"Sionist rejimin səfiri uşaqdır və uşaqcasına işlər görür"- İran səfirindən AÇIQLAMA
İsrailin Azərbaycandakı səfiri Corc Dik Twitter hesabında "Təbrizin sehrli nağılları" kitabını oxuyarkən şəkil paylaşıb və yazıb:
"Bu yaxınlarda mənə verilən bu möhtəşəm kitabda Təbrizdə Azərbaycan tarixi və mədəniyyəti haqqında çox şey öyrənirəm. Bu günlərdə nə oxuyursunuz?"
Bu hərəkət İranın ərazi bütövlüyünə təhdid kimi qiymətləndirilib. Daha sonra İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi İsrail səfirinə cavab olaraq yazıb:
"Bu macəraçı oğlancığaza məlumat üçün deyim ki, bizim əziz Təbrizimiz İranın qürurlu tarixində ilklər diyarı kimi tanınır. Görünür ilk şər sionisti də qeyrətli Təbriz xalqı basdıracaq. Qırmızı xəttimizi heç vaxt keçmə heç vaxt! "
Qeyd edək ki, İsrail səfiri daha əvvəl də İrana ərazi iddiası edib və İran səfiri ilə arasında söz davası dəfələrlə baş verib.
Azərbaycanın bu məsələdə mövqeyi necə qiymətləndirilir? İsrail İran və Azərbaycan arasında gərginlik yarada bilərmi?
Bununla bağlı Sonxeber.az-a açıqlama verən İranın ölkəmizdəki səfiri Seyid Abbas Musəvi bildirib ki, İran və Azərbaycan həmişə bir-birinin ərazi bütövlüyünə və milli suverenliyinə hörmət ediblər. İsrail səfiri uşaqdır və uşaqcasına işlər görür:
"Hamımız bilirik ki, istər regionda, istərsə də onun hüdudlarından kənarda bəzi rejimlər və dövlətlər qonşular, xüsusən də İran və Azərbaycan Respublikası arasında isti və qardaşlıq münasibətlərinin əleyhinədirlər. Onlar öz maraqlarını iki qardaş və müsəlman qonşular arasında davamlı gərginlikdə görürlər. Xoşbəxtlikdən bu sayıqlıq iki ölkənin yüksək rütbəli məmurları arasında həmişə olub və onlar vaxtında hərəkətə keçib, təxribatların qarşısını almağa çalışıblar. İran və Azərbaycan xalqları arasında könül və emosional əlaqələr var. Onları din, mədəniyyət, tarix amili birləşdirib və bu məsələlər bəziləri üçün, o cümlədən sionist rejim təmsilçiləri üçün xoş deyil. İran və Azərbaycan həmişə bir-birinin ərazi bütövlüyünə və milli suverenliyinə hörmət ediblər.
Son iki ayda iki ölkə arasında müxtəlif siyasi, iqtisadi, mədəni, hərbi və təhlükəsizlik sahələrində əlaqələri möhkəmləndirmək üçün 12-dən çox yüksək səviyyəli nümayəndə heyətinin Tehran və Bakıya səfərlərinin şahidi olduq. Münasibətlərin istiləşməsi üçün atılan bu addımlardan sonra daim bəzi üçüncü tərəflərin pozuculuq və təxribatçı fəaliyyətlərini gözləyirdik və gözləməkdəyik. Amma təxribatçı fəaliyyətlərə fikir verməmək barədə iki ölkənin yüksək siyasi qərarı və iradəsi var. Sionist rejimin səfiri isə uşaqdır və uşaqcasına işlər görür, amma harada fitnə-fəsad, təfriqə saldığını bilməlidir. Azərbaycan Respublikasının ərazisi heç bir səviyyədə İrana qarşı təfriqə və fitnə-fəsad yeri deyil. Əminəm ki, bu məsələ rejimin səfirinə dəfələrlə xatırladılıb və yenə də xatırladılacaq".
Şəbnəm Lətifi
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
Bu İnstitut ləğv edilir - Baş nazirdən qərar
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bakıda maraqlı toy karvanı - Video
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Çaylar quruyur, şirin su ehtiyatları tükənir: Səbəb nədir? - AÇIQLAMA
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir