G20 ölkələrinin maliyyə nazirlərinin Bali görüşü birgə bəyanat qəbul olunmadan başa çatıb
G20 ölkələrinin maliyyə nazirlərinin və Mərkəzi banklarının rəhbərlərinin Balidə keçirilən ikigünlük görüşü birgə bəyanat qəbul olunmadan başa çatıb.
Sonxeber.az İndoneziya KİV-ə istinadla xəbər verir ki, buna səbəb kimi qrupun üzvlərindən biri olan Rusiyanın Ukraynaya hücumu və bununla beynəlxalq qaydaları pozması göstərilir.
Məsələni şərh edən Yaponiyanın maliyyə naziri Suzuki Şuniçi bildirib ki, məhz bu səbəbdən bütün iştirakçıları qane edən birgə bəyanatın mətnini hazırlamaq mümkün olmayıb.
Yaponiya, Avropa ölkələri və ABŞ Rusiyanın Ukraynaya hücum etməklə dünya iqtisadiyyatı üçün problemlər yaratdığını, Moskva isə bu ölkələrin Rusiyaya qarşı iqtisadi sanksiyalar tətbiq etməklə hazırkı inflyasiyaya səbəb olduğunu bildirir.
Qeyd edək ki, bu, maliyyə nazirlərinin aprel görüşü də daxil olmaqla birgə bəyanat qəbul edə bilmədikləri ikinci görüşdür.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 715 Tarix: 17 iyul 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Çernobılın ən məşhur qalığı: "Ölüm pəncəsi" toxunanı həqiqətən öldürürmü?
Çernobıl nüvə fəlakətindən sonra Pripyat şəhəri yaxınlığında qalan radioaktiv dağıntılar onilliklər ərzində səssiz açıq hava muzeyinə çevrilib. Bu ərazidəki ən diqqətçəkən obyektlərdən biri isə paslanmış nəhəng quruluşu ilə "Ölüm pəncəsi" adlandırılan vinç ekskavatorudur. Qaynarinfo xəbər veri
28 aprelMakron Aİ-nin özünü müdafiə edəcəyinə əmindir
Fransa Prezidenti Emmanuel Makron Avropanın özünü müdafiə etmək qabiliyyətini təsdiqləyərək, Avropa İttifaqı müqaviləsində təsbit edilmiş qarşılıqlı müdafiə bəndinin sadəcə sözlərdən ibarət olmadığını xatırlatdı. "Report" xəbər verir ki, bu barədə "The Guardian" qəzeti məlumat verib
26 aprelArktikanın əbədi buzlaqlarında 158 karatdan böyük nadir almaz tapıldı
Kanada Arktikasının donmuş torpaqlarında 158,20 karat çəkisinə malik emal olunmamış sarı almaz aşkar edilib. Qaynarinfo xəbər verir ki, bu barədə "DailyGalaxy" məlumat yayıb. Mütəxəssislərin bildirdiyinə görə, daş təxminən 2 milyard il əvvəl formalaşıb və Kanadada indiyədək tapılmış ən böyü
28 aprelKrevetkadan insana keçə bilən virus - Qorunma yolları açıqlandı
"Gizli ölüm"ə səbəb olan və mutasiyaya uğramış WSSV nodavirusu hazırda istifadə olunan virusəleyhinə preparatlarla müalicə oluna bilir. xəbər verir ki, bu barədə TASS agentliyinə Uzaq Şərq Federal Universitetinin Tibb və Həyat Elmləri Məktəbinin Fundamental Tibb kafedrasının dosenti, fəlsəf
26 aprel