Məhərrəm ayında toy hazırlıqları: "Sifariş çoxdur, amma ayıbdır" - ARAŞDIRMA
İyulun 30-da Azərbaycanda Məhərrəm ayı başlanacaq. Hər il bu ərəfədə toyların keçirilib-keçirilməyəcəyi ilə bağlı müzakirələr gündəmdə olur. Ənənəyə uyğun olaraq, Məhərrəm ayında Azərbaycanda toylar keçirilmir. İki ilə yaxındır ki, ölkədə karantin rejiminin tətbiq olunduğunu nəzərə alsaq, mürəkkəb vəziyyət yaranır
Bəziləri Məhərrəm ayında toy məclisinin təşkilinin günah olduğunu hesab edirlər. Digərləri isə bunun əksini düşünürlər.
Ümumiyyətlə, Məhərrəm ayında toy etmək olarmı? Qarşıdakı dövrdə toy etmək üçün şadlıq saraylarına müraciət edənlər varmı?
Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin keçmiş sədri, alim-dinşünas Rafiq Əliyev Oxu.Az-a açıqlamasında bildirib ki, Məhərrəm ayında toy etmək günah deyil:
"Məhərrəm ayı əsasən şiə zonasında keçirilir. İran, Azərbaycan və Orta Asiyanın bəzi yerlərində təşkil olunur. İslam yaranandan sonra ortaya çıxan bir məsələdir. Toyun olub-olmaması ilə bağlı məsləhətlər veriblər. Toy, şadlıq mərasimlərinin keçirilməməsini bildiriblər. Lakin toy etməyin heç bir günahı yoxdur".
R.Əliyev qeyd edib ki, Qurani-Kərimdə Məhərrəm ayı ilə bağlı heç bir qeyd yoxdur:
"Toy etmək, evlənmək, insan nəslini artırmaq Allahın bizə verdiyi ən böyük nemətdir. Və o böyük neməti bizim təxirə salmağımız düzgün deyil. Biz onu təxirə salsaq, daha sonra 11 ay ərzində, bəlkə, heç o toy baş tutmayacaq. Bütün bunları nəzərə alaraq, fikrimcə, Aşura günündən başqa digər günlərdə toy etmək mümkündür. Toy etmək Qurana zidd deyil. Qurani-Kərimdə Məhərrəm ayı ilə bağlı heç bir qeyd yoxdur".
Bir neçə restoran və şadlıq evi ilə əlaqə saxlayaraq Məhərrəm ayında sifarişlərinin olub-olmadığı ilə maraqlandıq.
Onlardan bəzilərinin inzibatçıları həmin ərəfə üçün sifarişlərinin olmadığını vurğulayıb.
Bir qismində isə sifariş olsa belə, qəbul etmədiklərini bildirdilər: "İllərdir bunları qoruyub-saxlamışıq, bundan sonra da belə olacaq".
Şadlıq saraylarının birindən isə qeyd etdilər ki, Məhərrəm ayında toy üçün çoxsaylı müraciətlər daxil olub, lakin müraciətləri qəbul etməyiblər. İnzibatçı hətta bunun ayıb olduğunu da əlavə etdi./Oxu
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1635 Tarix: 17 iyul 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Pensiya kapitalını almaq istəyənlərə şad xəbər olacaq? - İQTİSADÇIDAN AÇIQLAMA
Azərbaycanda pensiya kapitalının vətəndaşlara hansı şərtlərlə və nə dərəcədə əlçatan olması məsələsi hələ də müzakirə mövzusu olaraq qalır. Vətəndaşlar fərdi hesablarında toplanan pensiya kapitalından istifadə imkanlarının genişləndirilməsini gözlədikləri halda, bu istiqamətdə gözlənilən dəyişikliklə
20 oktyabrSabah rayonlara yağış yağacaq
Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında oktyabrın 21-də arabir yağış yağacağı gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Məlumata əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəy
20 oktyabrYasamalda qanunsuz tikinti narazılıq yaratdı
Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi 131A ünvanında aparılan tikinti işləri sakinlərin narazılığına səbəb olub. Sərhəd.az xəbər verir ki, sakinlərin sözlərinə görə, "ASAN xidmət" mərkəzinin yaxınlığında, təxminən 300 kvadratmetr ərazidə aparılan tikintinin təyinatı məlum deyil. Şikayətçilə
19 oktyabrToyda iylənmiş ət verilən "Çıraq Palace"da yoxlama - Video
Mediada "Çıraq Palace" şadlıq sarayında qonaqlara istehlaka yararsız ət məhsullarının təqdim olunması ilə bağlı yayılan məlumatlar əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən plandankənar yoxlama keçirilib. "Qafqazinfo" xəbər verir ki, yoxlama Bakı şəhəri
20 oktyabrÖvladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? (VİDEO)
Toy karvanları və yeni doğulmuş körpələrin evə gətirilməsi münasibətilə bəzədilən avtomobillərə tez-tez rast gəlinir. Sürücülər sevinclərini bölüşmək istəyərkən bəzən yol hərəkəti qaydalarını unudurlar. Bəs avtomobillərə vurulan bəzəklər hansı hallarda cəriməyə səbəb ola bilər?. Yeni övladın dünyay
21 oktyabr2 il burnunda gilas tumu ilə gəzib - Video
Bakıda azyaşlı düz 2 il burnunda gilas tumu ilə yaşayıb. "Qafqazinfo"nun məlumatına görə, bu barədə paylaşım edən lor-cərrah Kamil Cəfərov bildirib ki, 2 il burnunda yad cisim olan uşaqda baş ağrıları, təngnəfəslik, gecə narahat yatma və nəfəsalma ilə bağlı ciddi problemlər olub. Əvvəlcə uşağ
19 oktyabrRəşidə Behbudova: "Atama işgəncə verildi, dişləri, dırnaqları çıxarıldı"
Əməkdar artist Rəşidə Behbudova mərhum atası, əfsanəvi müğənni Rəşid Behbudovla bağlı paylaşım edib. Qaynarinfo xəbər verir ki, müğənni paylaşımında atası ilə bağlı bəzi məqamları açıqlayıb:. "Azərbaycanın ilk şəhidi - Rəşid Behbudov. Moskvada Qorbaçovun üzünə Qarabağın Azərbaycana məxsus olduğun
20 oktyabr