Hesablama Palatası nazirlikləri yoxlayacaq

Hesablama Palatası nazirlikləri yoxlayacaqHesablama Palatası tərəfindən ortamüddətli xərclər çərçivəsinin bəzi pilot bölmələri üzrə nəzarət tədbirləri keçirilir.

Oxu.Az-ın məlumatına görə, ilk dəfə olaraq analitik fəaliyyət çərçivəsində funksional təsnifatın "Təhsil" və "Ətraf mühitin mühafizəsi" bölmələrində müvafiq olaraq Təhsil, Ekologiya və Təbii Sərvətlər nazirliklərində ortamüddətli xərclər çərçivəsi üzrə göstəricilərin təhlilinə başlanılıb.

Eyni zamanda, Hesablama Palatası dövlət büdcəsindən ayrılmış əsaslı xərclərin maliyyə hesabatlarında əks etdirilməsi vəziyyətini araşdırır.

Aparılan planlaşdırma işlərinin nəticələri əsasında müvafiq nəzarət tədbirinin keçirilməsi məqsədilə İş Planına əlavə edilə bilər.

Palatanın nəzarət tədbirlərinin nəticələri üzrə bir sıra dövlət orqanlarına məlumat təqdim edilib.
Tədbirlərinin nəticələri ilə bağlı zəruri addımların atılması məqsədilə 12 kənar dövlət maliyyə nəzarəti obyektinə, eyni zamanda 3 halda onların yuxarı orqanlarına auditor hesabatı və kollegiya qərarları göndərilib:

"Bir tədbir üzrə Nazirlər Kabinetinə, dörd tədbir üzrə vəsaitlərin təyinatının dəyişdirilməsi, eləcə də satınalma prosedurlarının tətbiq olunmaması, vəsaitlərin akkreditiv hesablarda saxlanılması halları ilə bağlı Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, dörd tədbir üzrə "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması, vergi və məcburi sosial ödənişlər üzrə müəyyən olunmuş nöqsanlar barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə, hər bir auditlə bağlı qanunvericiliklə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının Milli Məclisinə məlumat verilib".


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 1588   Tarix: 22 iyul 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Hörmüz boğazının bağlanması dünyanı iqtisadi böhranla üz-üzə qoya bilər? - İQTİSADÇIDAN AÇIQLAMA

Dünyanın ən strateji enerji marşrutlarından biri hesab olunan Hörmüz boğazının yenidən bağlanması ilə bağlı narahatlıqlar yenidən gündəmə gəlib. Böyük Britaniyanın "The Guardian" nəşri yazır ki, boğazın uzun müddət fəaliyyətini dayandırması ölkə iqtisadiyyatını tənəzzül riski ilə üz-üzə qoy

4 avqust
.

Azərbaycanda mis məftil istehsalı 6 dəfəyə yaxın artıb

Bu ilin yanvar-may aylarında Azərbaycanda 169,5 ton mis məftil istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,8 dəfə çoxdur. Bu il iyunun 1-nə, sənaye müəssisələrinin anbarlarında hazır məhsul ehtiyatı olmayıb. Xatırlada

28 iyun
.

Ruslan Quliyev dəfn olundu

Dünən qəfil vəfat edən Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının prezidenti, "Milenium Konqres Turizm" şirkətinin rəhbəri, turizm mütəxəssisi Ruslan Quliyev bu gün dəfn edilib. "Qafqazinfo" xəbər verir ki, dəfn mərasimində ictimaiyyət nümayəndələri, mərhumun dostlar

9 iyun
.

Kartdan-karta köçürmələrə limit: Yeni qaydalar kimlərə və necə təsir edəcək? - İQTİSADÇIDAN AÇIQLAMA

Avqustun 1-dən Azərbaycanda kartdan-karta pul köçürmələri üzrə yeni məhdudiyyətlərin tətbiqinə başlanılıb. Yeni qaydalara əsasən, bir bank kartı ilə gün ərzində maksimum 5 kartdan-karta köçürmə əməliyyatı aparmaq mümkündür, aylıq köçürmə məbləği isə 20 min manatla məhdudlaşdırılıb. Eyni zamanda, vətəndaşı

3 avqust
.

Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 9 % artıb

Bu il mayın 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 32 milyard 631,8 milyon manat təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 1 % çox, ilin əvvəli ilə müqayisədə 2,1 % çox, ötən il mayın 1-nə nisbətən isə 9,1 % çoxdur. Kredit qoyuluşunu

30 may
.

Meyvə-tərəvəz niyə ucuzlaşmır? (VİDEO)

Qeyri-sabit hava şəraiti bazarlarda qiymətlərə də təsir edib. Qaynarinfo -a istinadən xəbər verir ki, bazarlarda meyvə-tərəvəz bol olsa da, qiymətlər bahadır. Satıcılar da bu il bəzi meyvə-tərəvəzlərin qiymətlərinin ötən illə müqayisədə fərqli olduğunu təsdiq edirlər. Satıcılar qiymətlərin yüksək olmasını

6 iyun
.

Azərbaycanın Çexiya ilə ticarəti yarım milyard dolları ötdü

Bu ilin yanvar-iyun aylarında Azərbaycanın Çexiya ilə ticarət dövriyyəsi 529,7 milyon dollar təşkil edib. -ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 9,2% artıb. Hesabat dövründə ölkədən Çexiyaya ixrac 499 milyon dollar təşkil edib. Azərbaycanı

5 avqust
.

Azərbaycan Hindistandan kömür idxalını bərpa edib

Bu ilin I rübündə Azərbaycan 1,1 milyon ABŞ dolları dəyərində 5 min 438 ton kömür (antrasit, bitumlaşmış və digər) idxal edib. "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 84 %, kəmiyyə

6 iyun
.

Qızılın qiyməti 4150 dolları keçdi

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın qiymətində artım qeydə alınıb. Qaynarinfo birja məlumatlarına istinadən xəbər verir ki, qızılın bir troya unsiyasının qiyməti əvvəlki ticarət sessiyası ilə müqayisədə 0,5% artaraq 4150,5 ABŞ dollarına yüksəlib. Qiymətli metallar bazarında gümüş də bahalaşıb

27 iyul