İngiltərədə fövqəladə vəziyyət elan olundu
İngiltərədə fövqəladə vəziyyət elan olunub.
Buna səbəb isti hava durumu olub.
Belə ki, Britaniya meteorologiya orqanları ölkə daxilində temperaturun 40 dərəcəyə çatacağını bildirərək, daxili bölgələr üçün ilk dəfə ən yüksək siqnal olan "qırmızı xəbərdarlıq" edib. Buna uyğun olaraq, dəmir yollarında sürət məhdudiyyətlərinin olduğu, məktəblərin vaxtından əvvəl bağlandığı və xəstəxana görüşlərinin ləğv edildiyi bildirilib. Asfalt yollarda əriməni azaltmaq üçün qumun səpilməsinin nəzərdə tutulduğu vurğulanıb.
Digər tərəfdən İspaniya, Portuqaliya və Fransada 40 dərəcədən yuxarı temperatur səbəbiylə meşə yanğınlarının davam etdiyi vurğulanıb. İspaniyanın meteorologiya orqanları (AEMET) ölkədə temperaturun bazar ertəsindən etibarən nisbətən aşağı düşməyə başlayacağı, lakin temperaturun Kataloniya sahillərində, yarımadanın cənub-şərqində, La Korunada 35-36, Guadiana və Mino de Orense vadilərində 44 dərəcədən yuxarı olacağı barədə xəbərdarlıq edib. Baş nazir Pedro Sançes ölkənin həddindən artıq istilərdən risk altında olduğunu açıqlayıb. Ekologiya Nazirliyi ölkənin su ehtiyatlarının 44,4 faiz dolu olduğunu vurğulayıb. Fransa meteorologiya rəsmiləri həftə sonu Aralıq dənizi sahillərində 36-40 dərəcə isti gözlənildiyini, havada rütubətin aşağı səviyyədə qalacağını bildiriblər. Qeyd edilib ki, meşə yanğınları nəticəsində ölkədə 7 min hektardan çox meşə sahəsi kül olub və yanğınla mübarizəyə 1000 yanğınsöndürən, 9 yanğınsöndürən təyyarə cəlb olunub. İsti dalğanın çərşənbə axşamına qədər davam edəcəyi gözlənilir./Sfera
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1623 Tarix: 17 iyul 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İldə 7 milyon ton metan: Alimlər Antarktidada gözlənilməz mənbə tapdı
Antarktidadakı pinqvin koloniyaları planetin istiləşməsinə səbəb olan istixana qazlarından biri - metanın mənbəyidir. İspaniyalı alimlərin hesablamalarına görə, pinqvinlərin həyat fəaliyyəti nəticəsində ildə təxminən 490 min ton metan əmələ gəlir. Bu quşların yaşadığı Antarktidanın bütün əraziləri nəzər
20 oktyabrVyetnam Ukraynaya 500.000 dollar humanitar yardım ayırıb
Vyetnam Ukraynaya 500.00 dollar dəyərində yeni humanitar yardım paketi təqdim edib. xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa X sosial şəbəkəsində bildirib. O, Vyetnam hökumətinə və xalqına dəstəyə görə təşəkkür edərək, bu addımın iki ölkə arasında uzunmüddətli dostluğu
20 oktyabrCennifer Lopezin həmkarı ilə yeni eşq yaşadığı iddia olunur
Amerikalı müğənni və aktrisa Cennifer Lopezin həmkarı ilə romantik münasibətə başladığı barədə xəbərlər yayılıb. İddialara görə, 57 yaşlı ulduz "Netflix" platforması üçün çəkilən "Ofis romanı" filmindəki tərəf-müqabili, 46 yaşlı aktyor Bret Qoldşteynlə görüşür. Qaynarinfo xəbər veri
20 oktyabrRumıniyada zəlzələ oldu - Təkanlar Ukraynada da hiss olundu
Bu gün, 19 oktyabr tarixində Rumıniyada baş verən zəlzələ Ukraynada - xüsusilə Odessa vilayətinin cənub hissəsindəki sakinlər tərəfindən hiss olunub. Bizim.Media xəbər verir ki, Rumıniyanın Milli Yer Fizikası İnstitutunun məlumatına görə, yerli vaxtla saat 11:51-də Rumıniyanın Buzeu əyalətində, Vranç
19 oktyabrMarneulidə qadınları nikaha məcbur etmək ittihamı ilə 3 nəfər saxlanılıb
Gürcüstanın Marneuli bələdiyyəsində (azərbaycanlıların kompakt yaşadığı rayon - red.) ailə üzvlərini nikaha məcbur etmək və məişət zorakılığı ittihamları ilə üç nəfər saxlanılıb. "Report"un Gürcüstan bürosu xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki
20 oktyabrİqlim dəyişikliyi Norveçdə içməli su böhranına səbəb oldu
Norveçin Svalbard arxipelaqında yerləşən Lonqyirbyen qəsəbəsinin sakinlərinə ağır metallarla çirklənmə səbəbindən kran suyunu içməmək barədə xəbərdarlıq edilib. Qaynarinfo xəbər verir ki, dünyanın ən sürətlə istiləşən bölgələrindən birində yerləşən qəsəbədə temperaturun artması daimi donmuş torpaqları
19 oktyabrMarko Rubio Özbəkistana səfərə gedib
ABŞ dövlət katibi Marko Rubio bazar günü axşam Özbəkistana gedib. "Report" bu barədə " "a istinadən xəbər verir. Dövlət katibini Səmərqənd hava limanında Özbəkistan Prezident Administrasiyasının rəhbəri Səidə Mirziyoyeva, xarici işlər naziri Bəxtiyor Saidov və digər rəsmi şəxslə
19 oktyabr