Rafael Fiziyev: "Makqreqorla döyüşmək istəmirəm"
Azərbaycanın MMA döyüşçüsü Rafael Fiziyev növbəti dəfə ABŞ təmsilçisi Castin Geycini duelə çağırıb.
"Report"un məlumatına görə, 29 yaşlı idmançı "MMA Fighting"ə açıqlamasında Geyci ilə döyüşmək istədiyini xatırladıb.
Fiziyev Mütləq Döyüş Çempionatının (UFC) iki çəki dərəcəsi üzrə sabiq çempionu Konor Makqreqorla qarşılaşmaqda maraqlı olmadığını bildirib:
"Hər kəs Makqreqora zəng edir və onunla dava etmək istəyir. Mən bunu başa düşmürəm, etmək istəmirəm. Yaxşı, get və bu şəxslə döyüş, mən Geyci ilə üz-üzə gəlmək istəyirəm".
Tanınmış idmançı hələlik ABŞ döyüşçüsünün ona cavab vermədiyini diqqətə çatdırıb:
"Bəs Geyci özü haradadır? Niyə indiyədək mənə cavab vermədiyini başa düşmürəm. Maraqlıdır, niyə zəngimə cavab vermir? Onun da mənim kimi zədəsi var. Bundan sonra nə edəcəyimizi bilməli və hansımızın daha yaxşı olduğunu müəyyən etməliyik. Amma o, hələ də heç nə demir".
Fiziyev iyulun 9-da Las-Veqasda yüngül çəkidə keçmiş çempion Rafael dos Anyusu məğlubiyyətə uğradıb. Bu uğur ona UFC reytinqində top-5-ə yüksəlməkdə yardımçı olub. İdmançı zədəsini tam sağaldaraq, ilin sonunadək yeni döyüş keçirəcəyinə ümid etdiyini söyləyib:
"Görək burnum necə olacaq. Keçən dəfə dizimdən əməliyyat olunandan yeddi ay sonra döyüşə hazır idim. Tezliklə sağalacağam. Bilirsiniz, mən küçə iti kimiyəm - hansısa zədəm olduqda tez sağalır. Bu dəfə də elə olacağına ümidvaram".
Qeyd edək ki, Rafael Fiziyev son döyüşündə braziliyalı Rafael dos Anyusu məğlub edib.
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 1210 Tarix: 21 iyul 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Şahruddin milliyə çağırılmadı
Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov komandanın heyətini açıqlayıb. "Qafqazinfo" xəbər verir ki, çalışdırıcı ümumilikdə 30 futbolçuya dəvət göndərib. Qeyd edək ki, millimiz yoldaşlıq oyunu çərçivəsində sentyabrın 23-də Tacikistan yığması ilə, UEFA Millətlər Liqası çərçivəsind
18 sentyabr"İmişli" ötən ay vidalaşdığı Ronaldo Souzanı yenidən heyətinə qatıb
"İmişli" klubu ötən ay yollarını ayırdığı futbolçu Ronaldo Souzanı yenidən heyətinə qatıb. "Report" xəbər verir ki, bu barədə bölgə təmsilçisi məlumat yayıb. 28 yaşlı mərkəz müdafiəçisi ilə 2 illik müqavilə imzalanıb. Xatırladaq ki, Ronaldo Souza daha əvvəl 2025/2026 mövsümündə b
19 sentyabr"Gəncə" Rizvan Səfərovla müqavilənin müddətini uzadıb
"Gəncə" basketbol komandası məşqçisi Rizvan Səfərovla müqavilənin müddətini uzadıb. xəbər verir ki, bu barədə bölgə təmsilçisi məlumat yayıb. Mtəxəssislə sözləşmənin müddəti cari mövsümün sonunadək nəzərdə tutulub. Xatırladaq ki, Rizvan Səfərov 2024-cü ildən "Gəncə"də işləyir
11 sentyabrNəriman niyə bu dəfə milliyə dəvət edilmədi?
Türkiyə superliqa təmsilçisi "Erzurumspor"un hücumçusu Nəriman Axundzadə Azərbaycan millisinin heyətindən kənarda qalıb. -a istinadən xəbər verir ki, 22 yaşlı futbolçu bu gün milli komandanın Tacikistanla yoxlama, Litva və Lixtenşteynlə UEFA Millətlər Liqasının oyunları üçün açıqlanan 30 nəfərli
18 sentyabrLionel Messi karyerasında 930-cu qolunu vurub
Argentinalı ulduz futbolçu Lionel Messi karyerasında 930-cu qolunu vurub. xəbər verir ki, ABŞ-nin "İnter Mayami" klubunda çıxış edən 39 yaşlı hücumçu "San Dieqo" ilə heç-heçə etdiləri MLS oyununda fərqlənib. O, 23-cü dəqiqədə adını tabloya yazdırıb. Xatırladaq ki, görüş 2:2 hesab
21 sentyabrMbappedən Messi və Ronaldu barədə möhtəşəm sözlər
Fransalı futbolçu Kilian Mbappe Lionel Messi və Kriştianu Ronaldu barədə fikirlərini bölüşüb. "L'Equipe" nəşrinə istinadən xəbər verir ki, Mbappe argentinalı və portuqaliyalı ulduzların futbolda xüsusi yerə sahib olduqlarını bildirib. "Onlar fərqli dövrə aiddirlər. Öz kateqoriyalarınd
13 sentyabrİnyaki Uilyams Qana millisindəki karyerasını başa vurub
İspaniyanın "Atletik" klubunun forvardı İnyaki Uilyams Qana millisindəki karyerasını başa vurub. "Report" xəbər verir ki, 32 yaşlı hücumçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib. İdmançı millini təmsil etməkdən böyük qürur duyduğunu bildirib və bu müddətdə ona dəstək ola
12 sentyabr"Mən və o ən yaxşı futbolçularıq" - Yamal
"Barselona"nın ulduzu Lamin Yamal maraqlı açıqlaması ilə diqqət çəkib. "Qafqazinfo" xəbər verir ki, o, "Qızıl top"un hansı futbolçuya verilməsi ilə bağlı sualı cavablandırıb. "Məncə, bu il qazandıqlarımı nəzərə alsaq, mükafata mən layiqəm. Mənim üçün Mbappe və mən dünyanı
14 sentyabr