Qəzaya uğrayan Ukrayna təyyarəsi Serbiya silahlarını Banqladeşə aparırmış

Qəzaya uğrayan Ukrayna təyyarəsi Serbiya silahlarını Banqladeşə aparırmışYunanıstanda qəzaya uğrayan Ukraynaya məxsus "An-12" təyyarəsi Banqladeşə 11,5 ton Serbiya silahı aparırmış, silahların Ukraynaya daşınması ilə bağlı məlumatlar qərəz və yalandır.

Bu sözləri Serbiyanın Baş nazirinin müavini, müdafiə naziri Neboyşa Stefanoviç deyib.

Onun sözlərinə görə, təyyarə Serbiya istehsalı olan işıqlandırma və təlim minalarını daşıyırmış:

"Dünən bizim Niş aerodromumuzdan havaya qalxan An-12 təyyarəsinin Yunanıstanda qəzaya uğraması ilə bağlı müraciət edirəm. Söhbət Ukraynanın "Meridian" şirkətinə məxsus, MEM3032 quyruq nömrəli "Antonov-12" təyyarəsindən gedir. Təəssüf ki, qəza zamanı bütün səkkiz ekipaj üzvü həlak olub. Təyyarə yerli vaxtla saat 20:40-da (Bakı vaxtı ilə 22:40) Serbiyanın Niş şəhərindən havaya qalxıb və 11,5 ton müdafiə sənayesi məhsulumuzu tam səlahiyyətli alıcı kimi Banqladeş Müdafiə Nazirliyinə çatdırmalı idi".

Serbiyanın müdafiə naziri bildirib ki, ölkə 2016-cı ildən Ukraynaya silah vermir.

Bu arada Yunanıstanın Müdafiə Nazirliyi nüvə və bioloji müdafiə bölüyünün mütəxəssislərini Ukraynanın An-12 təyyarəsinin qəzaya uğradığı yerə göndərir.

Mütəxəssislər təyyarənin göyərtəsində hansı maddənin olduğunu öyrənənə qədər yerli sakinlərdən pəncərə və qapıları bağlamağa çağırılıb. Hazırda iki partlayıcı mütəxəssis qrupu An-12-nin qəzaya uğradığı yerdədir.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 930   Tarix: 17 iyul 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Reuters: "Trampın seçkilərdə mövqeyinin zəifləməsi ABŞ-ın müttəfiqlərinə yeni imkanlar yarada bilər"

ABŞ-da noyabrda keçiriləcək aralıq seçkilərdən sonra Konqresdə qüvvələr nisbətinin dəyişməsi Donald Tramp administrasiyasının xarici siyasətinə təsir göstərə bilər. Reuters-ə istinadən xəbər verir ki, Avropa ölkələri, Kanada və Şərqi Asiyadakı ABŞ müttəfiqləri Ukraynanın müdafiəsi, NATO, ticarət münasibətlər

19 oktyabr
.

İldə 7 milyon ton metan: Alimlər Antarktidada gözlənilməz mənbə tapdı

Antarktidadakı pinqvin koloniyaları planetin istiləşməsinə səbəb olan istixana qazlarından biri - metanın mənbəyidir. İspaniyalı alimlərin hesablamalarına görə, pinqvinlərin həyat fəaliyyəti nəticəsində ildə təxminən 490 min ton metan əmələ gəlir. Bu quşların yaşadığı Antarktidanın bütün əraziləri nəzər

20 oktyabr
.

Vyetnam Ukraynaya 500.000 dollar humanitar yardım ayırıb

Vyetnam Ukraynaya 500.00 dollar dəyərində yeni humanitar yardım paketi təqdim edib. xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa X sosial şəbəkəsində bildirib. O, Vyetnam hökumətinə və xalqına dəstəyə görə təşəkkür edərək, bu addımın iki ölkə arasında uzunmüddətli dostluğu

20 oktyabr
.

Cennifer Lopezin həmkarı ilə yeni eşq yaşadığı iddia olunur

Amerikalı müğənni və aktrisa Cennifer Lopezin həmkarı ilə romantik münasibətə başladığı barədə xəbərlər yayılıb. İddialara görə, 57 yaşlı ulduz "Netflix" platforması üçün çəkilən "Ofis romanı" filmindəki tərəf-müqabili, 46 yaşlı aktyor Bret Qoldşteynlə görüşür. Qaynarinfo xəbər veri

20 oktyabr
.

Rumıniyada zəlzələ oldu - Təkanlar Ukraynada da hiss olundu

Bu gün, 19 oktyabr tarixində Rumıniyada baş verən zəlzələ Ukraynada - xüsusilə Odessa vilayətinin cənub hissəsindəki sakinlər tərəfindən hiss olunub. Bizim.Media xəbər verir ki, Rumıniyanın Milli Yer Fizikası İnstitutunun məlumatına görə, yerli vaxtla saat 11:51-də Rumıniyanın Buzeu əyalətində, Vranç

19 oktyabr
.

Marneulidə qadınları nikaha məcbur etmək ittihamı ilə 3 nəfər saxlanılıb

Gürcüstanın Marneuli bələdiyyəsində (azərbaycanlıların kompakt yaşadığı rayon - red.) ailə üzvlərini nikaha məcbur etmək və məişət zorakılığı ittihamları ilə üç nəfər saxlanılıb. "Report"un Gürcüstan bürosu xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki

20 oktyabr
.

İqlim dəyişikliyi Norveçdə içməli su böhranına səbəb oldu

Norveçin Svalbard arxipelaqında yerləşən Lonqyirbyen qəsəbəsinin sakinlərinə ağır metallarla çirklənmə səbəbindən kran suyunu içməmək barədə xəbərdarlıq edilib. Qaynarinfo xəbər verir ki, dünyanın ən sürətlə istiləşən bölgələrindən birində yerləşən qəsəbədə temperaturun artması daimi donmuş torpaqları

19 oktyabr
.

Marko Rubio Özbəkistana səfərə gedib

ABŞ dövlət katibi Marko Rubio bazar günü axşam Özbəkistana gedib. "Report" bu barədə " "a istinadən xəbər verir. Dövlət katibini Səmərqənd hava limanında Özbəkistan Prezident Administrasiyasının rəhbəri Səidə Mirziyoyeva, xarici işlər naziri Bəxtiyor Saidov və digər rəsmi şəxslə

19 oktyabr
.

Honkonqda kriptovalyuta şirkətinin əməkdaşı fırıldaqçıların qurbanı olaraq 500 min dollardan çox pul itirib

Honkonqda kriptovalyuta mübadiləsi şirkətinin əməkdaşı "WhatsApp" messencerində saxta işçi qrupu yaradılması yolu ilə həyata keçirilən dələduzluq nəticəsində 4 milyon Honkonq dollarından çox, təxminən 500 min ABŞ dolları itirib. xəbər verir ki, polis son iki həftə ərzində oxşar üsulla törədilmi

19 oktyabr