Afət Fərmanqızı Azərbaycana gələn kimi aeroportda saxlanılacaq

Afət Fərmanqızı Azərbaycana gələn kimi aeroportda saxlanılacaqAfət Fərmanqızı Azərbaycana gələn kimi aeroportda polislər tərəfindən saxlanılaraq məhkəmə zalına gətiriləcək.

Sonxeber.az xəbər verir ki, bu barədə Qaynarinfo-ya Xalq artisti Flora Kərimovanın köməkçisi müğənni Afət Fərmanqızı ilə bağlı olan məhkəmə qərarından danışarkən deyib. Xalq artistinin köməkçisi həmin qərardan sonra Afət Fərmanqızının Azərbaycana gəlmədiyini vurğulayıb:

"Binəqədi rayon Məhkəməsinin müğənni Afət Fərmanqızı barəsində çıxardığı qərar polis idarəsinə gedənə kimi o, Azərbaycanı tərk edərək Moskvaya getdi. Məsələ ilə bağlı Sərhəd Xidmətinə də müraciət ünvanladıq ki, həmin qərardan sonra Afət Fərmanqızı Azərbaycan gəlib ya yox. Xidmətdən hələ bizim müraciətə konkret olaraq cavab verilməyib. Hazırda Afət Fərmanqızı Azərbaycanda deyil. Azərbaycana gələn kimi qanuna görə polislər onu saxlamalı və bir başa məhkəmə zalına gətirilməlidir. Onun məhkəmə zalına aparılması ilə bağlı da Flora Kərimovanın vəkilinə məlumat verilməlidir".

Afət Fərmanqızının hamilə olub-olmaması məsələsinə gəlincə, xalq artistinin köməkçisinin sözlərinə görə, bunun üçün onun hər hansı bir doğum evində, yaxud da qadın məsləhətxanalarından birində qeydiyyatda olmalıdır:

"Afət Fərmanqızı bizə Moskvanın hanısa vilayətindən aldığı bir kağız gətirib təqdim elədi. Orada ad və familiya belə yazılıb: A. Hüseynova. Biz bilmədik bu kimdir? Afət Fərmanqızı Azərbaycan vətəndaşıdır və bu səbəbdən də hansısa doğum evində qeydiyyatda olmalıdır. Onun tədqim etdiyi sənəddən 6 ay keçir və sosial şəbəkədə paylaşdığı videolardan hamilə olmadığı görünür. Hamilədirsə, gəlsin Bakıya, hər hansı bir doğum evinə qeydiyyata yazılsın və bu barədə də həkimin verdiyi rəyi məhkəməyə təqdim eləsin".

Qeyd edək ki, bir neçə ay əvvəl Binəqədi rayon Məhkəməsi Xalq artisti Flora Kərimovanın müğənni Afət Fərmanqızı barəsində xüsusi ittiham qaydasında verdiyi şikayətlə bağlı qərar çıxarıb. Qərara əsasən onun barəsində həbs nəzərdə tutulmadan axtarış elan olunub.

Xatırladaq ki, Flora Kərimova Afət Fərmanqızını Cinayət Məcəlləsinin 147.2-ci maddəsi (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) ilə ittiham edib. İttiham sübuta yetirilərsə, Afət Fərmanqızını 3 ilədək həbs cəzası gözləyir.


Sonxeber.az
Telegramda izləyin
Şou-biznes   Baxılıb: 4136   Tarix: 16 iyul 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Toyda oxuyanlar gündə konsert verir, biabırçılıqdır"

"Toylar bu dəqiqə konsert kimi keçir. Bahalı işıqlardan tutmuş aparıcılara, açılışlara qədər. Səviyyəli, kübar, ziyalı insanlar gəlirlər. Elə bil konsertə gəlirlər". Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan "Qonaqcanlı" verilişində deyib. Sənətkar konser

4 oktyabr
.

Mərhum atasını bu sözlərlə yad etdi

Müğənni Elmira Ələkbərzadə (Emma) mərhum atası, yazıçı Çingiz Ələkbərzadə ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, sənətçi atasını doğum günündə yad edib. O, bu gün Çingiz Ələkbərzadənin 90 yaşının tamam olduğunu bildirib. "17 oktyabr. Bu gün atamın 90 yaşı tamam olur… Cənnətdəki ad günü

17 oktyabr
.

Afaq Bəşirqızı: "Məni "Söylü"yə oxşatmayın"

Xalq artisti Afaq Bəşirqızı məşhur "Bəxt üzüyü" filmindəki Söylü obrazına bənzədilməsinə etiraz edib. axşam.az-a istinadən bildirir ki, aktrisa bu barədə AzTV-də qonaq olarkən danışıb. "Mənə sual verirlər ki, həyatda özünüzü Söylüyə oxşadırsınız? Cavab verdim ki, yox. Məni Söylüyə oxşatmayın

4 oktyabr
.

"Aygün xanım Namiqi bağışlasa da, mən bağışlaya bilmirəm" - VİDEO

Müğənni Xatun Əliyeva canlı yayım zamanı həmkarı Namiq Qaraçuxurlu ilə münasibətləri barədə danışıb. xəbər verir ki, sənətçi meyxana ustadı ilə uzun müddətdir əlaqə saxlamadığını və danışmadığını bildirib. Xatun buna səbəb kimi Aygün Kazımova ilə bağlı məsələni göstərib. "Aygün Kazımovaya görə danışmıram

3 oktyabr
.

Oğlu buna görə Fatimə ilə yaşamır

Rəqqasə Fatimə Fətəliyeva oğlu Hüseynin atası ilə yaşaması məsələsinə aydınlıq gətirib. Sənətçi bu barədə "Qonaqcanlı" verilişində danışıb. Fatimə bildirib ki, oğlu universitetə hazırlaşır və şəhərdə qalmalıdır:. "Evim Şüvəlandadır. Qayınanam şəhərdə yaşayır, oğlum da orada olur. Boş vaxtımı

10 oktyabr
.

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi - Video

40 yaşlı Ledi Qaqa makiyajsız halını nümayiş etdirib. ABŞ-li müğənni Ledi Qaqa (əsl adı - Stefani Coann Ancelina Cermanotta) makiyajsız təbii görünüşünü paylaşıb. xəbər verir ki, o bu görüntüləri özünün "Instagram" səhifəsində izləyicilərinə təqdim edib. 40 yaşlı sənətçi paylaşdığı görüntülərd

11 oktyabr
.

Elnarə Abdullayeva nənə oldu

Əməkdar artist Elnarə Abdullayeva nənə olub. Axşam.az xəbər verir ki, bu haqda müğənni özü paylaşım edib. Onun qızı Xədicənin övladı dünyaya gəlib. Oğlu doğulan ailə ona Cəlal adını qoyub. Qeyd edək ki, Xədicə Cavid adlı bəylə ailə qurub

17 oktyabr
.

Bərdə xəstəxanasında DƏHŞƏTLİ OLAY: Sanitar huşsuz pasiyenti 40 dəqiqə döyüb, polis hərəkətə keçdi - YENİLƏNİB

Bərdə Rayon Mərkəzi Xəstəxanasında sanitar qadının huşsuz vəziyyətdə olan 70 yaşlı pasiyentə qarşı zorakılıq göstərməsi faktı ilə bağlı polis araşdırmaya başlayıb. Bu barədə -ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin regional qrupundan məlumat verilib. Xatırladaq ki

17 oktyabr
.

Bacısı ilə davasından danışıb ağladı - Video

Türkiyəli müğənni Hadisə Anas Bukhaşın aparıcılıq etdiyi ABtalks adlı "YouTube" proqramının qonağı olub. "Qafqazinfo" xəbər verir ki, sənətçi verilişdə şəxsi həyatı, ailəsi və karyerasının ən çətin dövrləri ilə bağlı açıqlamalar verib. O, 2018-ci ildə menecerliyini edən bacısı Hüly

14 oktyabr