səfərli 20 Qulu Quliyev isə 10 sutka müddətinə inzibati qaydada həbs edilib.
Əfsuslar olsun ki bəzi şəxslər heç bir əsas olmadan bu hadisəni bir neçə gün əvvəl keçirilən kiçik toy mərasimi ilə əlaqələndirməyə çalışır. Bir daha qeyd etmək istəyirəm Azərbaycan tolerant ölkədir və burada yaşayan hər kəs vicdan azadlığı, ictimai qaydanı pozmayan, yaxud ictimai əxlaqa zidd olmayan dini mərasimləri yerinə yetirməkdə sərbəstdir".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2550 Tarix: 15 iyul 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Rəşidə Behbudova: "Atama işgəncə verildi, dişləri, dırnaqları çıxarıldı"
Əməkdar artist Rəşidə Behbudova mərhum atası, əfsanəvi müğənni Rəşid Behbudovla bağlı paylaşım edib. Qaynarinfo xəbər verir ki, müğənni paylaşımında atası ilə bağlı bəzi məqamları açıqlayıb:. "Azərbaycanın ilk şəhidi - Rəşid Behbudov. Moskvada Qorbaçovun üzünə Qarabağın Azərbaycana məxsus olduğun
20 oktyabr"Sürətlə Yeni Mövsümə" lotereyasının "Changan Q07" qalibi danışdı
və platformalarında keçirilən"Sürətlə Yeni Mövsümə" stimullaşdırıcı lotereyası bir-birindəndəyərli hədiyyələri ilə qazandırmağa davam edir. Kampaniyanın4-cü tirajının qalibləri müəyyənləşib və ilk avtomobilin sahibibilinib. Bəxtəvər qalib Rövnəq Əkbərov "Changan Q07" qazanıb. xəbə
20 oktyabrYasamalda qanunsuz tikinti narazılıq yaratdı
Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi 131A ünvanında aparılan tikinti işləri sakinlərin narazılığına səbəb olub. Sərhəd.az xəbər verir ki, sakinlərin sözlərinə görə, "ASAN xidmət" mərkəzinin yaxınlığında, təxminən 300 kvadratmetr ərazidə aparılan tikintinin təyinatı məlum deyil. Şikayətçilə
19 oktyabrAli Məhkəmədən məhkumlarla bağlı MÜHÜM QƏRAR: Barışıq cəzanı azalda bilərmi?
Ali Məhkəmənin hökm qanuni qüvvəyə mindikdən sonra zərərçəkmiş şəxslə barışığın cəzanın azaldılması üçün hökmün icrası mərhələsində əsas sayıla bilməməsi ilə bağlı mövqeyi məhkumların hüquqları və cəzanın yüngülləşdirilməsi qaydaları baxımından mühüm hüquqi məsələdir. Bu yanaşma hökm çıxarıldıqdan sonr
21 oktyabrİldırım çaxarkən bu yerlərdə dayanmayın - TƏHLÜKƏ QAYDALARI
İldırım vurması insan həyatı üçün ciddi təhlükə yarada, ağır xəsarətlərə və hətta ölümə səbəb ola bilər. Xüsusilə, ildırımlı hava zamanı açıq ərazilərdə qalmaq, ağacların altında daldalanmaq və su hövzələrinin yaxınlığında olmaq təhlükəni artırır. Belə hadisələr zamanı riskləri azaltmaq üçün təhlükəni
20 oktyabrŞəki Xan Sarayını nə qədər turist ziyarət edib? - Gəlir açıqlandı
"2026-cı ilin 9 ayı ərzində Şəki "Yuxarı Baş" Milli Tarix-memarlıq qoruğunda yerləşən Xan sarayına ümumilikdə 128 min turist bilet alaraq ziyarət edib. Təqribən 50 minə yaxın turist biletsiz, yəni ödənişsiz giriş əldə edib". Ölkə.az xəbər verir ki, bunu Qoruqları İdarəetmə Mərkəzini
20 oktyabrBu gün bəzi ərazilərdə işıq olmayacaq - ÜNVANLAR
Abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması məqsədilə oktyabrın 20-də Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidmət ərazisində Transformator Məntəqəsində (TM) təmir işləri aparılacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb
20 oktyabrKamran Əliyev Şirvan, Binəqədi və Nizamiyə prokuror təyin etdi
Baş Prokuror Kamran Əliyev Şirvan şəhərinə prokuror təyin edib. Bu barədə Qaynarinfo-ya Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən, Şirvan şəhər prokuroru Kamal Talıbov ikinci səlahiyyət müddətinə həmin rayon prokuroru vəzifəsinə təyin edilib
20 oktyabr