ÜST-dən daha bir ölümcül virusla bağlı XƏBƏRDARLIQ – "Artıq iki nəfər ölüb"

ÜST-dən daha bir ölümcül virusla bağlı XƏBƏRDARLIQ – "Artıq iki nəfər ölüb"ÜST daha bir ölümcül virusla bağlı məlumat yayıb.

Sfera.az bildirir ki, qurum Afrika ölkəsi olan Qanada epidemiya elan edib. Belə ki, dünyanın ən ölümcül viruslarından biri olan "Marburq" bu ayın əvvəlində sözügedən ölkədə görülüb və həyatını itirən 2 xəstənin nümunələri analiz üçün laboratoriyaya göndərilib. Ümumdünya Səhiyyə Təşkilatı test nəticələrinin Marburq virusunu təsdiqlədiyini açıqlayıb.

Məlumata görə, Ebola ilə eyni ailədən olan yüksək yoluxucu hemorragik qızdırma insanlara meyvə yarasaları vasitəsilə yayılır.

Qeyd olunub ki, ilk yoluxma hadisəsi iyunun 26-da xəstəxanaya yerləşdirilən və bir gün sonra vəfat edən 26 yaşlı kişidə olub. İkinci hadisə isə iyunun 28-də xəstəxanaya gedən və elə həmin gün dünyasını dəyişən 51 yaşlı kişidə müşahidə edilib. ÜST hər iki şəxsin eyni xəstəxanada müalicə olunduğunu vurğulayıb. Bununla bağlı ÜST-nin Afrika üzrə regional direktoru Matshidiso Moeti "Səhiyyə rəsmiləri cəld reaksiya verdilər və mümkün bir epidemiyaya hazırlaşmaq üçün işə başladılar. Bu yaxşı xəbərdir, çünki təcili və qətiyyətli tədbir görülməsə, "Marburq" asanlıqla nəzarətdən çıxa bilər", deyə söyləyib.


Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 1958   Tarix: 18 iyul 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Alimlər geniş yayılmış xəstəliklərlə xərçəng arasında gözlənilməz əlaqə tapdı

Dünyada hər səkkizinci xərçəng hadisəsi, ehtimal ki, infeksiyalar nəticəsində yaranıb. Bu qənaətə Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyinin (IARC) tədqiqatçıları 2024-cü ilin məlumatlarını təhlil etdikdən sonra gəliblər. Qaynarinfo xəbər verir ki, bu barədə "Newsweek" yazır. Söhbət həmi

1 oktyabr
.

Sağlam ürək üçün yumurtanı belə bişirmək lazımdır

"Ürək sağlamlığı üçün yumurtanı bişirməyin ən faydalı üsulu onu suda qaynatmaqdır". "Qafqazinfo" xəbər verir ki, bu barədə kardioloq Kreyq Basman açıqlamasında bildirib. Mütəxəssis izah edib ki, yumurta tamamilə suda bişirildikdə "pis" xolesterinin səviyyəsini qaldıran əlav

7 oktyabr
.

Qara çayın sağlamlıq üçün 6 faydalı xüsusiyyəti: Kimlər mütləq içməlidir?

Qara çay o qədər gündəlik içkiyə çevrilib ki, onun xüsusiyyətləri barədə çox vaxt düşünmürük. Adətən bu içkini yalnız xoş dadına görə qəbul edirik. Lakin qara çay sağlamlıq üçün əhəmiyyətli faydalar verə bilər. Qidalanma mütəxəssisləri onu çox sevməyən insanlara belə rasionlarına daxil etməyi tövsiy

8 oktyabr
.

Yumurta qan şəkərinə necə təsir edir?

Yumurta balanslaşdırılmış qidalanmanın bir hissəsi ola bilər və diabetli insanlar üçün də uyğun məhsullardan sayılır. Tərkibində karbohidratın az olması səbəbindən yumurta qan şəkərinin səviyyəsinə çox cüzi təsir göstərir və yeməkdən sonra qlükozanın kəskin yüksəlməsinə səbəb olmur. Bir iri yumurtanı

17 oktyabr
.

Allergiya qəfil yarana bilər: Səbəbləri nələrdir?

Allergiya həyatın istənilən mərhələsində, hətta yetkinlik dövründə belə qəfil yarana bilər. Araşdırmalar yeni allergiyaların yaranmasına infeksiyalar, hormonal dəyişikliklər, antibiotik istifadəsi və gənə dişləməsi kimi müxtəlif amillərin səbəb ola biləcəyini göstərir. Qaynarinfo xəbər verir ki, ABŞ-ı

2 oktyabr
.

Bədən niyə daim enerji xərcləyir? - Alimdən heyrətləndirən açıqlama

"İnsan bədəni heç bir fəaliyyət göstərmədikdə belə, ümumi enerjinin 40%-ə qədərini xərcləyir. Bu enerji hüceyrələri reaksiyaya daim hazır vəziyyətdə saxlamaq üçün istifadə olunur. İstər fiziki hərəkət, istər düşüncə, istərsə də xatirələr olsun - ani reaksiyanın mümkünlüyü hazırlıq prosesinin bi

4 oktyabr
.

İstirahət günləri gec oyananları hansı təhlükə gözləyir?

Həftəsonu adi günlərlə müqayisədə bir neçə saat gec oyanmaq artıq çəki, depressiya və əhval dəyişiklikləri riskini artıra bilər. xəbər verir ki, bu barədə terapevt Cina Zarella "Yahoo" nəşrinə açıqlamasında bildirib. Həkimin sözlərinə görə, yuxu rejiminin pozulmasının qarşısını almaq üçün şənb

13 oktyabr
.

Qrip mövsümündə nə yemək lazımdır? - Diyetoloq əsas qidaları açıqladı

Qrip mövsümü getdikcə güclənir və məhz bu dövrdə orqanizmin daxildən dəstəklənməsi xüsusi əhəmiyyət daşıyır. Diyetoloqlar immun sisteminin viruslara qarşı daha yaxşı mübarizə aparmasına kömək edən qida və içkiləri açıqlayıblar. Qaynarinfo xəbər verir ki, bu barədə "Fox News" məlumat yayıb

14 oktyabr
.

Alimlər beş saniyə qaydasını yoxladı: Hansı qida ən çox bakteriya topladı?

Bir çox insan yerə düşən qidanı məşhur "beş saniyə qaydası"na güvənərək götürüb yeməyə davam edir. Bəs bu qayda həqiqətən işləyirmi? Alimlər bunu eksperiment yolu ilə yoxlamağa qərar veriblər və nəticələr sadəcə "bəli" və ya "xeyr" cavabından daha maraqlı olub. Qaynarinf

29 sentyabr